Əlaqə vasitələri

Qurban Məmmədovdan Sərdar Cəlaloğluna qardaşlıq jesti…

Moderator.az xəbər verir ki, yenicə həbsdən azad olunmuş tanınmış hüquqşünas Qurban Məmmədov qardaşı Sərdar Cəlaloğlu haqqında ilginc açıqlamada bulunub. Qurban bəy mətbuatda iki qardaş haqqında yazıların körüklənməsini də üstüörtülü şəkildə qınayıb:
“Siyasi baxışlarımızın və mövqelərimizin daban-dabana zidd olması, xüsusilə də Milli Şura, Əli Kərimli və AXCP-yə qarşı Sərdar bəyin tutduğu qeyri-obyektiv mövqe onun mənim böyük qardaşım olması faktını aradan qaldırmır. Siyasətdən kənarda o mənim qardaşım, böyüyüm və ata əvəzimdir. Ancaq siyasi və milli maraqlarda güzəşt (mən baxışlarımda səhv də edə bilərəm, ancaq belə düşünürəm) ləyaqətsizlik və münafiqlikdir. ALLAH bizi doğru yolumuzdan sapmağa qoymasın, İNŞALLAH !
Eyni zamanda, hesab edirəm ki, ailədaxili və ya şəxsi münasibətlərin ictimai diqqətin mərkəzinə gətirilməsi tamamilə yanlış və ziyanlıdır, insanların qızıl kimi qiymətli vaxtını belə məsələlərə cəlb etmək səhvdir. Qurani Kərimdə deyilir : qohumlarla münasibəti kəsmək ALLAHa qarşı cihaddır. ALLAH bizi belə ağır günühlardan uzaq etsin, İNŞALLAH !

Loading