Əlaqə vasitələri

Şahvələd Çobanoğlu : Bəs növbəti böhran?

“AZADLIQ”

Bilmirəm, büdcəsinin böyük hissəsini (50 faizdən çoxunu) tikinti xərcləri təşkil edən nə qədər ölkə var dünyada? Bizim şanlı ölkəmiz ? Azərbaycan isə bu cəhətinə görə bəlkə də dünyada yeganədir, istisnadır. Əslində, qarşıdakı böyük sosial bəlanın əsasısıdır bu tikinti sevdası…
Ötən yazımda mən bu problemə qismən də olsun toxunmuşdum və bir çox suallar aldım. Dəyərli oxucular, etiraf etməliyik ki, tikinti sektoru bizim ölkədə neft pullarının formalaşdırdığı yeganə real sektordur. Bunu qısaca izah edək. Neft Fondundan pulları büdcəyə doldurub, buradan da tikintiyə xərcləməyin YAP hakimiyyətinə faydası böyükdür. Əvvəla, tikinti layihələri korrupsiya üçün çox əlverişlidir, başqa sözlə desək, çox qazanclı sahədir. Körpünü elə tikirlər ki, sanki onun dəmir konstruksiyası qızıldan çəkilib. Qazanc bir yana, burada siyasi faydalar da böyükdür. Abadlıq adı ilə xalqın başını fırlamaq siyasi təbliğatın yeganə söykəndiyi yerdir. Inkişaf nağılı bu cür quruldu ölkədə. Amma işin nağıl olmayan tərəfi budur ki, həm dövlət, həm özəl seqmentdə tikinti real iş yerləri demək idi. Dəbdəbəli villaların artması və təmir dəbi də xeyli iş yeri yaratdı. Ən müxtəlif peşə sahibləri burada çalışmağa məcbur oldu. Çünki başqa sahələrdə iş tapmaq çətindən çətin idi.
Indi isə neft gəlirləri azalıb, həm də kəskin şəkildə. Hökumət manatı saxlaya bilmədi, tikinti bumunu heç cür qoruya bilməz. Hələ 2009-cü ildə neftin qiyməti az müddətə və nisbətən düşəndə hökumət tikinti layihələrini saxlamağa məcbur olmuşdu. Hətta o zaman xüsusi öyündükləri yeni məktəb tikintilərini də dayandırmışdılar.  Bu dəfə neftin gəlirlərinin uzunmüddətli və kəskin enməsi tikinti sektorunu əsasən yıxmış olacaq.
Əsl iqtisadi və sosial ağrılar bununla başlayacaq. Çünki tikinti böyük kəsimin ən son halda üz tutduğu yeganə sektor idi və burada keçinə bilərdi. Ən müxtəlif peşə sahiblərinin axıırncı ümid qapısı bu sektorda tapa biləcəyi iş idi. Hadı Rəcəblinin müəllimləri dərsdən sonra tikintiyə işləməyə yollaması də heçdən deyilməmişdi. Deməli, qarşıdan manatın devalvasiyasından da ağır problem gəlir…
2015-ci il dövlət büdcəsində birbaşa tikinti layihələri ötən ilə nisbətən 700 milyon manat artırılıb. Indi özünüz nəticə çıxarın, hökumətin üstünlük verdiyi bir sahənin əldən çıxması nəyə gətirəcək. Repressiya ilə siyasi fəalların səsini boğmağa çalışan, cəmiyyəti qorxutmağa ümid edən bir iqtidar ölkəni və xalqı hara sürüklədiyinin məsuliyyətini heç cür görmək, anlamaq  istəmir.
Çox görkəmli alim dünyadan sakitcə köçdü
Görkəmli alim, vicdanlı və gözəl insan, sevimli müəllim –  professor Elməddin Əlibəyzadə dünyadan sakitcə köçdü. Azərbaycan hiss etmədi bunu. Azərbaycan hökuməti isə görməməzliyə vurdu.
Azərbaycan dilinin, Azərbaycan ədəbiyyatının qədim dövrlər tarixini yazmış, türkologiyanın ciddi təmsilçisi olan bu qocaman alim Sovetlərin qadağalar dövründə də bizim xalqın tarixini araşdırarkən ideologiyanın diktəsini rədd etmiş, elmi dirəniş göstərmişdi. Çox məhsuldar tədqiqatçı idi.ÿ
Elməddin müəllimi bütün tələbələri çox sevirdi. Professor tələbələrə doğma baba kimi yanaşırdı, onlara tədris etdiyi fənni sevdirə bilirdi. Qədim əlifbaları elə ürəklə tədris edirdi ki, sanki həmin əlifbalar dövrünün canlı şahidi idi.ÿ
Saxta alimlər və yaltaq elm təmsilçiləri, belələrinin at oynatdığı elm müəssisələri onu sevmirdi. Azərbaycan bu gündədir – bunu hamınız bilirsiniz.
Bir il olar, Məhəmməd Əmin Rəsulzadə ilə bağlı bir tədbirdə iştirak etdik, sonra da həmkarım Samir Kazımlı ilə professoru evəcən gətirdik. Xəstə olsa da, çox ürəkdən danışırdı. Samir yolu keçirib, onu evəcən ötürdü. Qayıdan da isə dedi ki, bəy, xəstə olsa da, müəllimin üzü gülür, adama ruh verir. ÿ
Bir onu deyə bilərəm ki, onun kasıb və sadə ömrü çox mənalı idi.ÿ
Ruhun şad olsun, müəllim! Haqq Azərbaycana qayıdacaq və sənin də haqqın veriləcək.

Loading