Milli Şura Qurban Məmmədovun əfvlə azadlığa çıxmasını necə qiymətləndirir? Şəxsən qurumun hüquq komissiyasının sədri kimi Sizin mövqeyinizi bilmək maraqlı olardı…
Moderator.az bu sualla ehtiyatda olan ədliyyə generalı Vidadi Mirkamala müraciət edib və aşağıdakı cavabı alıb:
“Qurban bəyin haqsız yerə tutulmasını Azərbaycanda bilməyən yoxdur. Qurban bəyin məhkəmədə etdiyi ittiham dolu çıxışları hələ hafizələrdən silinməyib. Onun siyasi fəaliyyətinə görə həbsə atılması da heç kimə sirr deyil. Ona görə də onun əfvlə azadlıga çıxması dostları və ailəsini əlbəttə sevindirir. Həm də Qurban bəy kimi mübariz və fədakar insan üçün kiçik həbsxanadan böyük həbsxanaya köçməyin elə də əhəmiyyəti yoxdur. Əsas problem onun təqsirsiz olaraq həbsxanaya atılmasına rəvac verən sistem hələ fəaliyyətdə olmasındadır. Bu sistem aradan qaldırılmayınca günahsız insanların həbsə atılması davam edəcək və sistemin aradan qaldırılması və hüquqi dövlətin qurulması istiqamətində Qurban bəyin fəaliyyəti önəmlidir. Amma bu hakimiyyətlə əsl dialoq bütün vicdan və siyasi məhbuslar tam azad ediləndən sonra mümkün olacaq. Cəmiyyətin hakimiyyətdən gözləntisi budur.