Əlaqə vasitələri

Nə baş verdi: bəzi adamlar “seçki”də iştirak etdi və uduzdu.

Nə baş verdi: bəzi adamlar “seçki”də iştirak etdi və uduzdu. Bəs Milli Şura deyirdi qanuni seçki keçirilmir? Bu adamlar məgər uşaqdırlar ki, nəticəsi əvvəlcədən bəlli olan seçkidə iştirak etsinlər? Deməli, Milli Şura haqlı deyilmiş! ATƏT, Avropa Şurası haqlı deyilmiş!
Bax nəticə budur!
İndi gileylənməyə başlayıblar.
Hətta bu özü də rejimə xidmətdir.
Barı susun, kiriyin, çəkilin bir kənara, oturun güzgü qarşısında və oradakı ilə danışın, bir-birinizə hesabat verin.
Görün vicdanında və ağlında qüsur olan hansınızdır: güzgüdən boylanan, yoxsa qarşıdakı?
Sonra da dönüb uşaqlarınızı, nəvələrinizi, qız-gəlinlərinizi, ata-babalarınızı süzün, dövlət-millət bir yana, onların gələcəyini təsəvvür etməyə çalışın.
Rahatsınızmı?!

 

02.11.2015

Loading