(“AZADLIQ” qəzetinin jurnalisti)
Gözəl buyurublar ki, bütün müqayisələr qüsurludur.
Bu dünyada tam oxşar heç iki yarpaq da yoxdur.
Ona görə də, Mandellanın rəhmətə qovuşmasından sonra açılan “Bizim Mandellamız kimdir?” müzakirəsi təbii olaraq qüsurludur.
Ancaq qətiyyən düşünmək lazım deyil ki, azərbaycanlılar mərdlikdən, mübarizədən kənar bir xalqdır.
Belə düşünmək uca xalqımıza iftira atmaq olar.
Biz həmişə “atalar sözləri”mizdə neqativ, ikibaşlı fikirləri gur səslə deməyi xoşlayırıq və bununla özümüzdə aşağılıq kompleksini gücləndiririk.
Fəqət, götürün bir incələyin, ata sözlərimizdə nə qədər cəsurluq, mərdlik, qorxmazlıqla bağlı deyimlər var.
Bu dəyərlər bizim üçün həmişə üstün olub; indi kim onlara nə qədər sədaqətli olub, bu ayrı söz. Atalar sözləri “prezidentə dəstək fondunun” sifarişi ilə, qrant əsasında yaranmır, onlar xalqın bağırından süzülərək formalaşır.
Ona görə mən tarixi keçimişimizə çox soyuqqanlıqla baxıram, orda heç nəyi əl-qolumu soyutmaq, depressiyaya girmək üçün səbəb görmürəm.
Nəzərə almalıyıq ki, xalq da bir fərd kimidir: ondan umacağın hədsiz olmamalıdır. Bir düşünək: bir insana 1-ci sinifdən 9-cu sinfə qədər riyaziyyatdan heç nə təlim edilməyib və belə bir vəziyyətdə müəllim gəlib ondan differensial tənlik həll etməyi tələb edir. Bu vəziyyətdə müəllim formal haqlı ola bilər, amma o ədalətli deyil.
Xalqımız da belədir, dostlar. Biz onu uca görmək istəyirik, onun mübarizədə göstərdiyi süstlük qəlbimizi yaralayır, mərd adamları lazımınca müdafiə etməməsi bizi məyus edir, uca səslə də olmasa, “əhli-beyt” arasında onun qabırğasına döşəyirik buna görə.
Lakin, mən düşünürəm ki, qəvi düşmənin zülmünə görə xalqı lənətləməyimiz ən səmərəsiz, ən son işdir. Üstəlik də bu davranış bizi qətiyyən böhrandan çıxarmayacaq.
Biz, pis-yaxşı, xalqımızın yetirdiyi işıqlı nümunələrə istinad edərək, ona güc verməliyik. Tarixi təcrübə göstərir ki, heç bir cəmiyyət öz kökündən, məhvərindən rəşə götürməyincə ucala, inkişaf edə bilmir.
Biz ideal xalq deyilik, əlbəttə. Ancaq bu şəksizdir ki, yüz faizli keyfiyyətsiz də deyilik.
Olsin ki, bizim Nelson Mandellamız yoxdur.
Bəyəm bu faciədir.
Bəs bizim Qurban Məmmədovumuzdan dünyada nə qədərdir ki?
Qurban Məmmədov son 24 ildə üçüncü dəfədir ki, siyasi baxışlarına görə həbs olunur.
Təkcə onu demək kifayətdir ki, 89-cu ildə ona VƏTƏN XAİNİ ittihamı 3 rəngli bayrağı dövlət binası üzərində ucaltdığına görə verilib.
07 dekabr 2013-cü il.
https://www.facebook.com/photo.php?fbid=10202228290924422&set=a.1144810856170.2022986.1104465718&type=1&ref=notif¬if_t=like_tagged
Bottom of Form