QURBAN MƏMMƏDOVA DƏSTƏK (VƏTƏNİM saytından)

qurban memmedov

Cəmiyyət Qurban Məmmədovun müdafiəsinə qalxdı

«Rejim cəmiyyətdə qorxunu bərpa etmək üçün ən cəsarətlilərin üzərinə gedir»

AXCP sədri Əli Kərimli hüquqşünas Qurban Məmmədovun həbsinə özünün Facebook səhifəsində münasibət bildirib. AXCP sədri yazır: “Qurban Məmmədov yalnız prinsipial və peşəkar vəkil deyil, həm də rejimin ən cəsarətli tənqidçilərindən və demokratik dəyişikliklər uğrunda xalq hərəkatının təşəbbüskarlarından biridir. Qurban bəy hər fürsətdə reîjimi ifşa edirdi, xalqı mübarizəyə səsləyirdi. Rejim onu siyasi mövqeyinə və fəaliyyətinə görə həbs etdirib.
Qurban Məmmədov siyasi məhbusdur. Xalqın fəallaşmasının və müxalifətin birləşməsinin hakimiyyəti narahat etdiyi son zamanlar daha aydın hiss olunur. Rejim cəmiyyətdə qorxunu bərpa etmək üçün ən cəsarətlilərin üzərinə gedir. Amma onu nəzərə almır ki, cəsarətli ictimai-siyasi xadimlər də həbs, döyülmək, hədə, böhtan, şantaj qarşısında geri çəkilməməklə cəmiyyət üçün qorxmazlıq örnəkləri yaradırlar,  simvola çevrilirlər. Hələ bir görün, Qurban bəy həbs olunacağını bildikdən sonra öz facebook səhifəsində nə yazıb: ”Rejim mənim həbsimə sanksiya verib. Uydurma şahidlərlə məni həbs etmək istəyirlər. Mübarizəmin həbs mərhələsi başlaya bilər. Hamı bilsin ki, bu cinayətkar rejimə qarşı mübarizədən döndü yoxdur. Biz Kərbalada şəhid olan Həzrəti Hüseyndən və onun körpə övladlarından dərs almışıq. Indidən hamı bilsin: məni öldürsələr belə, cənazəmə toplaşan adamlar bu birlikdən rejimə qarşı istifadə etsinlər, tabutlar önəmli deyil. “Mübarizə bu gün də var, yarın da. Biz də onun ən ön sıralarında”.
Qurban bəyin bu sözlərini oxuyanda fikirləşdim ki, hökumət daha bir səhv etdi. Qurban bəyə fürsət yaratdılar ki, “şərin repressiyası qarşısında sonadək necə məğrur dayanmalı?” mövzusunda 10 minlərlə insana praktik təlim keçsin. Artıq nə həbslər, nə də fiziki vəhşiliklər bu milləti durdura bilər. Bu millət azad olmaq, insan kimi ləyaqətlə yaşamaq istəyir”.

Sabiq nazirdən və redaktordan Qurban Məmmədova dəstək

Sabiq müdafiə naziri Rəhim Qazıyev də Qurban Məmmədovun müdafiəsilə qoşulub. O, Əli Kərimlilə həmrəylik nümayiş etdirdiyini bildirərək digər ictimai siyasi xadimləri də AXCP sədrinə dəstək olmağa çağırıb. Rəhim Qazıyev “P.S. Nota” qəzetinə bildirib ki, o ayrıca bəyanatla çıxış etmək istəyib. Lakin “Azadlıq”ın dünənki sayında Əli Kərimlinin Qurban Məmmədovun həbsilə bağlı açıqlaması ilə tanış olandan sonra bu fikrindən vaz keçib. Sabiq müdafiə naziri AXCP sədrinin bəyanatını tam şəkildə dəstəklədiyini, bu bəyanatla həmrəy olduğunu söyləyib. Bu addımını həm də indiki mürəkkəb şəraitdə Qurban Məmmədovun müdafiəsi, eləcə də ümummilli proseslərdə qüvvələrin konsalidasiyası və rejimlə mübarizədə həmrəylik əldə oluna bilməsi ilə əlaqələndirən Rəhim bəy, digər ictimai-siaysi xadimləri də bu məsələdə Əli Kərimlinin mövqeyini dəstəkləməyə çağırıb.
“P.S. Nota” qəzetinin redaktoru Sərdar Əlibəyli də Rəhim Qazıyevin bu çağırışına qoşulduğunu və Qurban Məmmədovun həbsi ilə bağlı Əli Kərimlinin açıqlamasını dəstəklədiyini bildirib.

Hüquq müdafiəçiləri vəkilin həbsini pislədi

Bundan başqa hüquq-müdafiəçiləri də Qurban Məmmədovun həbsini pisləyiblər.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, Qurban Məmmədovun həbsi seçki qabağı hakimiyyətin narahatlığın göstərir və insan hüquqlarının kobud şəkildə pozulmasının nəticəsidir: “Qurban Məmmədovun ”Facebook” səhifəsində cəsarətli statuslar yazması, mətbuatda hakimiyyətin siyasətini tənqid etməsi, fəal ictimai fiqur olması hakimiyyətin bu addımı atmasına gətirib çıxardı. Bu yolla Qurban Məmmədovu cəzalandırmaq istədilər. 1 il əvvəl baş vermiş hadisəni indiki şəraitdə aktuallaşdırılması hər şeyi aydın göstərir”.
Hüquq müdafiəçisi Leyla Yunus Qurban Məmmədovun həbsini hakimiyyətin qorxusunun daha çox artması ilə əlaqələndirdi və qanunsuzluğun ən son həddi olduğunu deyib: “Hakimiyyət xalqın narazılığını bilir və xalqı fəallaşdırmaq istəyən, həqiqətləri söyləyən insanların fəaliyyətində xırda nöqsanlar tapıb həbs edir. Demək olar ki, ölkədə hər gün fəal insanları həbs edirlər, hədələyirlər. Cəmiyyət bu proseslərə aktiv qoşulmalı və hakimiyyəti dəyişməlidi”.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, tanınmış publisist Mehriban Vəzir isə bildirib ki, Qurban Məmmədovun həbsi hakimiyyətin uzun müddətdir ki, davam etdirdiyi repressiyanın tərkib hissəsidir: “Qurban Məmmədov cəmiyyətin əksər hissəsinin fikirlərin səsləndirdiyi üçün, cəsarətlə öz sözünü dediyi üçün həbs edilib. Cəmiyyətin bütün təbəqələri bu həbsi pisləyir. Artıq ox yaydan çıxıb və bu cür həbslər, məhrumiyyətlər tam sükut yarada bilməyəcək. Idarətmə bu qədər ədalətsiz olmamalıdır və bu qədər ədalərsziliyin qarşısında cəmiyyət mütləq danışacaq”.

“Qurban Məmmədovun dərhal azadlığa buraxılmasını tələb edirik”

Insan Hüquqları üzrə Maarifləndirmə Ictimai Birliyi də Qurban Məmmədovun həbsi və digər tanınmış vəkil Aslan Ismayılovun Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində döyülməsini pisləyən bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Insan Hüquqları üzrə Maarifləndirmə Ictimai Birliyi(IHMIB)ÿiyunun 5-də Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılan və barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilən tanınmış hüquqşünas, siyasi fəal ÿQurban Məmmədovun həbsi və tanınmış vəkilÿAslan Ismayılovun Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində(BMCQMI) fiziki zorakılığa məruz qalması, orada təhqir edilməsi faktılarınıÿqətiyyətlə pisləyir.
Bəyan edirik ki, hüquq müdafiəçilərinin, gənclərin, siyasi fəalların vəÿvəkillərin peşə və ictimai fəaliyyətləri ilə bağlı zorakılığa, təziqlərə və təqiblərə ÿməruz qalmalarıÿyolverilməzdir.
IHM IB son zamanlar siyasi baxışlarına və ifadə etdiyi fikirlərə görə fəalların təzyiqlərə və təqiblərə məruz qalmasından, fəalların siyasi sifariş əsasında həbs edilməsindən narahatdır.
IHM IB 9 ay əvvəl baş vermiş yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi ilə istintaqa cəlb olunan Qurban Məmmədovun ÿhəbsini və Aslan Ismayılovun dövlət orqanında fiziki zorakılığa məruz qalmasını siyasi sifariş və təziq kimi qiymətləndirir və bu cür pozuntulara son qoyulmasını tələb edir.
Dövlətin bir qurumu olan BMCQMI-nın əməkdaşları tərəfindən insanlara qarşı hər hansı zorakılıq hərəkətlərinin edilməsini yolverilməz sayırıq və BMCQMI-də Aslan Ismayılova qarşı qanunsuz hərəkətlər edən şəxslər barəsində ciddi tədbirlər görülməsini, qanunvericiliklə müəyyən olunmuş qaydada cəzalandırılaraqÿməsuliyyətə cəlb olunmasını, həmçinin Qurban Məmmədovun dərhal azadlığa buraxılmasını tələb edirik.
Vətəndaş cəmiyyəti təşkilatı olaraq, bir daha bütün məsul şəxsləri və dövlət qurumlarını insan hüquq və azadlıqlarının tanınmasına və onlara hörmət etməyə, həmçinin, real tədbirlər görməklə ölkədə baş verən pozuntuların aradan qaldırmasına yönələn effektiv və səmimi tədbirlər görməyə çağırırıq”.

 3,583 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.