08/01/2015 Bəzi ölkələrdə seçkilərdə iştirak hüquq deyil, vəzifə kimi müəyyən edilib…

Milli Demokrat (Bozqurd) Partiyası Təşkilat Komitəsinin rəhbəri Qələndər Muxtarlı tanınmış hüquqşünas Qurban Məmmədovun seçkidə üzrsüz səbəbdən iştirak etməyənlərə cərimə kəsilməsiylə bağlıModerator.az-da qaldırdığı məsələyə münasibət bildirib:
“Qurban bəy ciddi məsələyə toxunub. Bu fikir müxtəlif vaxtlarda cəmiyyətdə qaldırılsa da həllini tapmayıb. Baxmayaraq ki, dünyanın müxtəlif xalqları seçkidə Millətin iştirakını təmin etmək üçün təklif edilən variantı tətbiq ediblər və ciddi nəticələrə nail olublar. Elə Türkiyə Cumhuriyyəti də seçkilərdə iştirak etməməyə görə, yəni vətəndaş olaraq onun qarşısında duran vəzifəyə əsaslı səbəb olmadan məsuliyyətlə yanaşmadığına görə pul cəriməsi tətbiq etmişdi. Gərək ki, 150-200 dollar civarında cərimə ödənilirdi. Bu da artıq vətəndaşları düşündürürdü ki, hakimiyyət xalqın seçkilərdə kütləvi iştirakını təmin etməkdə maraqlıdı. Hakımiyyət həm də istəyir ki, müasir dünyada hec bir dövlət, beynəlxalq qurumlar nə Xalqı təmsil edənə, nə də onun dövlətinə aşağılayıcı gözlə baxmasın. Eyni zamanda Belçika, Braziliya, Yunanıstan, Avstraliya kimi ölkələrdə bu hal, yəni seçkilərdə iştirak hüquq deyil, vəzifə kimi müəyyən edilib. Yəni “Məişət absenteizmi” kimi bəhanələr- yağış idi, başqa yerə getmişdim və sair “Mentalitet”- dən qaynaqlanan hallar aradan qalxar. Seçkiyə gəlməyib, hakimiyyətin mənbəyinin formalaşmasında iştirak etməyən kəslərə beynəlxalq praktikada cərimələrlə yanaşı hətta dövlət vəzifələri tutmaqda müəyyən müddətdə məhdudiyyətlər də qoyulur. Hətta həbs də edilir. Bu gün də bu hallar dünyanın bəzi ölkələrində tətbiq edilir. Odur ki əgər siyasi iradə olarsa, məncə Qurban bəy tərəfindən legitim hakimiyyətin formalaşmasının ən qısa və sınanılmış yolu təklif edilib.”

 3,017 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.