Bu şansı əldən qaçırsaq ALLAH(c.c)və TARİX bizə bu imkanı bir də bəlkə vermədi
Ölkə prezidentin ötən həftəsonu keçirdiyi müşavirədə səsləndirdiyi fikirlər, ardından MTN – də baş verənlərə köklənib. Maraqlıdır ki, İlham Əliyevin bu gedişi sadə vətəndaşlar, hakimiyyətə yaxın və ya loyal olan siyasi qruplar və ya təşkilatlar arasında deyil, ən qatı müxalif mövqedə dayanan Milli Şurada da müsbət qarşılanıb.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış hüquqşünas Hacı Qurban Məmmədov baş verənləri şərh edərkən əslində olduqca maraqlı məqamlara toxunaraq gerçək iqtidar – müxalifət dialoqunun yol xəritəsini cızıb:
Prezident:
— indiki qərarlılığını davam etdirəcəksə,
— Dövlət büdcəsini, milli sərvətlərimizi talan edənləri cəzalandırıb oğurladıqlarını geri qaytarmaq istiqamətində tədbirlər görəcəksə,
—iqtisadiyyatdakı inhisarçılığı götürüb, real olaraq korrupsiyaya qarşı mübarizə aparacaqsa,
— Gənc kadrları ətrafına yığıb, müxalifətin də mövqeyini nəzərə almaqla, yeni köklü sistem islahatlarına başlayacaqsa,
— Milli barışıq və dayanıqlı stabillik naminə siyasi məhbusları azad edəcəksə,
— Konstitusion dəyişikliklərə gedib, müxalifətlə birlikdə mədəni dünyanın, Avropanın idarəçilik qaydalarını və İslam əxlaqını Respublikamızda bərqərar etmək istiqamətində fəaliyyətə başlayacaqsa,
— Həqiqi tolerantlığın təmin edilməsi istiqamətində çalışacaqsa,
Müxalifət:
— stabilliyin təmin edilməsində Prezidentə dəstək olmalı,
–İndiki: deputatları təyin edilən, idarə olunan və Prezidentin nəzarətində olan parlamentin legitimliyini tanımalı və bu parlamentlə əməkdaşlıq etməli,
— Prezidentə başladığı islahatları həyata keçirmək üçün növbəti 5 ildə də seçilmək hüququnu tanımalı,
— xalqı sağduyulu olmağa və stabilliyi pozmağa çalışan qüvvələrə qarşı mübarizədə Prezidenti dəstəkləməyə çağırmalı.
— bütün xarici qüvvələrin Respublikamızın daxili işlərinə qarışmağına qarşı Prezidentlə eyni mövqedən çıxış etməli.
Xalq:
— hamılıqla Prezidenti dəstəkləməli, qorumalı və onun əmr-fərmanlarını sözsüz yerinə yetirməli,-
— stabilliyin qorunmasında, islahatların həyata keçirilməsində qətyiyyətli, fəal və sağduyulu olmalıdır.
Bu şansı əldən qaçırsaq ALLAH(c.c) və TARİX bizə bu imkanı bir də bəlkə vermədi.