Əlaqə vasitələri

30/12/2014 “Azad ediləcəyimə inanmırdım, elə bilirdim kimsə mənimlə zarafat edir”


“Milli barışıq istiqamətində atılan addıma görə prezidentə “sağ ol” deyilməlidir”

 

“Azadlığıma görə xalqımıza, jurnalistlərimizə, vətəndaş cəmiyyətlərinə minnətdaram”

Cəmi bir neçə saat bundan öncə azalığa qovuşan siyasi məhbus, görkəmli hüquqşünas Qurban Məmmədov ilk müsahibəsiniModerator.az-a verib. Həmin müsahibəni oxuculara təqdim edirik.

Qurban bəy, bu sizin üçüncü həbsiniz idi. Bilmək istərdik ki, bu həbslərin hansı birində sizə qarşı daha çox qəddarlıq nümayiş etdirildi?

-Səmimi olaraq deyim ki, nə əvvəlki həbslərdə, nə də indiki həbsdə özümə qarşı qəddarlıq görməmişəm. Əsl qəddarlıq 90-cı ildə mən həbs olunanda idi. Ayaz Mütəllibovun vaxtında. Əsl qəddarlığı o zaman görmüşəm. Nə 1998-ci il və 2003-cü ildə, nə də sonuncu həbsimdə mənə, şəxsiyyətimə qarşı qəddarlıq görməmiəm.

-Amma haqsızlıq yəqin ki, hər üçündə də oldu…

-Şübhəsiz. Bundan əvvəlki həbslər zamanı da mənə qarşı haqsızlıq oldu. Yəni məni şərləyərək həbs etdilər. Faktiki heç bir cinayət etmədiyim halda  həbs olundum. Sonuncu dəfə də məni heç nədən həbs etdilər. Doğrudur, maşınım bu hadisədə iştirak edib. Amma məni təqisrsiz ola-ola, yalan danışdığı ən savadsız insana belə məlum olduğu şahidlərin ifadəsi ilə  tutdular. Yəni böhtan atılaraq həbs edildim.

Maraqlıdır ki, sizin həbsiniz hər zaman seçki ilinə təsadüf edir. Sizcə bu sadəcə adi bir təsadüfdir, yoxsa…

 

-Təki Azərbaycanda hər zaman ədalətli seçki keçirilsin, mən bunun müqabilində ölənə qədər tutulmağa hazıram. Bunu sizə tam səmimi deyirəm. Bir tək istədiyim odur ki, seçkilər qanuni keçsin. Məsələ bundadır ki, mən tutulandan sonra da seçkilərdə özbaşınalıq olur.

Bu gün ictimai rəydə əfvə münasibət birmənalı deyil. Əfvlə çıxanlarla cəzasını sona qədər yatıb çıxanlar arasında hansı fərq var?

 

-1998 və 2003-cü illərdə mən cəzamı günəgün yatdım. Mən bu məsələlər arasında bir fərq görmədim. Şəxsən mən o vaxt çıxandan sonra, cəzasının 3-də birini çəkərək çıxanlar, müxtəlif metod və yollarla öz azadlığına qovuşanlar cəmiyyətdə bizdən öndə oldu, bizdən hörmətli oldular. Bunlar boş şeylərdir.

Necə hesab edirsiniz, əfvlə bağlı ölkə başısına təşəkkür düşürmü?

-Biz Xocalıda namusumuza sataşan ermənilərlə danışıq aparırırıq. Onlar 20 ildir ki, torpaqlarımızı işğal ediblər, bu gün də işğal altında saxlayırlar, biz onlarla barışıq yolları axtarırıq. Azərbaycanda siyasi məhbus problemi varsa, hansı ki, bu var, bu, danılmazdır, rüşvətxorluq və korrupsiya bütün sahələri bürüyübsə, monopoliya iqtisadiyyatı boğursa, az bir qrup milyardlar sahibidirsə, əksəriyyət dilənçi vəziyyətdədirsə, milyonlar qan qusursa belə bir ölkədə bu cür addım milli barışıq istiqamətində atılan addım kimi dəyərləndirilməlidir. Buna görə prezidentə də “sağ ol” deyilməlidir. Bütün tərəflər də bunu düzgün qəbul etməlidir. Peyğəmbərimizin gözəl bir kəlamı var. Qurani-Kərimdə də bu, müxtəlif ayələrdə təkrarlanır. Təəssüf ki, biz bunu ictimaiyyətimizə başa sala, onları bu həqiqətə inandıra bilməmişik. Buyurulur ki, necəsinizsə, elə də idarə olunursunuz. Balaca bir uşaqla sevgi ilə, məhəbbətlə danışarsan, o sənin istəklərini yerinə yetirər. Əksinə, ona əsəbləşərsənsə, onu alçaldarsansa öz ziyanına olsa belə sənin istədiyini eləməz. Hakimiyyət də belə bir şeydir. Hakimiyyətlə nə qədər mehriban münasibət olacaqsa, hakimiyyət də bir o qədər dəyişəcək. Əksinə, hakimiyyət nə qədər qəddar olacaqsa, bir o qədər də qəddarlıq görəcək. Xalqımız, jurnalistlərimiz, vətəndaş cəmiyyəti təmsilçiləri, beynəlxalq təşkilatlar sağ olsunlar ki, biz bu gün onların sayəsində azadlıqdayıq.

-Azadlığa çıxacağınıza inanırdınızmı?

-Xeyr. Mən dünən saat 9-a bir dəqiqə qalmışa kimi azadlığa çıxacağımı bilmirdim. Mən eşiyə əynimdə gördüyünüz bu paltarla çıxmışam. Sərdar Əlibəyli ilə bağlı bir ay öncədən müraciət olunmuşdu və gözləyirdik ki, o çıxacaq. O, hazır idi. Geyinib-gecinmişdi. Mənim isə heç nəyim yox idi. Hansısa televiziyada da haqqımda danışmışdılar. Mən baxa bilməsəm də dustaqlar mənə demişdi. Lakin mən yenə də inanmırdım. Ta gecə 10 tamamda, 11-ə işləmiş rəis bizi çağırıb deyəndə ki, hazırlaşın, sabah çıxırsınız, o zaman inandım ki, məni buraxırlar. Hətta bu gün saat 11-də həmin həbsxanadan çıxana qədər buna inanmırdım. Mənə elə gəlirdi ki, kimsə mənimlə zarafat edir və ya nə isə quraşdırıblar. Elə bilirdim ki, qapıdan çıxanda mənə bunun zarafat olduğunu bildirəcək və yenidən geri qaytaracaqılar.

Bəzi şəxslər belə hesab edir ki, həbsdə olduğunuz müddətdə Milli Şura sizi lazımınca müdafiə etmədi. Bu barədə siz nə düşünürsünüz?

 

Ardı var.

 

Zülfüqar Hüseynzadə

 

Seymur Əliyev

Loading