Qorxmaz Əlili doğrudanmı belə ifadələr işlədib?
İnanmağım gəlmir.
Qaçqınlar bizdən deyilmi?
Qarabağı biz azərbaycanlılar qorusaydıq, namusumuza, şərəfimizə, dövlətimizə, hakimiyyətimizə sahib çıxsaydıq hansı qaçqın o yerlərin cənnət guşələrini atıb asfalt üstə yaşamağı seçərdi?!
Günahkar bizik: millət olaraq hamımız, türkü, talışı, kürdü, ləzgisi, avarı ilə birgə.
Səhv o vaxt buraxıldı ki, qaçqınlar çadırlara yerləşdirildi. Onları mənim, Qorxmaz Əlilinin və Bakıda buğlana-buğlana yaşayanların evlərinə yerləşdirmək lazım idi ki, problemin milli olduğunu hər birimiz dərk edək.
Təəssüf, səhv buraxa-buraxa başsız başçıların əlində əsir qalıb bu millət.
01.11.2015