Qonaq olduğum evdə ana və oğlu arasında belə bir söhbət oldu indicə:
-Ana, məni səhər tezdən oyadarsan, səsverməyə gedəcəyəm.
— Oralarda sənin nə işin var ay bala, başını cəncələ salarsan.
— biz səsverməyə getməsək, namussuzun birini deputat eləyəcəklər axı.
— Ay bala, əvvəla kimin namuslu ya namussuz olduğunu sən hardan bilə bilərsən, onları tanıyırsan məgər? İkincisi, hər hökümət özü kimi adamları deputat eliyir, hökumətin namusu varsa sənsuz də yaxşını seçəcək, yoxdusa, sən seçdiyini onsuz da qəbul eləmiyəcək. Sən əvvəl gərək namuslu hökumət seçəsən, bala.
Bu da kəndli savadsız qadının fəlsəfəsi.
31.10.2015