Əlaqə vasitələri

“MİLLƏTİMİZİN SƏBRİ ARTIQ TÜKƏNİB” – Diplomatın yeni açıqlaması

  “Azpolitika”

06/06/2015 – 01:29

arif-memmedovAzərbaycanın Avropa Ittifaqında nümayəndəliyinin rəhbəri, Avropa Şurasında daimi nümayəndəsi olmuş, hazırda isə İslam Əməkdaşlıq Təşkilatının Avropa Ittifaqı yanında nümayədəsi vəzifəsini daşıyan Arif Məmmədovla bağlı qalmaqal gündəmin əsas mövzusu olaraq qalmaqdadır. Xatırladaq ki, Arif Məmmədov facebook-da yazdığı bir neçə qeydə görə hədəfə gəlib.
Hakimiyyət təmsilçiləri və iqtidara yaxın mətbuat Arif Məmmmədov haqqında xoşagəlməz ifadələr işlətməkdə, onu dövlətə xəyanətdə ittiham etməkdə davam edir.

Diplomat bu gün facebook səhifəsində xalqa müraciət edərək barəsində yazılanlara cavab verib.
Müraciəti olduğu kimi təqdim edirik:

“Əziz dostlar, bacı və qardaşlar, uca Azərbaycan xalqı!
Bu gün günün ikinci yarısından mənə qarşı hücumlar yenidən başladı. Murzilkada, murzilkaçılar nazir Məmmədyarovla olan şəkildən tutub. Bütün digər faktlar yalandı. Mənim belə kostyumum yoxdur və heç zaman olmayıb. Fikir versəniz, aydın görünür ki şəkil fotomontajdır. Elə məqalədən göturülən (qeyd: Avropa Şurasında çıxışım) şəkildi və kiminsə şəklinə yapışdırılıb. Siz bu qədər axmaqlıq və səriştəsizliyi hardasa görmüsünüzmü?
Uca Allahımız bizdən səbrli olmağımızı istəyir. Amma deyəsən millətimizin səbri artıq tükənibdir. Baş əyirəm mənim sevimli xalqımın qarşısında”.(azadliq.info)

98016_crop_0

Loading