Əlaqə vasitələri

“GÜNAH ƏLİ KƏRİMLİDƏDİ, O İMKAN VERMİR Kİ, …”

 Qurban Məmmədovla bundan əvvəlki müsahibəni alanda, heç ağlımıza da gəlməzdi ki, qarşıda xeyli zamanımızı sadəcə yeyəcək, bitirəcək həbs olunmaq və həbsxana həyatı yaşamaq var. Əslində nə həbs olunma, nə də həbsxana həyatı elə ikimiz üçün də yenilik deyildi, bununla belə, kim nə deyir desin, qazamatda yaşamaq o qədər asan və sadə bir iş deyil. Hələ adamın özündən çox düşünməli olduğu ailə, qohum-əqrəba və yaxın-uzaq dostlar da var ki, onlara verdiyin əzab-əziyyətlərin mənəvi ağrıları qazamatın özündən də ağır gəlir adama. Bunları elə-belə sözgəlişi dedim…

 Ötən müsahibədə Qurban bəydən ritorikasının nədən bu qədər sərt və amansız olduğunu soruşmuşdum. Amma adam heç dəyişməyib ki. Elə Qurban da o Qurbandı, ritorika da o zamankı qədər sərt və amansızdı. Nədən belə düşündüyümü indi sizə təqdim etdiyim bu müsahibədə görə biləcəksiniz.  

Beləliklə, bu dəfəki müsahibim Qurban Məmmədovdu, sadəcə Qurban Məmmədov və bir də Sərdar Əlibəylinin dostluğundan qürur və şərəf duyduğu Qurban Məmmədov.

                                                                 Sərdar ƏLİBƏYLİ

 

 “NİYƏ BU SEÇKİYƏ QATILMAQLA ÖZÜMÜ BAMBILI YERİNƏ QOYUB ARTİSTLİK ELƏMƏLİYƏM?”

Qurban MƏMMƏDOV: “BU REJİMƏ QARŞI İQTİSADİ VƏ SİYASİ SANKSİYALAR TƏTBİQ OLUNMASA …”

“ÖLKƏDƏN QAÇA BİLMƏLƏRİ ÜÇÜN ŞƏRAİT YARANSIN DEYƏ, QƏSDƏN İĞTİŞAŞLAR YARATMAQ İSTƏYİRLƏR”

“GERÇƏKLİKLƏR VƏ REALLIQ ÇOX ACI VƏ ÇOX DƏHŞƏTLİDİ”

“BU REJİMİN KEÇİRDİYİ SEÇKİDƏ İŞTİRAK XƏYANƏTDİ, ŞÜURLU SATQINLIQ, YA DA QANMAZLIQDI”

“ZALIMIN ZÜLMÜNƏ DÖZƏN ELƏ ZALIMIN ÖZÜDÜ, ZALIMLA ŞƏRİKDİ”

 

 

I hissə

 –  Qurban bəy nətərsiniz, bu arada səhhətinizlə bağlı problemləriniz var idi, xaricə müalicəyə getmişdiniz indi durumlar necədi?

 –  Şükür Allaha indi yaxşıyam. Son 5-6 ildə onurğa sütunumda problemlər var idi. Adına “protruziya”yəni, bel yırtığı deyilən xəstəlik var, onnan əziyyət çəkirdim, kəskin ağrılar verirdi. Uzun müddət dözdüm və axırda məcburi xəstəxanaya getdim, müalicə olundum, şükür Allaha ki, indi yaxşıyam, hər şey qaydasındadı.

 –  Bir xeyli ölkədən kənarda oldunuz, qayıdanda siyasi durumu necə gördünüz? Ki, həm də qarşıdan parlament seçkiləri gəlir.

 –  Əvvəl necə qoyub getmişdimsə, eləcə də gördüm. Siyasətdə və siyasi durumda elə bir ciddi keyfiyyət dəyişikliyi yoxdur. Hakimiyyətin də bu yöndəki metodları son 20 ildə dəyişmir və eyni qaydada monoton bir formada davam eləməkdədi. Müxalifət də bu son 20 ildə nəsə yeni və ciddi mübarizə metodu təklif eləməyib ki, mən Azərbaycana qayıdanda hansısa yeni və fərqli bir situasiya ilə qarşılaşım. Necə deyəllər, burda da durum “köhnə hamam, köhnə tas” misalı davam etməkdədi.

 –  Milli Şuranın Koordinasiya Mərkəzində təmsil olunursunuz və həm tərkibi, həm də tərtibi etibarilə Milli Şura bir az fərqli qurumdu. Ayrıca da, əslində Milli Şurayanisbətən yeni bir qurum kimi də baxmaq mümkündü. Bəs orda durumlar nə yerdədi?

 –  Milli Şurada durum normaldı. Koordinasiya Mərkəzi kifayət qədər səviyyəli kadrlardan təşkil olunub. Savadlı, ziyalı, xalqını, millətini sevən, mövqeyində, əqidəsində düz olan adamlar toplanıblar bu mərkəzdə. Yəni, belə baxanda burda normal işlər gedir, ancaq biz xalqı apardığımız fəaliyyətə qoşa, xalqın narazılığını maddiləşdirə bilmirik deyə, hələ ki, real nəticələr yoxdu və Molla Nəsrəddinin sözü olmasın “yel belə əssə”, heç nə də olası deyil. Hər halda, son sözü Azərbaycan xalqı deməlidi və Milli Şura da həmişə  xalqın qarşısında, yanında getməyə hazırdı.

 –  Milli Şuradan seçkiyə qatılmaqla bağlı hələ də konkret qərar çıxmayıb məncə. Ancaq əsasən fikirlər bu seçkilərə qatılmamaqdan yanadı. Amma eyni zamanda da Milli Şuranın bəzi tanınmış üzvləri seçkiyə qatılmağın tərəfdarıdı. Bu barədə müzakirələriniz olurmu və sizcə son qərar necə olmalıdı və ya olacaq?

 –  Yox, Milli Şurada seçkiyə qatılmağın tərəfdarı yoxdu və Koordinasiya Mərkəzində bu mövqe birmənalıdı. Amma seçkiyə qatılıb-qatılmamaq nə Milli Şuranın, nə də konkret bir siyasətçinin məqsədi ola bilməz. Belə bir məqsəd yoxdu. Siyasətçilər və siyasi qurumlar, istər hakimiyyətə gəlmək, istərsə də parlament formalaşdırmaq üçün mütləq seçkidə iştirak etməlidilər. Burada problem başqa şeydədi. Təbii ki, seçki olacaq, baş tutacaq, xalqın bir hissəsini aldadıb ora aparacaqlar, bəzi əldəqayırma əl müxalifətçiləri də gur səslə, böyük təmtəraqlı tədbirlərlə bu prosesdə iştirak edib, baş verəcək cinayət hadisəsinə seşki vasitəsilə hüquqi don geydirməyə çalışacaqlar. Amma mahiyyətcə nə baş verir bu ölkədə? Bir vətəndaş kimi mən də sizə sual verirəm, siz bilsəniz ki, xəstə uşağınızı aparıb göstərmək istədiyiniz adam mal həkimidi – baytardı, onun yanına gedərsinizmi?  Bu ölkədə hamının çox aydın şəkildə bildiyi, anladığı bəlli məsələlər var ki, çoxları bu barədə ya susurlar, ya da özlərinin belə eşidə bilməyəcəyi qədər aşağı tonda danışırlar. Sizcə bu hakimiyyət Qarabağ uğrunda müharibəni niyə başlamır? Çünki hamı, o cümlədən hakimiyyətdəkilər də bilirlər ki, Ermənistanın arxasında Rusiya dayanır və bizim bu müharibəyə girməyimiz Rusiya ilə savaşa girmək anlamına gəlir. Nəticəni də bəribaşdan görürük deyə, situasiyanı gözləyirik. Yəni, Qarabağ uğrunda, yüz faiz uduzacağını bilə-bilə, həm də ədalətsiz şəkildə uduzacağını anlayaraq savaşa girsən, nələr olacağını bildiyindən müharibəyə başlamırsan. Torpaq namusdu və biz namusumuz uğrunda döyüşə girmək üçün şəraiti gözləyirik. Yaxşı, bu seçkilərin nəticəsi əvvəlcədən bəllidisə və son 20 ildən artıq müddətdə tam sübuta yetirilibsə ki, bu rejim heç bir vaxt seçki keçirmir və seçki adı altında keçirilən o kampaniya bir pərdədi, şirmadı,  bu pərdənin arxasında konkret cinayət fəaliyyəti durur, o zaman bu cür seçkidə, daha doğrusu, cinayət fəaliyyətində iştirak etmək nə qədər doğrudu?  Bu cinayətin adı da, qanunsuz yolla və zor gücünə hakimiyyəti ələ keçirmə və saxlamadı. Bu hakimiyyət, bu rejim Azərbaycan xalqına məxsus olan, mənbəyi xalq olan hakimiyyəti  xüsusilə də 2003-cü ildən etibarən, tamamilə qanunsuz üsulla ələ keçirib və o cür qanunsuz yollarla və zor gücünə saxlayır. Bu seçki prosesləri, o cümlədən də qarşıdan gələn parlament seçkisi də həmin qanunsuz hərəkətə, daha doğrusu cinayətə qanun donu geydirmək məqsədilə həyata keçirilir. Indi deyin görüm, əgər məsələ bu qədər aydın və ortadadısa, onda mən niyə bu cinayətdə iştirakçı olmalıyam? Hansı ağıllı adam, hansı başı işləyən boksyor və ya güləşçi nəticənin məğlubiyyət olduğunu əvvəlcədən bilə-bilə, meydana, rinqə, yaxud da tatamiyə çıxar, oyuna girər? Bilə-bilə ki, hakim satılıb və bu seçki prosesində hakimlik edəcək MSK sadəcə imitasiya ilə məşğuldu və bütün bunlar da yuxarıların, yəni siyasi iradə sahiblərinin tapşırığı ilə baş verir, mən niyə bu seçkiyə qatılaraq, özümü bambılı yerinə qoymalı, ya da artistlik eləməliyəm?

 –  Orası zatən bəllidi, ancaq bir var ki, fərd olaraq Qurban Məmmədov, Cəmil Həsənli, Mehriban Vəzir, Əli Kərimli və s. “mən seçkiyə qatılmıram” deyib oyundan kənara çıxırlar. Bir də var ki, təşkilat və qurumlar adından “boykot” elan olunur. Sizcə, özünüzün də içində yer aldığınız müxalifət bu seçkini “boykot” etmək gücündədimi?

 –  Əvvəla onu deyim ki, seçkiləri “boykot” emək üçün nə Milli Şuraya, nə də müxalifətə ehtiyac var. Azərbaycan xalqı son 20 ildə, xüsusilə də 2003-cü ildən bəri, bu rejimin nəinki seçkisini, hətta olan-olmayan hər şeyini onsuz da “boykot” edir. Xalq evindən eşiyə çıxmır. O televiziyalarda göstərilən bəzi yaltaqlar sürüsü ki var, onlar barmaqla sayılacaq qədər, yəni ümumi seçici kütləsinin bir faizini belə keçməyən zümrədi. Və o zümrə Azərbaycan xalqının iradəsini, əxlaqını, mənəviyyatını, dünyagörüşünü təmsil edəcək gücdə, kondisiyada deyil. Azərbaycan xalqının 85 faizi ötən seçkidə evində oturdu, nə seçkiyə getdi, nə də yaltaqların sırasına qoşuldu. Bə “boykot” nətəri olur? Yəni, Azərbaycan xalqı zatən, seçkidən-seçkiyə atran silsilə ilə seçkiləri “boykot” eləyir. O ayrı məsələdi ki, biz seçkini “boykot” eləmə gücündəyik, ya deylik? Əlbəttə gücündəyik və Azərbaycan xalqının yürütdüyü bu “boykot” siyasəti elə müxalifətin fəaliyyətinin nəticəsidir. Biz bu rejimin, bu hakimiyyətin murdar sifətlərini vaxtında xalqa tanıtmışıq. Vaxtaşırı da bu ifşa olunmalar Leyla Yunuslar, Xədicə İsmayıllar, İntiqam Əliyevlər, Əli Kərimlilər və s., o cümlədən də Milli Şura və AXCP tərəfindən mütəmadi olaraq davam edib, edir və edəcək. Ona görə də xalq öz mövqeyini müəyyənləşdirib və o güc bizim gücümüzdü. Məncə burda söhbət başqa şeydən getməlidi ki,  müxalifət, konkret halda isə Milli Şura və AXCP seçki saxtakarlığını necə sübut edəcək və hansı sübut növləri toplanmalıdı ki, biz Avropa Məhkəməsində bu seçkilərin də 58 faiz yox, həmişə olduğu kimi 100 faiz saxta olduğunu dünyaya sübut edə bilək. Ən azı ona nail ola bilək ki, bu seçkinin nəticələri tanınmasın və heç olmasa, biz bu nəticələrdən doğan siyasi və iqtisadi sanksiyaların tətbiqinə  hüquqi zəmin yarada bilək. Onsuz da bu rejimə qarşı, gec və ya tez, iqtisadi və siyasi sanksiyalar tətbiq olunmasa, bizim xalqımızın  bu diktaturanın və tiraniyanın əlindən öz hesabına, öz gücünə xilas olmaq ehtimalı yoxdu, ya da bu ehtimal hələ ki, sıfırın altındadı. Bu gedişatla ölkədə kortəbii üsyan gözlənir ki, bunun da heç bir millətə və dövlətə xeyri olmayıb, bizə də olmayacaq. Belə bir şeyi nə mən istəyərəm, nə sən istəyərsən, nə də bir başqası. Ancaq hakimiyyətdə oturanlar üçün bunun  əhəmiyyəti yoxdu haa. Bəlkə də onlar ölkədən qaça bilmələri üçün şərait yaransın deyə, qəsdən ölkədə ixtişaş yaratmaq istəyirlər.  Məsələn, Suriyada, Liviyada, Misirdə və digər ərəb ölkələrində, eləcə də bəzi Yaxın Şərq məmləkətlərində baş verənlər göz qabağındadı. Eyni ssenarini vəd edən kabus bu gün Azərbaycanın da başı üzərində fırlanır. Amma nə diktatorların, nə də rejim sahiblərinin vecinə deyil. Çünki onların vətəni ciblərində olan bank kartlarıdı ki, o banklar da ya İsveçrədə, ya da Azərbaycandan çox-çox uzaq olan digər Qərb ölkələrindədi. Azərbaycan onlar üçün bir tərəfdən əyləncə məkanı, digər tərəfdən isə pul yığmaq üçün sadəcə bazardı, alver yeridi. Olmasın burda, olsun Rusiyada, Türkiyədə, ya da Ukraynada, nə fərq edər ki. Bunlar gedib oralarda da pul yığmaq üçün öz alverlərini edəcəklər. Bu ölkə və bu dövlətsə, sənnən mənimkidi, kasıbınkıdı yəni. Və biz ona sahib çıxmalıyıq. O baxımdan da hesab edirəm ki, Azərbaycan xalqı da, müxalifət də bu seçkini “boykot” eləməyinə eləyəcək, amma müxalifətin üzərinə, konkret siyasi qurum olaraq  düşən vəzifə, bu saxtakarlığın hüquqi müstəvidə sübutuna nail olmaq, lazımi sübutları toplayıb Beynəlxalq Məhkəməyə təqdim etməkdir. Hesab edirəm ki, bu istiqamətdə biz ciddi iş aparacağıq və növbəti iclaslarımızdan birini də məhz bu məsələnin müzakirəsinə həsr etməyi düşünürük.

 –  Qurban bəy, sizdən aldığım son müsahibənin üstündən xeyli zaman ötüb və o zaman sizə belə bir sual vermişdim ki, nədən ritorikanız ən öndə gedən radikal müxalifət liderlərinin ritorikasından qat-qat sərt və amansızdı? Aradan illər ötüb, yenidən həbsxana həyatı yaşamısınız, amma ritorikanız hələ də dəyişməyib, elə əvvəlki qədər, bəlkə ondan da çox, amansız və sərt bir dildə danışırsınız. Sözümü nə qəribçiliyə salın, nə də başqa yerə yozun, onsuz da hamı bizim dost olduğumuzu bilir və bu dostluğun ərkinə güvənərək soruşuram, Qurban Məmmədov niyə ağıllanmır, ya da ağıllanmaq istəmir?

Qurban Məmmədov və Sərdar Əlibəylinin 14 saylı cəzaçəkmə müəssisəsindən çıxdıqları zaman çəkilmiş şəkil.

 –  Əvvəla onu deyim ki, mənim ritorikamda heç bir amansızlıq və kəskinlik yoxdu, əslində gerçəkliklər amansızdı, həqiqət acıdı və burda heç nə mənim nitqimin amansızlığı və kəskinliyi ilə bağlı deyil. Yəni, mən sadəcə mövcud reallıqları deyirəm və sizə görünən kəskinlik də, amansızlıq da həmin o reallıqların özündən doğur, mövcud olan gerçəkliklərdən qaynaqlanır. Ola bilsin ki, kimlərsə ya qorxusundan, ya da həbs olunmaqdan çəkindiyindən və s. səbəblərdən sadəcə olaraq reallıqları demir, deyə bilmir və yumşaq görsənmək istəyir. Amma reallıqlar çox acı və çox dəhşətlidi. Əksinə, mən özüm də belə hesab edirəm ki, mövcud reallıqları tam şəkildə çatdıra bilmirəm, çünki bizim ana dilində bunları çatdırmağa söz yoxdu. Lakin, sağ olsunlar mənim bəzi dostlarım, bəzən müsahibə verəndə, ya da nəsə yazanda, zəng eləyib deyillər ki, belə lazım deyil, ehtiyatlı ol və s. Bilirsinizmi, bu həbs olunmaq-filan kimi şeylər bir siyasətçinin həyat tərzinin tərkib hissəsidi. Siyasətlə məşğul olan hər bir adam başa düşməlidi ki, burda həbs də var, müəyyən məhrumiyyətlərlə bərabər, hətta ölüm də var. Yəni, biz bu yola şüurlu şəkildə girmişik və mən belə şeyləri heş vaxt nəzərə alıb nəsə danışmaram, çünki təbiətim belədi. Demək istədiyim odur ki, mən siyastlə bağlı bir addım atanda fikirləşmirəm ki, bu addımdan sonra görəsən başıma nə gələcək. Insan bunları düşünsə, gərək heç yaşamaya, hər halda mən belə düşünürəm. Hələ-hələ siyasətçi oldunsa, o zaman bunu etməsən olmaz, yəni bir siyasətçinin bütün fəaliyyəti boyu sərrast və sərt ritorikaya, nitqə sahib olması, olmazsa olmaz, şərtlərdən biridir.

 –  Yəni, sonunu düşünən qəhrəman ola bilməz deyirsiniz?

 –  Bəli, belə bir söz də deyillər. Yeri gəldi, sizə bu reallıqlarla bağlı bir-iki məsələni də deyim. Mən 1995-ci ildə Nəsimi seçki dairəsindən namizədliyimi vermişdim. Niyə? Çünki onda mən Heydər Əliyevə inandım mən. O, 1993-cü ildə hakimiyyətə gəlmişdi və and-aman edirdi ki, ölkədə normal seçki keçirəcəklər. Həmin seçkidə mənim alternativ rəqibim rəhmətlik Yusif Səmədoğlu idi. Mən həmin seçkidə hamıya qalib gəldim, o cümlədən də Yusif Səmədoğluna. Hətta bütün məntəqələrdə mənim xeyrimə olan protokollar yazılmış və imzalanmışdı. Çünki, məcbur idilər protokolları o cür yazmağa, nəzarəti elə təşkil eləmişdim ki, nə saxtalaşdırmaq mümkün idi, nə də başqa yolları var idi. Gecə saat 12-nin yarısından sonra icra hakimiyyətinə yuxarıdan göstəriş gəldi və bütün protokollar saxtalaşdırılaraq, mənim səslərimi rəqibimin adına yazdılar. Nəticə olaraq da mənim mandatımı Yusif Səmədoğluna bəxşiş elədilər. Ondan sonra bir daha nə prezident, nə də parlament seçkilərində  iştirak etmədim. Sonradan 1998-ci ildə bir də həbs olundum və 5 il həsxanada yatdım. Mən həbsdən çıxanda artıq prezident İlham Əliyev idi. Beləcə 2005-ci ildə də güman elədim ki, bu kişilər söz deyir, and-aman edirlər ki, normal seçki olacaq. Bu dəfə də Nizami rayonunda namizəd oldum, kampaniyamı apardım, orda da hamını uddum. Bu dəfə də mənim mandatımı Hüseyn Abdullayevə satdılar. Indi bizim məşhur dissident qardaşımız olan Hüseyn Abdullayev o zaman mənim mandatıma sahibləndi.

 –  İndi o, məşhur dissidentdən daha çox, məşhur kompazitor kimi tanınır.

 –  Nə deyirəm, Allah köməyi olsun, pis oğlan deyildi, sadəcə onun da başını aldatdılar. Bəlkə də Hüseyn bəy o vaxt mənim mandatımı almaqdan imtina eləsəydi, bu gün mən onun özünü də, xalqımı da, daha üstün səviyyədə və daha sanballı şəkildə müdafiə edə bilərdim. Amma Hüseyn Abdullayev indi, seçiciləri və xalqı bir yana qalsın, heç özünü də müdafiə eləyə bilmir. Yəni, deputatlıq Hüseynin yeri deyildi. Ora bir hüquqşünasın yeri idi ki, gerçək deputa kimi iş görsün. Parlament mahnı oxumaq, şeir demək, bayatılar və nəğmələr bəstələmək yeri deyil. Biz bunu başa düşməyə-düşməyə gedirik deyə, başımıza oyunlar açılır və yazıq  Hüseyn də didərgin düşüb. İndi onun ağsaqqal, ağbirçək valideynlərinə qarşı həmin bu rejim tərbiyəsizlik eləyir. 2005-dən sonra 2010 seçkiləri gəldi və mənə çox yoldaşlar işarə verdilər ki, əşşi sən seçkiyə gir, səni buraxacaqlar-filan, mən də qətiyyən bunu eləmədim və bundan sonra da eləmərəm. Çünki mən artıq gördüm ki, bu rejimin başında duranların verdikləri söz, elə söz olaraq da qalır. Bütün bu sözlər, yenə də deyirəm, şirmadı və bu sözləri yalnız xalqı aldatmaq üçün danışırlar. Yənu bunların dedikləri və verdikləri sözə inanmaq olmaz. Və mən nəyə görə gedib təzədən seçkidə bu hakimiyyətin cinayətkar fəaliyyətinə seçki vasitəsiylə qanuni don geydirilməsi prosesində iştirak etməliyəm? Axı, mən bilirəm ki, artıq seçkilərin taleyi həll olub və deputatların siyahısı əvvəlcədən hazırdı. Artıq o da bəllidi ki, kim hardan deputat olacaq, kim nə qədər pul ödəyəcək və s. Belə bir çirkli və çirkin oyunda mənim nə işim var? Adamdan soruşallar ki, namuslu qadınsansa, ləyaqətli kişisənsə, sənin əxlaqsızların içində nə işin var? Mən bunu bir az başqa üslubda və çılpaq şəkildə demək istəmirəm və sadəcə soruşuram ki, düz adamların əyrilərin yanında nə işi var?. Bir dəfə dostlarımdan biri məndən soruşdu ki, Qurban bəy, niyə gedib hakim işləmirsən? Dedim ki, ay qardaş, bunlar məni heç vəkil olmağa qoymurlar, çünki yaxşı bilirlər ki, mən gedib hakim kürsüsündə otursam, bütün fəaliyyətim qanun çərçivəsində olacaq və çoxlarının özlərini də, balalarını da tutub salacam içəri.  Yəni, bunlara mənim kimilərinin hakim olamsı sərf eləməz axı. Bu rejimə Qurban Məmmədov kimi hüquqşünaslar, yaxud da Sərdar Əlibəyli kimi jurnalistlər lazım deyil, a kişi. Bunlara lazımdı ki, əxlaqsızlıqlarına, qanunsuz əməllərinə və cinayətlərinə “ləbbeyk” desinlər, təbliğ eləsinlər, onlarla şərik olsunlar və cinayət fəaliyyəti nəticəsində əldə olunmuş oğurluq malı bir “kotyol”dan yesinlər, bir yerdə murdarlansınlar. Yəni, bunlara belə adamlar lazımdı, ona görə də Qurban Məmmədovu yaxına da buraxmazlar. Bu baxımdan da, mən sizə deyirəm ki, bu rejimin Azərbaycanda keçirdiyi seçkidə iştirak eləmək birincisi xəyanətdi, ikincisi də şüurlu şəkildə satqınlıq etmək, ya da qanmazlıqdı. Adam nə qədər qanmaz olmalıdı ki, bu boyda cinayətləri görə-görə onun içinə girsin. Heç bir halda qanan və özünə hörmət edən adam, bu cinayətlərin içinə girməz. Bunu edənlər isə ya dəli, ya da qanmazdılar. Yox, əgər bir adam oraya qana-qana gedirsə, demək o, satqın və xəyanətkardı, elə onların tayıdı. Əgər biz müsəlmanıqsa, sevgili Peyğəmbərimizin gözəl kəlamları,  Qurani-kərimin bütün müsəlmanların həyatının hər yönünü tənzimləyən ayələri və Həzrət Əlinin gözəl sözləri var, onlardan nümunə götürüb Allahın göstərdiyi yolla getməliyik. Zalımın zülmünə dözən elə zalımın özüdü, zalımın zülmünə qarşı mübarizə aparmayan zalımla şərikdi. Əslində biz bu seçkidə iştirak eləməklə, zalıma “züy” tutruq və bu “züy”ü tutanların hamısının yeri cəhənnəmdi. Bəzi adamlar və bəzi qruplar da var ki, bu seçkilərə sırf qazanc məqsədi ilə gedirlər. Mən onları da başa düşürəm və çox da qınaya bilmirəm.  Yaxşı tanıdığım bir sıra adamlar var ki, onlar seçkiyə qatılıb, saxtakarlıları üzə çıxarmaqla, Avropa məhkəməsinə üz tutur və sübutları ortaya qoyaraq, məhkəmənin qərarı ilə bunlrdan pul alırlar. Mən bu adamları qınaya bilmirəm və əslində bu da seçki saxtakarlıqlarını sübut etməyin bir yoludu. Amma, hətta belə adamların özləri də bu haqda düşünməlidilər. Yəni, bunlar başa düşməlidilər ki, fərdi qaydada pul qazana bilmələri üçün millətin və dövlətin əsas maraqlarına zərbə vururlar. O məşhur “karol lütdü” ifadəsi var haa, mən bilirsinizmi nə təklif eləyirəm və bu haqda dəfələrlə Milli Şurada da demişəm. Mən təklif edirəm ki, gəlin hamılıqla meydandan qırağa çəkilək və bütün dünya da görsün ki, bunlar lütdülər. Bütün dünyaya göstərmək lazımdı ki, bunlar meydanda lütdülər və bu seçkidə bunlardan başqa kimsə yoxdu. Deyirəm ki, a kişilər, bu gerçəkliyi xalqa göstərin. Bu gün əslində Azərbaycan müxalifəti, xüsusilə də Milli Şura və AXCP, Azərbaycan xalqı ilə rejimin arasında sipərə çevrilib. Biz bu rejimi xalqın qəzəbindən qoruyuruq, xilas eləyirik. Əslində biz ortadan çəkilməliyik və onda görəcəksiniz ki, Azərbaycan xalqı bu rejimi, dəli inək balasını tapdalayan kimi, ayaqlarının altına salıb tapdalayır, yoxsa yox.  Onda bizə meydan oxuyan, bizə lağ eləyən, gecə-gündüz bizi təqib etdirən, həbs etdirən bu gədələr, gəlib qapımızda yalvaracaqlar ki, bizi bu xalqın qəzəbindən xilas eləyin. Günah bizdədi axı, günah Əli Kərimlidədi, o bu gün imkan vermir ki, xalq bunları biryolluq tapdalayıb üstündən keçsin.  Əli Kərimli istəyir ki, sivil və siyasi yollarla ölkədə demokratikləşmə baş versin, qanunlar işləməyə başlasın və s. Ona görə də onlar bundan sui-istifadə eləyirlər. Məsələ də bütünlüklə bununla bağlıdı. Şəxsən mən bu gündən sonra mövcud rejimin keçirəcəyi hər hansı bir seçkidə və ya tədbirdə iştirak etmərəm, əks təqdirdə, atamın-anamın ruhları məni bağışlamaz. Yəni, özünə, zatına və kökünə hörməti olan heç bir kişi bu hərəkəti eləməməlidi.  Yenə də deyirəm ki, sən bilə-bilə ki, hakim satılıb, oyuna girərsənmi, oynayarsanmı? Öz əxlaqını, adını-sanını qorumaq istəyən kişilər bu cür oyunlarda iştirak etməməlidilər. Mən də bu qədər ciddi bir prosesdə iştirak etməməklə, əslində özümü qorumaq, əxlaqımın və mənəviyyatımın əleyhinə getməmək istəyimi reallaşdırıram.

 –  Son bir neçə gündə stəkanda qoparılan bir fırtına və bu fırtınanın içində də Razi adlı Nurullayevin əsməsi ölkəni başına götürüb. Bu haqda nə düşünürsünüz, nələr olur və qarşı tərəfdəki dostlarınız neyləmək fikrindədilər?

“MİLLƏTİ BU GÜNƏ SALANLAR NƏ MƏQSƏD GÜDÜRLƏR?!!”

Qurban Məmmədovla bundan əvvəlki müsahibəni alanda, heç ağlımıza da gəlməzdi ki, qarşıda xeyli zamanımızı sadəcə yeyəcək, bitirəcək həbs olunmaq və həbsxana həyatı yaşamaq var. Əslində nə həbs olunma, nə də həbsxana həyatı elə ikimiz üçün də yenilik deyildi, bununla belə, kim nə deyir desin, qazamatda yaşamaq o qədər asan və sadə bir iş deyil. Hələ adamın özündən çox düşünməli olduğu ailə, qohum-əqrəba və yaxın-uzaq dostlar da var ki, onlara verdiyin əzab-əziyyətlərin mənəvi ağrıları qazamatın özündən də ağır gəlir adama. Bunları elə-belə sözgəlişi dedim…

Ötən müsahibədə Qurban bəydən ritorikasının nədən bu qədər sərt və amansız olduğunu soruşmuşdum. Amma adam heç dəyişməyib ki. Elə Qurban da o Qurbandı, ritorika da o zamankı qədər sərt və amansızdı. Nədən belə düşündüyümü indi sizə təqdim etdiyim bu müsahibədə görə biləcəksiniz. 

Beləliklə, bu dəfəki müsahibim Qurban Məmmədovdu, sadəcə Qurban Məmmədov və bir də Sərdar Əlibəylinin dostluğundan qürur və şərəf duyduğu Qurban Məmmədov.

                                                                 Sərdar ƏLİBƏYLİ

 Qurban MƏMMƏDOV:

“BİZİM RƏQİBİMİZ HAKİMİYYƏTDİR, REJİM SAHİBLƏRİDİR, ÖLKƏNİ BU GÜNƏ SALANLARDIR”

“SINDIRILARAQ ƏLƏ ALINAN, SATILAN ADAMLARA YAZIĞIM GƏLİR”

“OHLAR MƏNİM MİLLƏTİMİN YAZIQ GÜNƏ QOYULMUŞ XƏSTƏ BALALARIDI”

“AND OLSUN ALLAHA Kİ, O YAZIQLAR BU DÜNYADA CƏHƏNNƏM ƏZABI YAŞAYIRLAR”

                                                                                                                                                 

 II hissə

 

–  Son bir neçə gündə stəkanda qoparılan bir fırtına və bu fırtınanın içində də Razi adlı Nurullayevin əsməsi ölkəni başına götürüb. Bu haqda nə düşünürsünüz, nələr olur və qarşı tərəfdəki dostlarınız neyləmək fikrindədilər?

–  Vallah, mən bu prosesə görə çox sevinirəm(gülür). Bilirsinizmi, həmin bu Razi həbsdən çıxandan sonra mənə zəng eləmişdi ki, tezliklə sizin ziyarətinizə gələcəm. İndi deyirəm ki, nə yaxşı gəlməyib, gəlib evdə ora-bura nəsə yapışdırardı, bütün orqanlara və onun bağlı olduğu idarələrin hamısına mənim evimdən reportaj gedərdi. Allaha qurban olum, görün hər şeyi nə gözəl açır, nə gözəl nizamlayır.  Onu da deyim ki, mən AXC-nin ətrafında baş verən bu hadisələrə heç vaxt ciddi yanaşmıram. Burda problem AXC ilə yox, rejimlə bağlıdı. Azərbaycanda hakimiyyətdə olan siyasi rejimin dərdidi bu. Görün bu bədbəxtlər nə günə qalıblar ki, bu cür metodlarla, belə uşaq-muşaqlarla, bu tərbiyə ilə, bu əxlaqla iş aparırlar, milyonlar xərcləyirlər və nəticəsi əvvəlcədən bəlli olan mənasız oyunlara gedirlər. Bu oyunu biz bir dəfə də görmüşdük və mən onda həbsdəydim. 2000-2001-ci illərdə Qobustan qapalı həbsxanasında olduğum zaman, yəqin ki, sizin də yadınızdadı ki, AXC-ni dağıtmaq məqsədilə cəbhədən klassikləri ayırdılar. Onda da İsa Qəmbər bir tərəfi, Sərdar Cəlaloğlu da digər tərəfi dəstəklədi. Bunun da nəticəsi olaraq, Əli Kərimlinin o zaman parlamentə getməkdən başqa yolu qalmadı. Adam siyasətlə məşğuldur və ən azı partiyasını qoruya bilmək üçün bu addımı atmaq zorunda qaldı. Məsələn, o zaman mən özüm də bunu xəyanət saydım və Əli Kərimlini qınadım ki, sən niyə seçkiyə qatılırsan. Sonradan onun özü ilə görüşüb, arqumentlərini dinlədim və  Əli bəyə haqq qazandırdım. Dövlət səviyyəsində müxalifətlə əlbir olub, kişinin partiyasını dağıdırdılarsa, o zaman Əli Kərimli neyləməliydi?  Bütün hallarda alınan nəticələr və bu günkü situasiya onu göstərir ki, o vaxt Əli Kərimli ən düzgün olan qərarı qəbul edib. Parlamentə getməklə, məclisdə oturmaqla adam partiyasını tam dağılmaqdan və təşkilatını  siyasətdən kənarlaşdırılmaqdan xilas edib. O zaman da, mənim özüm də daxil, Əli Kərimliyə parlamentə getdiyinə görə irad tutanların sayı nə qədər çox olsa da, sonucda  o, partiyasını qorudu və bu günkü nəticəni ortaya qoya bilmək üçün həmin addım atılmalıydı. Həmin vaxt Əli bəy bütün hücumları öz üzərinə götürərək, bir siyasətçi uzaqgörənliyi nümayiş etdirdi. O vaxtdan bəri gedən proseslər də onu göstərir ki, biz, Əli Kərimlinin doğru qərarlar qəbul etdyini etiraf etməliyik. Indi həmin AXCP-ni bölmək, parçalamaq anlamına gələn o hadisənin 100 qat, hətta min qat balacası, kiçiyi baş verir. İndi meydanda nə Mirmahmud Mirəlioğlu, nə də Qüdrət Həsənquliyev var. Hesab edin ki, bunlar bir vaxtlar aslanların, pələnglərin girdiyi meydana indi (pauza) siçanla, tarakanla girib nəsə əldə etmək istəyirlər.

–  Bəlkə dovşan demək istəyirdiniz?

–  Hə, dovşanlarla oynayan birini belə ciddi proseslərə qoşub, nə əldə etmək istədiklərini başa düşmürəm. Mən bayaq bir statusumda yazdım ki, bunlar milçəkləri filin üstünə buraxıblar və əsas məqsədləri də sadəcə filin başını qatmaqdır. Dünən bu haqda Əli bəyin özünə də dedim və Milli Şurada da bu barədə danışmışam. Adətən prezident uçan təyyarəni qorumaq üçün onun ətrafına aşağıdan səs və istilik raketləri buraxırlar. Bu da ona görə edilir ki, kənardan atılan raketlər prezidentin təyyarəsinə yox, həmin o səs və istilik raketlərinə doğru gedərək, əsl hədəfdən yayınsınlar. İndiki baş verənlər və gedən proseslər də təxminən həmin məsələnin eynidi. Rejim sahibini qoruya bilmək üçün sağdan-soldan buraxılan boş raketlərdi havada görünənlər. Əli Kərimli, yaxud da Milli Şuradakılar uşaq-zaddı ki, durub o balaca raketlərə baş qoşsunlar. Əslində bizim hədəfimiz nə Razidi, nə də bizim və cəmiyyətin doğru-dürüst tanımadığı o cavan uşaqlardı. Hətta o cavan uşaqlar ki var, qoy bacardıqları qədər Razidən çox pul qoparıb xərcləsinlər, kişi adamdılar, əcəb eləyirlər. Əslində, ortada fırlanan pullar heç kimin dədəsinin pulu deyil ki, xalqdan oğurlanan pullardı. Qoy uşaqlar da, lap elə Razinin özü də xərcləsinlər, halal xoşları olsun. Bizim rəqibimiz isə hakimiyyətdi, rejim sahibləridi, ölkəni bu günə salan dövlətin ali vəzifəli şəxsləridir və onların da başında kimin, ya da kimlərin dayandığını zatən hər kəs bilir. Bizim Razi ilə nə işimiz ola bilər axı?

–  A bəy, mənim üçün çox maraqlı bir şey var, siz AXCP rəhbərliyində olanlarla mütəmadi görüşürsünüz ona görə bunu deyirəm. Gözəl Bayramlının və Fuad Qəhrəmanlının statuslarında mən bir şeyi sezirəm. Bunlar çox narahatdılar ki, hakimiyyət niyə Razi ilə işləyir, bunlar savadsızdılar, çoxlarının ali təhsili yoxdu, qabiliyyətsizdilər  və s. deyə yazırlar.

 –  Bə nə yazmalıdılar ki?

–  Yox ee, mən bu haqda bir-iki dəfə şərh də yazmışam ki, əgər hakimiyyət Razi kimi biri ilə, bunların da qeyd etdiyi kimi Razinin ətrafına toplaşmış savadsız və qabiliyyətsiz adamlarla iş görüb, özünü də, bunları da biabır edirsə, o zaman buraxın etsin, niyə bundan narahat olursunuz? Mən də öz kəm ağlımla bu qənaətə gəlirəm ki, AXCP cinahından gələn bu statusların müəllifləri “hakimiyyət niyə bizimlə yox, onlarla işləyir” demək istəyirlər. Sizə belə gəlmir ki?

–  (ürəkdən gülür) Gözəl xanım da, Fuad bəy də yetərincə səviyyəli və təcrübəli siyasətçilərdi. Elə indi sizin sualınıza cavab verəndə mən də təxminən o şeyləri dedim ki, bunlar o qədər qabiliyyətsiz və savadsız uşaqlarla neyləmək istəyirlər? O məntiqlə, sən gedib mənim haqqımda da yaza bilərsən ki, Qurban bəy demək istəyir ki, əşşi, onları neynirdiniz, gəlib elə mənimlə işləyərdiniz. Bu cür məntiqlə düşünmək düzgün deyil axı. Bunlar demirlər ki, gəlin bizimlə işləyin, sadəcə hakimiyətin hərəkətlərini pisləyirlər və bütövlükdə gedən prosesi qınayırlar. Eyni zamanda da təşkilatda başqa yoldaşları ayıq-sayıq salmaq üçün öz tərəfdarlarına informasiya ötürürlər ki, baxın nə baş verir. Əslinə baxsan, bu Razinin özü də bir cavan oğlandı və mənim ona yazığım gəlir. Həm də tək Raziyə yox, ümumiyyətlə bu və ya digər metodlarla sındırılan, ələ alınan, satılan adamlara mənim yazığım gəlir. Bunların hamısı bizim millətin balalarıdı. Onları Allah yaratmayıb ki, belə aşağılıq formada istifadə olunsunlar. Bunlar da insandı axı, arvadları, uşaqları, ataları, anaları, qardaş-bacıları, qohum-əqrəbaları var, hələ mən dostları, qonşuları, məhəllə uşaqlarını demirəm. Siz heç bilirsinizmi ki, bu cəmiyyətdə yaltaq olmaqla, yaxud da bu cür aşağılıq formada istifadə olunmaqla yaşamaq necə çətindi? A kişi, vallah bu çox çətin bir şeydi və mənim bu yaltaqlara yazığım gəlir. Eyni zamanda mən vətənimi də, vətəndaşlarımı da, xalqımı və millətimi də sevirəm. Onlar da mənim millətimin yazıq günə qoyulmuş xəstə balalarıdı.  Inanın mənə ki, bunların vəziyyəti fahişə qadınların vəziyyətindən də ağırdı haa. Bir fahişə yaşadığı məhəlləyə gələndə, hamı bilir ki, gələn kimdi və sakitcə üzünü yana çevirib keçir, ancaq hamı da bilir ki, bu bir qadındı və bu yola hansı səbəbdən düşüb. Amma yaltaqlığı hamıya faş olan bir kişi məhəlləyə gələndə, kimsə üzünü çevirməz və hamı da “bu oğraşa bax ee” deyib, ona nifrətini bildirər.  Qadına əgər əyri yola gedirsə, fahişə demək olar, onda  bəs kişinin yoldan çıxmışına nə desinlər? Amma siz də bilirsiniz ki, indi bu məmləkətdə çox kişilərə bu söz deyilir. Kişi özünü nə qədər alçaltmalı, nə qədər aşağı düşürməlidi ki, onun haqqında bu cür ifadələr işlədilsin. Və o kişilərin heç biri məhəllədə başını qaldırıb kişi kimi  nə bir dosta, nə bir qonşuya salam verib, salam ala  Çoxları da xidməti maşından düşüb sürətə “podyezdə” girərək qaçıb evində gizlənir.  O cür adamlar qorxurlar ki, birdən məhəllədə kişilərdən biri qabağını kəsib soruşar ki, ə, yaltaq kopakoğlu, o nədi televiziyada, qəzetdə danışıb bizi biabır eləyirsən?  Həqiqətən də bu çox çətin bir şeydi. Ona görə də sizin də onlara yazığınız gəlsin. And olsun Allaha ki, o yazıqlar bu işıqlı dünyada cəhənnəm əzabı yaşayırlar. Onu da bilin ki, yaltaq kişinin arvadı da onunla rahat yata bilmir. Çünki o qadın qonşudakı kişi ilə öz ərini müqayisə edib, gerçəkləri duyduqca öz rahatlığını itirir. Yatmağı da, durmağı da burnundan gəlir. Sizin onların qadınlarına, qızlarına yazığınız gəlsin. Təsəvvür edin ki, universitetdə oxuyan qıza tələbə yoldaşları, “dədən yenə dünən yaman xoddanmışdı, yaltaqlanırdı”- desin. Mən bunları sizə fakt olaraq deyirəm haa. Bütün bunları mənə dostlarım, uşaqlarım, tələbələr arasında görüb, eşidib mənə danışırlar. Təsəvvür edin ki, hələ bağçaya gedən bir uşağa, başqa bir uşaq, sənin atan, ya da baban oğraşdı, yaltaqdı deyir və həmin o uşaq da gəlib o sözləri ailənin içində danışır. Axı, niyə mənim millətim uşağından böyuyunə bu gündə olmalı, yaxud da bu günə salınmalıdı? Bəs milləti bu günə salanlar nə məqsəd güdürlər? Yəqin ki, bütün bunları Qarabağı almamaq üçün edirlər, erməniyə işləyir bunlar. Azərbaycanın idarəetməsini həyata keçirən indiki rejimin siyasəti, sadəcə ermənipərəst yox, birbaşa erməni siyasətidi. Bu günlərdə bir məsələnin müzakirəsi zamanı dedilər ki, filankəslər agentdi, hakimiyyətə işləyirlər. O biri də durub soruşur ki, sübutunuz varmı?  Mən də dedim ki, bağışlayın, agentin sübutu nə olur ki, əməkdaşlıq haqqında “podpiskamı”? O arxivdədi və onu bizə göstərməzlər.

–  Bəs sübut nə olmalıdı ki?

Loading