Əlaqə vasitələri

… “mtn” və ona bənzərlər milləti elə günə salıblar ki, …

Bu sınanılmlş bir üsuldur: özünü prezidentə şirin salmaq. Prezidenti daim vahimə və qorxuda saxlamaq. “Bax haaa, biz olmasaq müxalifət səni yıxar. Əli Kərimlinin qaynı səni terror edər, Pərviz Həşimli zəhərləyər, Tofiq Yaqublu top atar, İlqar Məmmədov kəllə vurar..” “Biz səni qoruduğumuz üçün, əvəzində sən də bizim əməllərimizə göz yum”. Bu öllkədə dövlət adına çalışan bir dənə də olsun qurum, idarə, təşkilat yoxdur. Xalq özü də artıq dövlətinin qayğısını çəkmir, çünki “mtn” və ona bənzərlər milləti elə günə salıblar ki, yalnız gündəlik qarınlarını düşünə bilirlər, acından ölməmək haqqında düşünürlər, bu dövləti ermənilərmi, farslarmı, ruslarmı idarə edir, ona dəxli qalmayıb artıq. Budur əsl faciəmiz.

 

26.10.2015

Loading