Əlaqə vasitələri

Aslan İsmayılovla aramızda olan yazışma..

Əziz dostlar, hörmətli hüquqşünasımız, Azərbaycanın məşhur vəkillərindən biri, dostum Aslan İsmayılov öz səhifəsində aşağıdakı məzmunda mesaj yayımlayıb. Bununla bağlı A.İsmayılovla aramızda getmiş yazışmanı müzakirənizə təqdim edir və fikirlərinizi bilmək istəyirəm.

Aslan Ismayilov
10 October at 13:48 ·
2015-cil il Milli Məclisə seçkilərlə bağlı virtual səsvermə keçirilir. Aşağıda qeyd olunan linkə daxil olaraq 20 saylı N.Nərimanov İkinci seçki dairəsi üzrə keçirilən səsvermədə aktiv iştirak etmənizi xahiş edirəm.

Qurban Məmmədov:
Seçki “insçinirovka”sında kimin nə qədər səs toplamısının nə əhəmiyyəti var? Adil Əliyevin “qələbəsinə” şübhə yoxdur. Adam kimi seçki keçirsəydilər bu dairədən mən də namizədliyimi verər, Aslan bəyin xeyrinə namizədliyimi məmnuniyyətlə geri götürərdim. Ancaq dostum Aslan bəy bu oyunda nə məqsədlə iştirak edir, hələ də anlamış deyiləm. 2010-cu il “seçkilər”i dərs olmadımı Aslan bəyə?

Aslan Ismayilov: Qurban bəy, Adil öz səhifəsində Sizə istinadən yazır ki, Siz təsdiq etmisiniz ki, 2010-cu ildə Adil Əliyev tam qələbə qazanıb.

Qurban Məmmədov: Aslan bəy, bu yazdığınız mənim sualımın cavabına aid deyil. Düzgün mövqe tutmasanız, bu il də Adil İsmayılov “qalib gələcək”!

Aslan Ismayilov: Qurban bəy, sualınızı gözəl başa düşdüm və bu günlərdə əminəm ki, tam cavab alacaqsınız. Məni maraqlandıran həqiqətənmi Sizin Adil dediyi kimi fikriniz olub, yaxud o yalan deyir?

Qurban Məmmədov: Adil Əliyev düz deyir. Mənim belə bir fikrim olub. Mənim fikrim isə Sizin özünüzün dediyiniz fikrə əsaslanıb. 2005–ci il seçkilərindən sonra Siz özünüz etiraf etdiniz ki, Adil Əliyev İsa Qımbərə və Sizə qalib gəlmişdi. 2005-ci ildə İsa Qəmbərə və Sizə qalib gələn bir adam 5 illik reklam və seçicilərlə işdən sonra, 2010-cu ildə tək Aslan İsmayılova qalib gəlməyə bilərdimi?

Aslan Ismayilov: Qurban Məmmədov Axı o proseslərdə 2010-cu ildə Siz mənə vəkil idiniz və hər şeyi gözünüzlə gördünüz. Doğrudanmı o qalib gəldi?

Qurban Məmmədov: Mən Sizin etirafınızı nəzərə alaraq bu fikri demişəm. İsa Qəmbər kimi bir siyasətçiyə və Aslan İsmayılov kimi məşhur bir hüquqşünas-vəkilə birlikdə qalib gələn Adil Əliyev təklikdə Sizə qalib gəlməyə bilərdimi? 2010-cu ildə də mən Sizə “seçki”də iştirak etməməyi təklif etdim, ancaq Sizin iştirakda israrınızı görüb bir dost kimi borcumu yerinə yetirdim. Bu dəfə də Adil Əliyev “qalib gələcək”.

Aslan Ismayilov: Sual konkretdir. Həqiqətənmi real səsvermədə(saxtakarlığı demirəm) Adil qalib gəldi?

Qurban Məmmədov: Real olmayan seçkidə real səsvermə olmur, Aslan bəy! 2005-ci ildə doğrudanmı Adil Əliyev İsa Qəmbəri və Sizi, Hüseyn Abdullayev məni udmuşdu və ya uda bilərdi? Doğrudanmı real səsvermədə Adil Əliev Sizi və İsa Qəmbəri 2005-ci ildə udmuşdu? Bu suala düzgün cavab tapsanız, verdiyiniz sualın cavabı avtomatik veriləcək. Əziz dost, başqalarının yolunun səhv olduğunu sübut etməyin ən sınanılmış üsulu öz yolunu düz getməkdir. Milli Şuranın, müxalifətin ünvanına tənqidi fikirlər söyləməklə tutduğunuz mövqenin düzlüyünə kimlərisə inandırmağa çalışmayın. Yolunuzu düz gedin yetər!

Qurban Məmmədov: Aslan bəy, ola bilsin ki mən səhv düşünürəm. Obyektiv müzakirə üçün bu yazışmalarımızı burada olan başqa dostların da müzakirəsinə versəniz yaxşı olar. Problem ondadır ki, Aslan İsmayılov xalq tərəfindən sevilən, sözünə, mövqeyinə xalq tərəfindən qiymət verilən və şəxsiyyətinə haqlı olaraq inanılan ictimai xadimlərdən biridir. Sizin bu millətin başında qoz sındıran, onu aclığa, səfalətə məhkum edən, sərvətlərini talayan, korrupsiyanı gündəlik iş halına salan, insanları sadəcə düz danışdığına görə həbsxanalara dolduran bu rejimin xırda məmurlarının əleyhinə yazdığınız onlarla məqalədən sonra belə, bu gün rejimin bütün basqılarına rəğmən onun qarşısında dirənən, dik duruş sərgiləyən Milli Şuranın, müxalifətin ünvanına bircə əsassız fikir söyləməniz ictimai və milli maraqlara daha çox ziyan vurur. Bəlkə də bunun fərqində deyilsiniz. Bircə bu sualıma səmimi cavab vermənizi istərdim. Necə düşünürsünüz, Siz də daxil olmaqla, 50-60 şəxsin (təbii ki bu da xəyaldır) obyektiv olaraq topladığı səsə görə, qalanlarının isə təyinatla düşdüyü parlament qanuni və legitimdirmi və həqiqətən seçilənlərin belə bir parlamentdə iştirakı hüquqi və siyasi baxımdan düzgündürmü?

Loading