Əlaqə vasitələri

Xaliq Bahadır :Rejimi dəyişəcək mitinqlər…

  “AZADLIQ” , 18 MART 2015 10:30

xanbahadir@mail.ru
Indiki uğursuz sosial-ekonomik duruma qarşılıq olmasa da, demək olar, effektli aksiya keçirildi. Effekti reaksiyalardan görmək olar: yalnız hakimiyət adamları deyil, özlərini müxalifətə oxşadan neçələri də aksiyanın effektini azaltmağa girişdi. Sözsüz, siyasi sifarişə uyğun olaraq. Çoxillik antixalq siyasətləri rejimi açıqdan-açığa bankrota gətirib çıxarıb. Ortada ideya-siyasi, mənəvi-psixoloji  bankrot faktı var. Buna görə rejimin doğma resursları etkisiz duruma gəlib. Elə buna görə də rejim müxalifətə bağlı resurslara, daha doğrusu, satılmışlara yönəlməli, onlardan yardım ummalı olur. Yenə də istədikləri effekti ala bilmirlər: ölkədə indi hamı kimin kim olduğunu bilir. Bu baxımdan rejimin aksiya-mitinq qorxusu anlaşılandır – çoxillik antixalq siyasətləri, üstəlik, neftin əldəqayırma “Badamlı” dəyərinə enişi istər-istəməz ölkəni çoxdan unudulmuş Ata sözünə gətirib çıxarıb: ac qılınca çapar!
Ölkəyə gələn 100 milyardlarla gəlirin hara getdiyi bəlli deyil. Daha doğrusu, ortada bu gəlirlərə bağlı sonuc yoxdur. Təhsil, sağlamlıq sistemi darmadağın edilib. Əliyevçi rejimin darmadağın etdiyi təhlsil sistemi verdiyi bilik baxımından dünyanın ən bahalılarından sayıla bilər. YAP hakimiyəti korrupsiya-parazit hakimiyəti olaraq dünyanın ən bahalı – ən yararsız hakimiyətlərindən olduğu kimi, onların təhsil sistemi də dünyanın ən bahalı, eləcə də ən yararsız təhsil sistemlərindəndir. Buna görə də “prezident administrasiyasında işə götürmək üçün savadlı hüquqşünas tapa bilmirlər”. Soruşan gərəkdi: tapsalar nə olasıdı? O da daşlaşmış korrupsiya rejiminin vintciklərindən birinə çevriləsidir. Azərbaycan dilində danışmağı bacarmayan təhsil naziri “xaricdə təhsil almış 9 min tələbəni vətənə qaytardıqlarını” bildirir. Qaytarıblar – başlarına daş salıb rüşvətxora, korrupsionerə çevirməyə. Qaytarıblar – AzTV-lərin qabağında oturdub prezidentə, prezident ailəsinə yalataqlanmağı öyrətməyə. Qaytarıblar – onların dışda qazandıqları biliklərdən yaralanmaqla Ailə dövlətinə, Ailə biznesinə qulluq etdirməyə!
Bananın dəyərinin 2m. 50 qəpik, müəllimin aylığının 150-200 manat (bu da bir dəyərdir!) olduğu olkədə 8 milyard manatlıq oyunbazlığa qol qoyan bir hakimiyətə bilikli adamlar yalnız bilikli robotlar kimi gərəkdir. Buna görə ölkədə kitab, teatr, kino kültürü adına gerçək dəyər qalmayıb. Bir ildə birinə 54 milyon manat pul ayrılan (AzTV) televiziyalar isə yalnız milləti sürüyə çevirmək üçündür! Manqurtlaşdırma – bu Əliyevlər hakimiyərinin başlıca ideologiyası! “Regionların sosial-iatisadi inkişafı dövlət proqramı” adına 51 milyard manat pul yalnız manqurtlaşdırma ideyasının ölkə boyu kök atmasına yönəldilib. Ən azı yanvar ayından sosial-ekonomik siyasətdə kəskin dönüş edilməli, bu yöndə ardıcıl işlər görülməliydi. Ancaq ortada olan yalnız bir-birindən ötə gedən yalançı çıxışlardır. Tez-tez “bizim siyasi iradəmiz var” deyən I.Əliyevin “siyasi iradəsi” özünü yalnız başqa cür düşününənlərlə bağlı repressiyalarda göstərə bilir. Bu isə gerçəkdə I.Əliyevin iradəsi deyil, atasındanqalma hərbi-polis rejiminin gücünə gerçəkləşdirilən “iradə” görsənişidir.
Çoxdan hesabatı gözlənilən “baş nazir” A.Rəsizadə ortada gerçək, effektli bir iş olmadığından yalanlarla dolu çıxışda bulundu. O yalanların bircəciyini göstərək: “yoxsulluğu 5 faizə endirmişik”. Yoxsulluğu 5 faizə endiriblər, ancaq yoxsulluqdan qurtulsun deyə, müəllimi sevimli deputatlarının dililə dərsdən sonra daş daşımağa, divar hörməyə göndərirlər. Maaşları dördqat artırdıqlarını deyirlər, ancaq başında durduqları monopoliyanın qiymətləri neçə yüz qat artırdığını demirlər. Bircə fakt: ölkəyə gətirilən malların qiyməti 100, 200, 300, 400 qat qaldırılır. Aylığı 4 qat qaldırırsız, qiyməti 400 qat. Faşizm nəyə deyirsiz?!

Loading