Əlaqə vasitələri

“Arif Hacılı Qubad İbadoğluna qarşı olan mövqeyindən geri çəkilməli…”

 

Tanınbmış hüquqşünas Qurban Məmmədov Müsavat daxilində yaşanan böhrandan çıxış yolları barədəModerator.az-ın sualına aşağıdakı cavabı verib:
“Təbii ki, indiki halda ən düzgün mövqe tərəflərin bir masa arxasında oturub Müsavatın çoxsaylı üzvlərinin xatirinə ortaq məxrəcə gəlmələridir. Arif Hacılı Qubad İbadoğluna qarşı olan mövqeyindən geri çəkilməli,  Divan öz qərarlarını ləgv etməli, Q.İbadoğlu da seçkinin nəticələrini tanıyıb yola davam etməlidirlər. Kim güzəşt edəcək? Yaxud da etməlidir? Təkəbbür yeri deyil və inanıram ki,  şəxsi eqosuna yenilən istənilən tərəf müsavatçıların da qəzəbinə tuş gələcək. Seçkinin nəticələri çox yaxın olduğu üçün hər iki tərəf öz iddiasında haqlı da görünə bilər. Həqiqəti isə ALLAH daha yaxşı bilir. Elə ALLAHa da buraxmaq lazımdır bəzi məsələləri. Əsas olan Müsavat Partiyasının və sıravi müsavatçıların maraqlarıdır. Eləcə də Azərbaycanın maraqları. İndiki məsuliyyətli dövrdə şəxsi və qrup maraqlarını öndə tutan tərəf Müsavatdan və Xalqdan deyil. Kim bu xəyanətə imza atacaq? Bir uşaq üstə mübahisə edən iki ananın probleminin Süleyman peyğəmbər tərəfindən necə həll edildiyi bu məsələdə əsas prinsip kimi götürülməlidir. Yəni, Müsavat Partiyası və sıravi müsavatçılar kim üçün əzizdirsə, kim Müsavatın və müsavatçıların, Azərbaycanın gələcəyini düşünürsə, o da güzəşt edəcək. Bax onda əsl qalib bilinəcək və inanıram ki, uzun illərdir siyasi mübarizələrdə min bir məhrumiyyətlər çəkən müsavataçı qardaşlarımız da öz sözlərini deyəcəklər–kimi dəstəkləmək istədiklərini, kimin arxasınca getmək istədiklərini bu dəfə açıq bildirəcək, iradələrini ortaya qoyacaqlar.”

Loading