Əlaqə vasitələri

Bir atanın qızına nəsihəti

  1. Qızım, nəfsinə, mənliyinə ağır gəlsə də, öncə bunu qəbul et: kişi cismən, əqlən və ruhən qadından üstündür.

Allah (c.c.) qadını kişinin himayəsinə vermişdir.

Çünki “Nisa surəsi”nin 34-cü ayəsində buyurulur:  “Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir. Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər…”

Bunu qəbullanmağının sənə bir zərəri olmaz. Əksinə, çox faydası olar.

Qəbullanmadığın təqdirdə, nəticə dəyişməyəcəyi kimi, həm dünyada, həm də axirətdə bunun sıxıntısını çəkərsən.

  1. Bildiyin şey doğru belə olsa, bunu ərinə qəbul etdirmək üçün əlləşmə, bununçün onunla mübahisə etmə. Söyləməyində fayda görürsənsə, bir dəfə söylə və kənara çəkil.

 İstər qəbul etsin, istər etməsin.

  1. Hər cəmiyyətdə, hər şirkətdə, hər dövlətdə son sözü bir kişi söylər. Bu söz doğru olmaya da bilər. Ancaq mütləq birinin son sözü söyləməsi vacibdir. Belə olmasa, cəmiyyətdə hüzur olmaz, anarxiya baş verər.

Cəmiyyətin  kiçik bir modeli olan ailədə də son sözün birinin söyləməsi vacibdir.

Bunun da evin kişisi olduğunu Qurani Kərim elan edir.

 Buna görə də, sən fikrini bildir, ancaq son sözü ərinə burax.

  1. İnsanlar arasında mütləq bərabərlik yoxdur. Allahu Teala belə yaratmışdır.

Toplumu yönləndirənlərin, idarəçilərin, iş yeri sahiblərinin birincilik, keçiş üstünlüyü vardır. Bunların belə olmasında toplumun faydası var. Onlara  göstərilən xüsusi diqqət və  hörmət bunu edənlərə dönər. Çünki bir rəhbərin xəstələnməsi, işləri qaydasında apara bilməməsi yönədilən hər bir fərdə təsir edər. Bununçün də rəhbərin yanında daim həkim olur. “Mənim yanımda niyə olmur, bu bərabərliyə ziddir” deyilə bilməz. Çünki rəhbərin sağlam olması millətin sağlam olması deməkdir. Yaxud da bir iş sahibinin sağlığının yerində olmaması bütün işçilərə təsir edər, işlər korlanar, sonunda iş yerləri bağlanar. Belədə isə, iş sahibindən çox, çalışanlara zərər dəyər.

Bunun kimi, ailədə sən də daxil, hər kəsin “ailə rəisi ata”nın üzərində əsməsi lazımdır.

Çünki onun yaxşı olması ailə üzvlərinin yaxşı olması deməkdir.

 O,  rahat, sağlam olarsa, hər kəsə yaxşı olar. Çünki o, sağlam olarsa, ailə üzvlərinin yaxşılığı üçün çalışar, xəstəliklərini  müalicə etdirər.

  1. Ərinin qədrini bil !

Bir hikmət sahibi :  “sərxoş olsa belə, evdə bir kişinin olması qadın üçün bir nemətdir” deyib.

Bunu dul qalıb evin dərdlərini çiyinlərinə çəkmiş qadınlar çox yaxşı bilir.

 Bununçün də, evdə “mən, sən var” deyil, sadəcə, “o var” prinsipini özünə düstur et.

 “O varsa, biz də varıq, o yoxsa, biz də yoxuq”—deyə, düşün.

Özünü buna inandır.

 Birdən artıq “mən” olan yerdə hüzur olmaz.

Hüzurun yolu “özünü yox fərz etmək”dən keçər. Bunu unutma !

  1. Kişinin işi, həqiqətən, zordur.
 Bununçün ona yardımçı ol, əngəl olma!

Çünki o evin keçimini saxlamaqla mükəlləf olduğu kimi, sənin və cocuqların da yapdıqlarından sorumludur. Dünyada və axirətdə bunun hesabını verəcəkdir.

Qadının isə belə ağır yükü yoxdur. Sadəcə, öz əməllərindən sorumludur.

Kişinin, həm də  “yaxşılıqları yaymaq, pisliklərə mane olmaq” vəzifəsi vardır.  Bu vəzifə ona vacibdir, fərzdir.

Bu qədər zor işləri edə bilsə, kişi cihad savabı qazanar.

 Qadının cihad savabı alması, cənnətə girməsi kişiyə görə çox daha asandır.

 Sevgili Peygəmbərimiz (s.a.s. ) belə buyurub:

“Qadının cihadı əri ilə yaxşı keçinməkdir”.

“Mömin bir qadın, ərinə itaəti səbəbiylə, yetmiş sadiq əməl sahibi qədər savaba qovuşur. ”

“Bir qadın beş vaxt namazını qılar, ramazan ayında orucunu tutar, namusunu qoruyar və ərinə itaət edərsə, istədiyi qapıdan Cənnətə girər.”

Beləliklə, canım qızım, qısa və anlamlı şəkildə, hüzurlu bir evliliyin yolunu göstərdim sənə.

İstər bu yolda gedər, dünyada hüzurlu bir ömr sürərsən və axirətdə də Cənnət nemətlərinə qovuşarsan.

İstərsən getməz, dünyanı və axirətini özünə zindan edərsən.

Seçim sənin !

Loading