Əlaqə vasitələri

“Hicab”a qarşı çıxanların şəxsi əxlaqı

Xırdalan şəhər 1 saylı orta məktəbin direktoru Sevinc Əliyeva məhz hicablı olduğuna görə mənim bacım qızını başqa bəhanə gətirərək işdən azad edib. Bu fakt Abşeron rayon məhkəməsində  araşdırılan sübutlarla təsdiqini tapıb.”Təqdimat” adlı sənəddə məktəbin direktor müavinləri məhz  hicabı    vurğulayıblar.

Hörmətli Misir Mərdanov öz müsahibələrində bu qadağanın müəllimlərə aid olmadığını desə də, bu, həqiqəti əks etdirmir. Görünür ki, sionist ağalarından tapşırıq alan hansısa nökər hörmətli Təhsil Naziri Misir Mərdanova tapşırıq verib.

Cənablar, mən sizin tumanı qısa, sinəsi açıq, özünü əmtəə kimi təklif edən qadın və qızlarınızın geyiminə irad bildirmədiyim kimi, siz də zəhmət çəkib başqalarının qız-qadınlarını özünüzünkü kimi geyinməyə məcbur edib barmaqla göstərilməyə  (bir məşhur məsəldə deyildiyi kimi) cəhd etməyin.

Əvvəla, geyim — şəxsi  işdir, zövq məsələsidir.

İkincisi…

Axı siz hansı dinə, əxlaqa və tərbiyəyə qulluq edirsiniz?

Qurani-Kərimin “ən-nur” surəsində  yazılıb: “cariyələrdən fərqlənəsiniz deyə, sizə belə geyim hökm olundu….”

Siz öz cariyə əxlaqınızı, Romanın əxlaqsız hökmdarı Kaliqula kimi ,cəmiyyət əxlaqına sirayət etdirməklə  nə məqsəd güdürsünüz?

sevinc əliyevalar kimdir ki hamını özlərinə oxşatmağa çalışalar?!

Turkiyə 70 ildir bu problemdən əziyyət çəkir. İndi də müsəlman Azərbaycanı bu problemə sürükləyirlər.

Kimsə qadın-qızının “bud-baldır-əmcək siyasəti” hesabına yaşamaqdan ləzzət alırsa, bu onun şəxsi işidir.

Məktəb isə, təkcə tumanı qıssaların və sinəsi açıqların  vergisi hesabına maliyyələşmir. Bunu nəzərə alın.

Bir şeyi də unutmayın: millət,

— sərvətinin talan edilməsini,

—- secki hüquqlarının pozulmasını,

—– hakimiyyətinin zorla ələ keçirilməsini,

—– hətta dövlətinin də işğal edilməsini bağışlayar (necə ki 17 ildir bağışlayır),

ancaq dini hisslərinin və namusunun təhqir edilməsinə dözməz və bu qanlar üzərində qurduğunuz xanədanınızı başınıza çevirər…

P.S.  Namus hicablı olub-olmamaqla bağlı deyil. Hicab sadəcə inanc məsələsidir və qadını, qızı, həm də bütövlükdə cəmiyyəti  daha çox pisliklərdən hifz edir.  ALLAH əmri müzakirə olunmaz.

P.S. Sevinc Əliyeva müəllimlərin əmək haqqı kartlarını ələ keçirib dələduzluq etdiyinə görə direktorluqdan qovulub və axtarışa verilib, yeri məlum deyil. Bu da sizin hicabsız “müasir” qadınınız.

Loading