Əlaqə vasitələri

Həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə VƏSATƏT

Nəsimi Rayon Məhkəməsinə

(sədrlik edən hakim E.Mehdiyev)

Təqsirləndirilən şəxs Məmmədov Qurban Cəlal oğlu tərəfindən

(həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə)

VƏSATƏT

Hörmətli hakim!

Artıq zərəçəkmiş və ailə üzvləri dindirilmiş və ifadələrində göstərmişlər ki,

mən onlara heç bir təzyiq göstərməmiş, ifadələrini dəyişməyə məcbur etməmişəm.

Qalan şahidlər isə heç vaxt şikayət etməyiblər ki, guya mən onlara təzyiq

göstərmişəm.

İttiham edildiyim CM-nin 263.1-1-ci maddəsində ümumi rejimli cəzaçəkmə

növü nəzərdə tutulmadığını, CM-nin 299.1-ci maddəsində isə 4 cəza növü nəzərdə

tutulduğunu, onlardan yalnız birinin 6 ay ümumi rejimli cəzaçəkmə müəssisəsində

cəzanın çəkilməsinin nəzərdə tutulduğunu diqqətinizə çatdıraraq və CPM-nin 320-

ci maddəsinə istinad edərək,

XAHİŞ EDİRƏM:

Mənim haqqımda seçilmiş həbs qətimkan tədbirini dəyişdirib istədiyiniz

başqa qətimkan tədbiri ilə əvəz edəsiniz.

23 oktyabr 2013-cü il

İmza: / Q.C.Məmmədov /

Loading