Moderator.az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyası sədrinin müavini Billur Hümbətov tanınmış hüquqşünas Qurban Məmmədovun saytımızda getmiş bir yazısına münasibət bildirib və həmin yazını saytda yerləşdirməyimizi xahiş edib:
“Bir məsələyə münasibət bildirmək isəyirəm.Tanınmış hüquqşunas Qurban Məmmədov mətbuatda 23 dekabr bələdiyyə seçkilərində seçici aktivliyinin 10%-dən də az olmasını əsas gətirərək belə bir təkliflə çıxış edib ki,seçkilərdə üzürsüz səbəbə ğörə iştirakdan imtina edən vətəndaşlara cərimələr tətbiq edilsin.Qurban bəy bildirib ki,seçkidə iştirakdan imtina dövlətdən imtina kimi dəyərləndirilməlidir. Hörmətli hüquqşunasın seçkidə iştirakın bu həddə düşməsi ilə bağlı narahatçılığını haqlı sayıram və hesab edirəm ki,dövlətinin gələcəyininə laqeyd olmayan hər kəs buna ciddi yanaşmalıdır.Nəzərə alsaq ki,bu ilki bələdiyyə seçkilərində 37077 nəfər qeydə alınmışdı və əgər hər qeydə alınan namizəd 50 nəfər seçici seçkiyə cəlb edə bilsəydi bu təxminən 2 milyon seçici demək idi. Düzdür, MSK-da təxminən o qədər seçicinin iştirak etdiyini deyir. Amma ona MSK-nın özündən başqa kimsə inanmaz. Nə isə.
Qurban bəyin seçkidə içtirak etməyənlərin hamısını laqeyidlikdə qınaması ilə heç cür razılaşa bilmərəm.Hər bir ölkədə biganə insanlar mövcuddur və biz də istisna deyilik. Lakin seçkilərdə iştirak etməyənlərin hamısına bu adı vermək ədalətsizlik olardı.
Yadımdadır, 1995-ci ilin parlament seçkilərində Qurban bəy o vaxtkı 26 saylı Nəsimi seçki dairəsindən namizədliyini irəli sürmüşdü.Təbliğat kampaniyasını çox yaxşı aparırdı,seçicilərlə görüşlər keçirirdi.Onun alternativi (Allah rəhmət eləsin) isə heç bir təbliğat aparmadı, hətta plakatlarını belə çıxarmadı.Bizim namizəd qeydə alınmasa da, o vaxt proporsonal seçki sistemi də mövcud olduğundan, mənim rəhbərlik etdiyim təşkilat seçkiləri ciddi müşahidə etdi və məntəqələrin hamısından protokolları əldə etdik.Nəticələrə görə seçkidə 55%-ə yaxın seçici iştirak etmişdi və səslərin sayına görə Qurban bəy üstün idi.DSK iştirak faizini 90-a qaldırdı və digər namizədi parlament üzvü etdi.Bu hal təkcə o dairədə baş verməyib,əksər yerlərdə bu hallar olub və sistematik xarakter daşıyıb.
Qurban bəy, indi deyin görək bu vəziyyətin yaranmasının günahkarı sizin,bizim cağrışımızla seçkiyə gəlib,səs verən ,lakin səsinin nəticələrini görməyən seçicilərdir,yoxsa onun səsini müdafiə edə bilməyən bizlərik və yaxud çoxdan etibarını itirmiş seçki qurumlarıdır?.
Sonda bildirmək istərdim ki,Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti öz dövlətindən heç vaxt imtina etməz,yalnız etibarını itirmiş insanlardan və qurumlardan imtina edə bilər.”