Əlaqə vasitələri

Qurban Məmmədov maşınla adam vurmaqda təqsirləndirilir

05.06.2013

SOSİAL ŞƏBƏKƏLƏRDƏ HƏBSƏ MÜNASİBƏTSosial Şəbəkələrdə də Qurban Məmmədovun həbs xəbərinə münasibətlər gəlir. Hüquqşünaslar Assosiyasiasının prezidenti Ənnağı Hacıbəyli öz Facebook hesabında yazır:

«Azərbaycan milli-azadlıq hərəkatının liderlərindən biri, vəkil Qurban Məmmədovun həbsi siyasi əxlaqsızlıq, hüquq-mühafizə və məhkəmə orqanlarının hakimiyyətin əlində oyuncağa çevrilməsidir. Qurban Məmmədova azadlıq!».

S. CƏLALOĞLU: HƏBS MİLLİ ŞURADAKI FƏALİYYƏTİ İLƏ BAĞLIDIR

Sərdar CəlaloğluSərdar Cəlaloğlu

Qurban Məmmədovun qardaşı Sərdar Cəlaloğlununfikrincə isə qardaşı Milli Şuranın yaradılmasındakı fəallığına görə həbs olunub:

«Bu hadisə az qala bir il öncə baş verib. Ziyan çəkmiş tərəf də öz şikayətini bir neçə ay öncə geri götürmüşdü. Yenidən onun şikayət etməsi, dərhal da həbs olunmasının əsl səbəbi Milli Şuranın yaradılmasında, fəaliyyətində Qurban Məmmədovun fəallığıdır. Bu xüsusilə iqtidar daxilində Rusiyanın dəstəyi ilə ölkədə hakimiyyət dəyişikliyi etmək istəyən qüvvələrin siyasi sifarişidir»

VƏKİL: BU MADDƏ ÜZRƏ QƏRAR QANUNSUZDUR

Qurban Məmmədovun vəkili Süleyman Qasımov hesab edir ki, 261.1-ci maddə üzrə həbs qərarının seçilməsi qanunuzdur:

«Biz məhkəmənin bu qərarından apellyasiya şikayəti veriəcəyik. Ötən il avtodayanacaq gözətçisi Qurban Məmmədovun və onun arxasındakı naməlum maşının arasında qalıb. Nəticədə gözətçinin ayağı sınıb. Əslində arxaya ver komandasına elə gözətçinin özü verib. Qurban Məmmədov da idarə etdiyi maşını arxaya verəndə bu gözətçi qalıb iki maşının arasında ayağı sınıb. Qurban Məmmədov da həmin adamı müalicə edib. İndi bir ildən sonra bu işin yenidən qaldırılması və və Qurban Məmmədovun təqsirləndirilməsi də qanunsuzluqdur».

Vəkil Qurban Məmmədov barəsində Nəsimi rayon Məhkəməsi iki aylıq həbs qərarı verib.

QURBAN MƏMMƏDOVUN SAXLANMASI İLƏ BAĞLI RƏSMİ MƏLUMAT  

İyunun 5-də Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu vəkil və siyasi fəal Qurban Məmmədovun saxlanması ilə bağlı rəsmi məlumat yayıblar. Məlumata görə, Qurban Məmmədov ötən il sentyabrın 27-də idarə etdiyi maşınla avtodayanacaqda gözətçi işləyən Pərviz Abbasovu vuraraq xəsarət yetirib:

Qurban MəmmədovQurban Məmmədov

«İstintaqın gedişində zərərçəkmiş P. Abbasov Qurban Məmmədovun ona hədə-qorxu gələrək, istintaqa verdiyi ifadələri dəyişməsini tələb edib. Əks təqdirdə onu və ailə üzvlərini öldürəcəyi ilə təhdid etməsini bildirib».

Məlumatda bildirilir ki, Qurban Məmmədov istintaq dövründə ziddiyətli ifadələr verməklə hadisənin mexanizmini dəyişməyə cəhd edib. Zərərçəkmiş P. Abbasova qanunsuz təsir göstərdiyindən və istintaq orqanının çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyindən barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Qurban Məmmədov Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham olunur.

Qurban Məmmədovun qardaşı Sərdar Çəlaloğlu isə ANS-PRESS-ə bildirib ki, qardaşının avtomobillə xəsarət yetirdiyi şəxs şikayətçi deyildi. Aralarında barışıq olmuşdu, amma o sonradan barışıq ərizəsini geri götürüb və şikayətçi olub.

Sərdar Cəlaloğlu qardaşının həbsinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib.

 

Şərhlər
    Kimdən: Яшар Haradan: Россия
22.06.2013 17:00
 Qurban bəyin “Azərbaycan saatı” 11.05.2013-cü il tarixində verdiyi alovlu intervyunu eşidəndə, fikirləşdim ki, bu iş “dobrom ne konçitsya”. Qurban bəy olkənin baş karuppsionerə, karuppsiyaya qarşı mübarizəni Qaradağ rayonunda dəniz sahilində aparmağı məsləhət gordü. Bakıya Sanqaçal tərəfdən yolu düşən hər bir şəxs bu dənizqırağı biyabrçılığın, özbaşınalığın ürək ağrısı ilə şahidi ola bılər. Düşünürəm, hər bir vətəndaşın, hər bir Azərbaycanı sevən insanın, vətənpərvərin borcudur ki, Qurban Məmmədov kimi qorxmaz həqiqəti üzə deyən ziyalılarımızı dəstəkləsin. Qurban bəy mən əminəm ki, sizin dediyiniz kimi dəvə ilə pambıq məsəlinə aid olan hakimiyyət heç vaxt Sizi sindıra bilməz. Ümid edirəm ki, millətimiz bir gün qəflət yuxusundan oyanıb, onun vətənpərvər və siyasi savadlı ziyalılarının qanunsuz olaraq şərlənib vəbsə alınmasina öz protestlərini qətiyətli şəkildə bildirəcəklər. Ölkədə Prezident seçkiləri ərəfəsində sizin kimi hüquqşunasların gündəmdə olmaması dözülməz bir haldır. Bütün bu “pisliklərin” Azərbaycandan birdəfəlik silinib getməsini xalq səbrsizliklə gözləyir. Ümid edəcəyik ki, bütün bunlar yaxın aylarda öz həllini tapacaq və xalq ölkədəki rüşvət, karuppsiya və məmur özbaşınalığından canını qurtararaq rahat nəfəs alacaq.
Kimdən: Gyrvan Bayramov Haradan: Culfa

06.06.2013 02:53
Gyrvan kishi adamdi, bir muddet evvel deyirdi ki, Ilhamin qolu butun muxalifet lider;erinden daha yogundu. Indi Milli Shura qayirir.
Bu syaset ne olan sheydise bizzik deyil.
Kimdən: Patriot Haradan: Gelecekden

06.06.2013 00:30
Vay vay vay, Qurban Memmedov terrorist imis ki. Goresen o P. Abbasovu masininda gezdirdiyi S400 kompleksi ile qorxuzub ya cibindeki qrad qurgusuyla? :))) Hec bunlarda abir heya deyilen sey qalmayib, ozlerini lap telxek yerine qoyublar.
Kimdən: Anar Haradan: Baki

05.06.2013 23:01
Qurban Memmedov bu saxta yaramaz hakimiyyete çox böyük eziyyet verdiyne göre ve bu hakimiyyetin etdiyi çox pis emellerni ortaya qoydugna göre men Qurban Memmedove çox tesekkür edirem. Yasasin Qurban Memmedov esq olsun.
Kimdən: Anar Haradan: Baki

05.06.2013 19:33
 Düzdü Qurban Memmedov kimi bir insan bu saxta yaramaz hakimiyyeti çox semimi sözlerile tez-tez tendiq edirdi ve bu hakimiyyetin esl ne oldugunu ve esl ogru kriminal oldugnu ortaya qoyurdu xalqin üreyinden tikan çixartirdi. Axiri onuda bu saxta yaramaz hakimiyyet bir böhtan atib qara yaxib hebs etdiler.

 

Loading