Əlaqə vasitələri

Qurban Məmmədovun müsahibə və məqalələri

Rüşvət bu hakimiyyətin mövcudluğunun sementidir” – Müsahibə 14.07.11 (Qafqaz.info)

Onun atdığı addım 5-10 il əvvəl İsa Qəmbərlə Əli Kərimlinin atdığı addımdan heç nə ilə fərqlənmir”

Vətəndaş Hərəkatı Forumunun sədri, vəkil Qurban Məmmədovun “Qafqazinfo”ya müsahibəsi.

[dropshadowbox align=”center” effect=”horizontal-curve-both” width=”autopx” height=”autopx” background_color=”#eafdfc” border_width=”2″ border_color=”#f15858″ ]


Keçən həftə sizin təşəbbüsünüzlə 6 müxalifət partiyasının görüşü keçirildi. Bu görüşün nəticəsini necə qiymətləndirisizniz?

[/dropshadowbox]

– Əvvəla mən görüşün məqsədi barədə məlumat vermək istəyirəm. Məqsəd Azərbaycan müxalifətinin əsas aparıcı qüvvələrini bir araya gətirmək, onların səmimi birliyinə, Azərbaycan xalqını inandırmaqla xalqın mütləq əksəriyyətini bu rejimə qarşı mübarizəyə cəlb etməkdir. Çünki, son vaxtlar hadisələr göstərir ki, İctimai Palata adlı blokda birləşən Müsavat-AXCP, Qarabağ blokunda birləşən ADP, Ümid və başqa ayrı-ayrılıqda üçlükdə, beşlikdə bu problemin həllinin öhdəsindən gələ bilmirlər, Azərbaycan xalqı da açıq şəkildə bunlara dəstək vermir. Ona görə ki, müxalifətin birliyinə, onun səmimiliyinə inanmır və özünü gözləyən qeyri-müəyyən gələcəkdən xalq narahatdır deyə nə qədər xoşlamasa da indiki status-kvonu qəbul etməyə məcburdur. Bu baxımdan biz hesab elədik ki, Vətəndaş Hərəkatı Forumunu təşkilatçılığı ilə bir sıra ziyalılar, bunlar müxtəlif partiyaları, ictimai təşkilatları təmsil edirlər.

– Amma bu tədbirə 8 partiya dəvət edilsə də 6-sı qatıldı…

– Belə qərara gəldik ki, partiya sədrlərinin aralarındakı şəxsi münasibətlər var, bir-birilərinə inciklikləri var, bütün bunları nəzərə alaraq vasitəçilik edək, onları bir araya gətirək. Bu məqsədlə də iyulun 9-a təyin etdiyimiz müxalifətin zirvə görüşü adlı tədbirə də hamını dəvət etdik. Gündəliyi əvvəlcədən müəyyənləşdirdik ki, gündəlikdə duran məsələ dünyada gedən, ərəb ölkələrində gedən proseslərin müzakirəsi, bunun fonunda Azərbaycanda gedən proseslər, Azərbaycan müxalifətinin indiki durumu və əməkdaşlıq perspektivləri barədə olsun. Bu məsələlər ətrafında biz onları müzakirəyə cəlb etdik. Məqsəd blok yaratmaq deyil. Əli Kərimli əvvəlcədən bildirmişdi ki, iştirak edəcək, sadəcə olaraq həmin gün saat 12-də özlərinin tədbiri oldu, üst-üstə düşdü deyə, üzr istədi ki, gələ bilmir. Hörmətli İsa bəy gəlməməyinin səbəbini bildirmədi, amma qalan 6 partiya sədri böyük həvəslə həmin görüşdə iştirak etdilər. Bütün məsələlər iki saat müddətində ətraflı müzakirə olundu. Orada bəyanat imzalandı və əməkdaşlıq haqqında bizim tərtib etdiyimiz niyyət protokolunun imzalanması məhz Müsavat və AXCP iştirak etmədiyinə görə, Sərdar bəyin, İqbal bəyin və başda Mirmahmud bəyin təklifi ilə təxirə salındı ki, həmin partiyalar da iştirak etsin, müzakirə davam etdirilsin, bu sənədlər ondan sonra imzalansın.

Mirmahmud Miirəlioğlunu Əli Kərimlinin doğma qardaşı kimi qəbul edirəm”

– Bu tipli görüşlər davam edəcəkmi?

– Orada qərara alındı ki, Mirmahmud Mirəlioğlu 8 partiya sədrinin koordinatorluğunu üzərinə götürsün, yəni onların bir araya gəlməsi, təşkilatı məsələləri üzərinə götürsün. Qərara alındı ki, 15 gündən bir mütləq Sədrlər Şurası yığışsın. Ən azı ayda bir dəfə jurnalistlərlə, geniş ictimaiyyətlə görüşlər keçirilsin, aparılan işlər barədə məlumat verilsin. Digər ən vacib məsələ odur ki, təşkilati işlər aparmaq üçün, müəyyən lazımi sənədləri hazırlamaq üçün hər partiyadan ən azı 3-5 nəfər olmaqla işçi qrup yaradılsın. Orada partiya sədrlərinin müraciətində xahiş ondan ibarət oldu ki, biz Vətəndaş Hərəkatı Forumunun üzvü olaraq ictimai nəzarəti həyata keçirmək məqsədilə həmin tədbirlərdə mütəmadi iştirak edək. Biz də bunu qəbul etdik. Ona görə də hesab edirəm ki, son 3 ayda apardığımız işlər uğurla nəticələndi. Baxmayaraq ki, bəziləri bunu “Yeni Müsavat”da fiasko kimi qiymətləndirməyə çalışdılar. Açığı mən deyim ki, özümə qardaş saydığım, dost saydığım, guya müxalifət cəbhəsində bir yerdə olduğunu sandığım bəzi adamların belə münasibəti mənim üçün anlaşılmazdır. Mənim üçün cəbhəçi də, müsavatçı da, ADP-çi də eyni dərəcədə əzizdir. Mən Mirmahmud Miirəlioğlunu Əli Kərimlinin doğma qardaşı kimi qəbul edirəm, İsa Qəmbəri onların qardaşı hesab edirəm. İqbal Ağazadəni, Sərdar Cəlaloğlunun, Əvəz Temirxanın qardaşı hesab edirəm. Ona görə də mənim üçün hamısı doğmadır və bunların bir yerdə olması üçün biz əlimizdən edəcəyik.

– Qurban bəy, bəs bu qardaşlar niyə bir araya gələ bilmirlər?

– Bəzən ən mehriban ailələrdə incikliklər olur. Xüsusən də siyasətlə məşğul olan adamların arasında zaman-zaman mənafe ziddiyyətlərinin olması təbiidir. Sadəcə olaraq biz bir şeyi qəbul etməliyik ki, rejimin öz rəqiblərini sıradan çıxarmaq üçün seçdiyi metodlardan biri də onların arasını vurmaqdır. Özünün kütləvi informasiya vasitələri vasitəsilə, partiyalara yerləşdirdiyi agentləri vasitəsilə partiya sədrlərinin münasibətlərini zaman-zaman pozmağa çalışıblar və acı da olsa etiraf etməliyik ki, müəyyən nəticəyə də nail olublar. Amma mən inanıram ki, İsa Qəmbər də, Əli Kərimli də, Sərdar Cəlaloğlu da, Əvəz Temirxan da, Mirmahmud Fəttayev də, İqbal Ağazadə də, Əli Əliyev də, Etibar Məmmədov və Lalə Şövkət də bunlar hamısı həqiqi mənada öz xalqlarını sevirlər, həqiqi mənada müxalifətçi mövqeyindədirlər, bunların bir araya gəlməsi mümkündür və inşallah da bir araya gələcəklər, çünki alternativimiz yoxdur. Biz ictimai nəzarəti birgə həyata keçirməyi qərara almışıq. Bilirsiniz ki, Konstitusiya ilə dövlət orqanlarının fəaliyyəti üzərində vətəndaşların ictimai nəzarəti həyata keçirmək funksiyaları var. Bu hansı yollarla olur? Ərizə və şikayətlərlə, təkliflərlə, tənqidlərlə, məqalələrlə və s. üsullarla insanlar bu nəzarəti həyata keçirirlər. İndi sual oluna bilər ki, biz iqtidarı tənqid edə-edə, bütün dünyanın gözündən sala-sala onun fəaliyyəti üzərində bu ictimai nəzarəti aparırıq, amma öz dostlarımızın, müxalifətçilərin üzərində bunu etmirik. Axı özünü müxalifət adlandıran, müxalifət partiyası elan edən, özünü sədr kimi cəmiyyətə sırayan adam başa düşməlidir ki, xalq onun fəaliyyətinə inanıb, arxayınlaşır. Elə bilir ki, müxalifət partiyaları var, onlar özləri görəcəklər. Müxalifət partiyaları bu gün Azərbaycanda rejimlə xalq arasında körpü rolunu oynayır sanki.

Onun atdığı addım 5 il əvvəl, 10 il əvvəl İsa Qəmbərlə Əli Kərimlinin atdığı addımdan heç nə ilə fərqlənmir”

– Nə mənada körpü rolunu oynayır?

– Yəni, xalqı hakimiyyətin, rejimin qəzəbindən, nifrətindən qoruyur. Görüntü budur. Ona görə də biz deyirik ki, Azərbaycan müxalifətinin üzərində ictimai nəzarət həyata keçirilməlidir. Biz burada tələb etməliyik ki, öz funksiyalarını icra etsinlər. Hansı funksiyaları? Məşhur fransız mütəfəkkiri Jan Jak Russonun dövlət haqqında Müqavilə nəzəriyyəsi var. Bu nəzəriyyənin mahiyyəti belədir ki, insanlar toplaşırlar, aralarında qeyri-rəsmi müqavilə bağlayırlar, bir qrup insan, yəni çoxluq özlərinin idarə olunmasını kiçik qrupa həvalə edirlər. İndiki halda iqtidara və müxalifətə biz xalq olaraq, millət olaraq öz hüquqlarımızın bir hissəsini dövlət idarəçiliyi sayəsində güzəşt eləmişik. Yaxşı, iqtidarın vəziyyəti göz qabağındadır ki, bizim onlara verdiyimiz etimadı onlar doğrultmayıblar, işləri korlayıblar, bərbad hala salıblar, idarə edə bilmirlər. Dövlət büdcəsi dağıdılır, ölkədə sərbəst toplaşma azadlığı, söz və vicdan azadlığı boğulur, insanlar qanunsuz olaraq həbs edilirlər, təqib edilirlər və s.

– O bəllidir, bəs müxalifət?

– Təbii ki, son vaxtlar Müsavat Partiyası ilə AXCP-nin yaratdığı İctimai Palata (İP) bloku böyük işlər görməyə girişdi, xeyli də nailiyyət əldə etdilər, amma çox təəssüflər olsun ki, bizim bütün çabalarımıza rəğmən kənarda qalan bu altı partiyanı biz İP-nın bazasında bir yerə gətirə bilmədik, ona görə ki, İsa bəyin dəfələrlə müsahibələrində bildirdiyi kimi İP-nın qəbul etdiyi nizamnamə buna imkan vermədi. İsa bəyin dediyinə görə, İP-nın qəbul etdiyi nizamnamədə deyilir ki, İP-nın təsisçiləri indiki parlamenti tanımırlar, ona görə də əgər İqbal Ağazadə bu birliyə gəlmək istəyirsə, gərək parlamentdən istefa versin. O İP-nın rəsmi mövqeyidir ki, İsa bəyin dili ilə səsləndirilib. Mən bu məsələ ilə bağlı İqbal bəylə dəfələrlə görüşdüm, o mənə bildirdi ki, istefa vermək fikrində deyil, çünki onun atdığı addım 5 il əvvəl, 10 il əvvəl İsa Qəmbərlə Əli Kərimlinin atdığı addımdan heç nə ilə fərqlənmir. Haqlı olaraq Sərdar bəy də deyir ki, əgər İqbal bəy qəbul edilmirsə mən nəyə görə öz həmkarımdan ayrılmalıyam? Bunları nəzərə alaraq bizim hörmətli Lalə Şövkət Hacıyeva, Əvəz Temirxan, Əli Əliyev, onlarla uzun müddət əməkdaşlıq edən KXCP sədri Mirmahmud Fəttayev həmin səbəblərdən də İctimai Palataya getməkdən etdilər.

İlk növbədə Azərbaycan müxalifətinin özü demokratikləşməlidir”

– Müxalifətin birləşməsinin nə kimi əhəmiyyəti ola bilər?

– Biz belə hesab edirik ki, Azərbaycan xalqının mütləq əksəriyyətini mübarizəyə qoşmaq üçün, Azərbaycanın Misir, Yəmən, Liviya və İraqın gününə düşməməsi üçün elə iş aparılmalıdır ki, müxalifət ortaya çıxardığı qüvvənin gücünü dünyaya göstərsin və bu gücü iqtidar da görsün, qarşılıqlı olaraq bir-birinə hücum etmək və ya birinin sədrini qəbul etməmək həvəsindən bunları çəkindirsin. Bunun üçün nə etmək lazzımdır? Səkkiz partiya, üstəgəl Lalə Şövkət və Etibar Məmmədov – , onlar lider kimi cəmiyyətdə qəbul edilib. Bu on nəfər və 10 nəfərin üzərinə ən azı 11 nəfər cəmiyyətdə siyasi çəkisi, nüfuzu olan ziyalılar cəlb olunmalıdır. Yəni, biz təklif edirik ki, ən azı 21-23 nəfərdən ibarət İdarə Heyəti yaradılsın və təşkilatlanma işlərinə başlansın. Başlayaq rayonlardan, kəndlərdən, aullardan gəlib çıxaq Bakının mərkəzinə qədər millətin içinə girək, maarifləndirək, hazırlayaq və Azərbaycan xalqı görsün ki, onun qarşısında gedən qüvvələr həqiqətən səmimi olaraq birləşiblər və onları nəyin, hansı gələcəyin gözlədiyini bu qüvvələr açıq şəkildə bəyan etməlidirlər. Biz hesab edirik ki, yalnız bu yolla Azərbaycan xalqını hazırkı rejimə qarşı mübarizəyə təşkilatlandırmaq olar. Və biz mübarizəyə qoşuluruq deyəndə hesab etmirik ki, ərəb ölkələrindəki kimi Azərbaycan xalqını ayağa qaldırıb deyək ki, “İlham Əliyevi dar ağacından asaq, Qəddafi kimi güllələyək” və s. Yox. Biz hesab edirik ki, xalqımız olduqca sivil xalqdır, mədəni xalqdır, Azərbaycan bizim yeganə vətənimizdir, getməyə başqa vətənimiz yoxdur və xarici qüvvələrin iştirakı olmadan biz öz daxili problemlərimizi özümüz həll edə bilərik. Bunun üçün də mütləq danışıqlar və islahatlar yolu ilə indiki vəziyyətdən çıxmağa cəhd edilməlidir. Bunun üçün də təbii ki, İlham Əliyevin başçılığı altında indiki rejim buna getməyəcək. Bunların son vaxtlar atdığı addımlar göz qabağındadır, bəyanatları hamınız dinləyirsiniz , “Azərbaycanda müxalifət yoxdur”, “Bunlara fikir verməyin”. Qeyri-rəsmi olaraq, uzun müddətdir, artıq 15 ildir Azərbaycanda çox adamın bəlkə də bundan xəbəri yoxdur, banklara göstəriş verilib ki, müəyyən adlara, familiyalar, xüsusən də müxalifətçilərə kredit verilməsin. Reyster xidmətinə göstəriş verilib ki, bu adamların əmlaklarının qeydə alınmasına imkan verilməsin, süründürülsünlər. Yəni, bu qədər telefonlar dinlənilir, onların şəxsi həyatları nəzarət altındadır və s. Bu qədər əxlaqsız və tərbiyəsiz mövqe tutan cinayətkar qrupa qarşı təbii ki, çox adamın qəlbindən keçir ki, radikal mübarizə metodları seçildin. Biz bunun çox ziyanlı olduğunu hesab edirik və müəyyən şərtlər irəli sürmüşük ki, bu şərtlər daxilində müxalifət fəaliyyət göstərməlidir.

– O şərtlər hansılardır?

– Birincisi Azərbaycan müxalifəti İlham Əliyevin istefasını tələb etməyəcəyi barədə normal, qanuni seçkilərə qədər bəyanat verməlidir. İkincisi islahatlar nəticəsində orta və aşağı səviyyəli dövlət məmurlarının dəyişdirilməyəcəyi və ya dəyişdirilməsinin tələb edilməyəcəyi barədə müxalifət bəyanat verməlidir. Üçüncüsü Azərbaycanda islahatlar nəticəsində və ya dəyişikliklər nəticəsində mülkiyyətin yenidən bölgüsünün tələb edilməyəcəyi barədə müxalifət bəyanat verməlidir. Bu üç bəyanatı verdikdən sonra konkret olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsi, Mərkəzi Seçki Komissiyasının yenidən formalaşdırılması, hamının maraqlarına cavab verəcək Dairə Seçki Komissiyalarının yaradılması məsələsi təklif olunur iqtidara və bu istiqamətdə danışıqlar başlayır. Danışıqlar masasında bir tərəfdə İlham Əliyev və onun komandası oturmalıdır, digər tərəfdən isə səkkiz partiya, 10 lider və ən azı 11 ziyalı, bunların özünün seçdiyi 5-6 nümayəndədən ibarət qrup. Bu müzakirələr açıq şəkildə aparılmalıdır, birbaşa verilişlə xalqa çatdırılmalıdır. Biz çıxış yolunu yalnız bunda görürük. Buna nail olmaq üçün isə ilk növbədə Azərbaycan müxalifətinin özü demokratikləşməlidir. Liderlər özləri həm tərəfdarlarına, həm də ictimaiyyətə açıq olmalıdırlar. Bu baxımdan da bizim keçirdiyimiz görüşlər, iyulun 9-da olduğu kimi bu liderlərin mövqelərini jurnalistlər onların dilindən eşitsinlər. Biz istəyirik ki, hörmətli İsa bəy və Əli bəy növbəti iclasa qatılsınlar. Biz hamımız bir millətin övladıyıq, biz hamımız bir cəbhədəyik. Ona görə də hesab edirəm ki, nə qədər ki, gec deyil, nə qədər ki, xalq növbəti 20 illiyə Azərbaycan müxalifətin liderlərinə nifrət edərək, bizə nifrət edərək bizdən üz döndərməyib təcili bir araya gəlib. Ona görə də hesab edirəm ki, nə qədər ki, gec deyil, nə qədər ki, xalq növbəti 20 illiyə Azərbaycan müxalifətin liderlərinə nifrət edərək, bizə nifrət edərək bizdən üz döndərməyib təcili bir araya gəlib Azərbaycan xalqının mübarizə əzmini yavaş-yavaş qaldırmalıyıq.

Rüşvət bu rejimin mövcudluğunun ən zəruri elementidir

– Ərəb inqilabları başlayan zaman Azərbaycanda da korrupsiyaya qarşı mübarizə başladı. Bu günə qədər gedən bu prosesdə hər hansı müsbət nəticə görürsünüzmü?

– Bu rejimin korrupsiyaya qarşı mübarizəsi küləyin əksinə tüpürməyə bənzəyir, yaxud da özü oturduğu budağı kəsməyə bənzəyir. Əvvəla biz bilməliyik ki, rüşvət və korrupsiya nədir? Ondan sonra görək hələ bu rejim ona qarşı mübarizə apara bilərmi və yaxud da ona qarşı mübarizə aparmaq nə deməkdir. İqtidar guya mübarizə aparır. Əvvəla korrupsiya adlı cinayət əməli yoxdur, onu biləsiniz. Korrupsiya həyat tərzidir, fəaliyyət tərzidir. Yəni, müəyyən vəzifəli şəxslər cinayətkar qruplarla, siyasi, iqtisadi postlarda olan vəzifəli şəxslərlə, hüquq mühafizə orqanlarındakı adamlarla əl-ələ verərək stabil bir qrup yaradırlar və başlayırlar ilk növbədə süründürməçiliklə, nəticədə də maddi nemətlər əldə etmək, rüşvət qoparmaqla məşğul olurlar. Budur korrupsiya, bunun sonunda isə süründürməçilik nəticəsində rüşvət alınır. Rüşvət bu rejimin mövcudluğunun ən zəruri elementidir. Yəni, binanın sementidir, onu bərkidəndir. Bu rejim insanları şəxsi qabiliyyətinə görə işə götürmür ki, yalnız rüşvət qoparmaq məqsədilə ya rüşvət alıb onu vəzifə başına qoyurlar, ya da vəzifəyə təyin edib onu faizə oturdurlar ki, sən bu idarədən bu qədər pul yığmalısan. 1993-cü ildən bu günə qədər bu sistem davam edir. Birdən-birə deyək ki, rüşvət olmayacaq, son qoyulacaq, bu nə dərəcədə mümkündür? Bu mübarizəni başlayanda mən özüm şəxsən idarələrdə reyster xidmətində olmuşam, məhkəmələrdə olmuşam, vergi dairələrində hər yerdə deyiblər ki, 6 ay səbrli olun, ara sakitləşsin sonra baxarıq. Bu adamlar özləri bilirlər ki, bu rejim rüşvətsiz qala bilməz. Rüşvət belə rejimlərin yaşaması üçün lazım olan ictimai münasibətlərin tərkib hissəsidir. Rüşvətsiz işləmək mümkün deyil. Hətta görün nə baş verdi? Rüşvətə qarşı mübarizə elan olunur. Bütün dövlət orqanlarında rüşvət alınmır, hətta bəzi məhkəmələrdə alınmış rüşvətləri dərhal geri qaytarırlar ki, prezident deyib ki, almayın. Həyasızlığa, tərbiyəsizliyə bir baxın, guya bunlara prezident əvvəldən deyib ki, alın, indi prezident deyib almayın, almırlar. Pulları qaytardılar və nə etdilər? Ən ağır cəza verdilər, süründürdülər, işlər görülmədi və nəticədə vətəndaşlara belə bir fikir təlqin etməyə çalışdılar ki, “əşşi, rüşvət bundan yaxşı imiş, heç olmasa pulunu verib, övladının haqsız yerə ağır cəza almasının qarşısını ala bilirdin, indi bu da yoxdur.” Nə pul alır, nə rüşvət alır. Amma hüquqlar tapdalanır. Azərbaycanda rüşvətxorluğa qarşı mübarizə imitasiya idi, gülüş doğuran hərəkət idi. ən dəhşətlisi odur ki, bu həyasızlıq bütün dünya ictimaiyyətinin gözü qarşısında baş verir. İki-üç ay almırlar, sonradan prezident də susur, daha tədbirlər görülmür. Məsələn, mən dəfələrlə Dövlət Yol Polisində olan korrupsiya ilə bağlı şəxsən prezident İlham Əliyevə ərizə göndərmişəm ki, görüm, danışdığında səmimidir, yoxsa yox? Tədbir görülür, yoxsa yox? Mənim ərizəmi göndəriblər hərəkətindən şikayət etdiyim adamın üzərinə ki, özün tədbir gör. Dərhal şikayətimi geri götürdüm ki, mənə lazım deyil. Artıq dövlətin mövqeyi ortadadır. Bunlar korrupsiyaya qarşı mübarizə aparmırlar. Sadəcə olaraq o ərəb ölkələrində olan hadisələrdən qorxdular. Necə ki, bizim bəzi müxalifətçi qardaşlarımız elə hesab elədilər ki, ərəb küləyi göydən taxt-tac gətirir, təcili başını soxmalıdır o tacın altına. Dərhal 11 martdan sonra, gənclərin başlatmaq istədiyi hərəkatı gözdən saldılar, özləri artıq siyasi baxımdan mitinq təyin etdilər, nəticəsi də ortadadır. Hakimiyyət də ərəb hadisələrindən qorxdu ki, Azərbaycan xalqı da qızışa bilər, Qəddafinin başına gələn bunların da başına gələ bilər, Mübarəkin taleyini bunlar da yaşaya bilər tez başladılar ki, hələlik rüşvət almayaq. Əvvəl 6 ay demişdilər, ancaq 3 ay dözə bilmədilər. Azərbaycanda rüşvət və korrupsiya elə həddədir ki, Azərbaycan iqtisadiyyatını, hüquq mühafizə orqanlarını iflic edib, insan haqları kütləvi şəkildə tapdalanır. Adi bir şey deyim, reyster xidmətindəki rüşvətxorluq bütün dünyaya bəllidir. Əgər bu dövlətin, şəxsən İlham Əliyevin reyster xidmətindəki rüşvətin məbləğindən, ora toplanan pullardan xəbəri yoxdursa dərhal istefa verməlidir, dərhal. Çünki bu qədər böyük həyasızlığı görməmək mümkün deyil. Əgər istefa vermirsə, bu qədər yazılanlara reaksiya vermirsə, mən bir vətəndaş olaraq nə düşünməliyəm?

On ildir vətəndaşlardan rüşvəti qanunu yolla alırlar”

Bir faktı qeyd edim, reyster xidmətində on ildir vətəndaşlardan rüşvəti qanunu yolla alırlar. Yəni, çek, qəbz verməklə alırlar. Yəqin ki, siz də Forma 1 adlanan, əmlakın yüklülüyünə dair arayış almısınız. “Dövlət rüsumu haqqında” qanunun 26.6-cı maddəsinə əsasən forma 1-ə görə arayışın dövlət rüsumunun haqqı 10 manatdır. Amma, Azərbaycan dövlətində bu reyster xidmətində kim gedir forma 1 almağa ucdantutma hamıya qəbz verməklə 10 manatdan əlavə olaraq, mənzilin torpağının sahəsindən asılı olaraq 34 manatdan başlayaraq 200-300 manata qədər rüsum alırlar, adını da qoyurlar ki, tarif şurasının müəyyənləşdirdiyi xidmət haqqı. Dünyada ikinci belə həyasız hakimiyyət yoxdur. Sən dünyanın gözü qarşısında öz vətəndaşından rüşvəti, qanunsuz pulu rəsmi olaraq alasan. Mən məhkəməyə müraciət etmişəm, 2 saylı İqtisad Məhkəməsində bu məsələ müzakirə olunur, iki –üç aydır ki, məhkəmə araşdırması gedir. Təsəvvür edin ki, orada məhkəmə getdiyi müddətdə də həmin gün, həmin saatda camaatdan forma 1 üçün açıq pullar yığılır. Reyster xidmətinin 18 ərazi idarəsi var, bunlar guya təsərrüfat hesablıdırlar. Bu yığılan pullar hara gedir? Onların rəhbərliyi ilə mənim söhbətlərim olub, bildirilər ki, bu pullar Heydər Əliyev Fonduna gedir. Xüsusilə də Heydər Əliyev mərkəzinin tikintisinə gedir. Mən belə həyasızlığı görməmişəm ki, hansısa məmur deyir ki, yığılan rüşvətlər hara gedir. Bu barədə prezidentin poçtuna məktub yazmışam. Onu demək istəyirəm ki, bu hakimiyyət korrupsiyaya qarşı mübarizə aparırıq fikrində səmimi deyil. Buna onların heç imkanları da yoxdur. Çünki, korrupsiya və rüşvət yığışdırılan kimi İlham Əliyevə dəstək verən bir məmur da qalmayacaq. Yeganə ümid xalqımızadır. Azərbaycan xalqı İlham Əliyevə dəstək verməli, onun inandırmaldır ki, əsl söykənməli güc məmurlar yox, xalqdır. Digər tərəfdən rüşvətxorluğa qarşı mübarizə işdən çıxarılma ilə nəticələnirsə, bunu nə demək olduğunu hamı bilir. Rüşvət cinayətdir, rüşvət alan həbs olunmadır. Kampaniya başlayıblar, filan nazirlik 15 nəfəri, o biri 5 nəfəri işdən çıxartdı. A kişi, ayıbdır, utanın. Bu bir kampaniyadır, rüşvət davam edir. Bunun qarşısının alınmasının yeganə yolu Azərbaycan müxalifətinin birləşməsidir. Xalqın mütləq əksəriyyətinin siyasi proseslərə qoşulmasıdır. Proseslər tədricən getməlidir, əks halda müxalifət nüfuzunu, hakimiyyət isə hər şeyini itirəcək. Hətta, gələcək nəsillərinin Azərbaycanda yaşaması imkanından da məhrum olacaqlar. Mən bunu Məmmədov Qurban kimi deyirəm. İyirmi ilə də, otuz ilə də olsa bunun şahidi olacaqsınız.

Fatimə Kərimli

http://www.bizimyolinfo.com/?sehife=1&xeber=5160

İctimai Palata seçki memorandumunu açıqladı

Məşvərət Məclsinin nümayəndəsi isə hamını onların sənədi ətrafında birləşməyə çağırdı

Qurban Məmmədov «islahat olmazsa boykot edək» dedi, İsa Qəmbər isə ona qarşı çıxdı

5/12/2012 [11:02]

İctimai Palatanın təşkilatçılığı ilə seçki islahatlarına həsr edilən dinləmələr keçirilib. İP Koordinasiya Şurasının üzvü Rauf Arifoğlunun aparıcılığı ilə keçirilən tədbirə ölkədəki bir sıra ictimai-siyasi xadimlər, hüquqçular, seçki ekspertləri dəvət edilmişdi.

İlk çıxışçı İP KŞ-nın üzvü Vidadi Mirkamal bir qrup hüquqşünasın hazırlayaraq ictimiayyətə təqdim etdiyi “Seçki memorandumu”nun yaranma zərurəti haqda məlumat verdi. O dedi ki, bu sənəd demokratik seçki mühitinin yaranması üçün ortaya çıxıb. V.Mirkamalın sözlərinə görə, bugünədək alınan ilkin rəylər göstərir ki, cəmiyyət sənədi normal qəbul edib.

Seçki eksperti Hafiz Həsənovun məruzəsi dinlənildi. Natiq birmənalı olaraq bildirdi ki, hazırkı Seçki Məcəlləsi bərbaddır, onunla azad, ədalətli seçki mümkün deyil. Hafiz Həsənov “Əgər siyasi iradə olarsa ən pis sənədlə normal seçki keçirmək olar” fikiri ilə polemikaya girib dedi ki, siyasi iradəsi olan hakimiyyət elə birinci növbədə normal qanunvericilik islahatına gedər.

Keçmiş MSK üzvü Gülağa Aslanlı da sənədi təqdir etdi. O dedi ki, islahat adı altında müxtəlif vaxtlarda seçki Məcəlləsinə edilən dəyişikliklər qanunu eybəcər hala salınıb. Gülağa Aslanlının sözlərinə görə ATƏT, Avropa Paralament qanunvericiliyin təkminləşdirilməsi üçün verdiyi 24 vacib təklifi hökumət hələ də qulaqardına vurur bundan isə dövlət və cəmiyyət olaraq Azərbaycan itirir.

İP KŞ-nin üzvü, AXCP sədri Əli Kərimli çıxışında bildirdi ki, memorandumda prioritetlər elə seçilib ki, onların birinin belə qəbulu hökumətin seçkiləri tam nəzarətində saxlamaq imkanını əlindən çıxaracaq: “Açığı mən təsəvvür eləmirəm ki, seçkinin demokratik keçirilməsini istəyən hər hansı ictimai-siyasi qüvvə ona qarşı çıxa bilər. Yalnız saxtakarlar buna qarşı çıxa bilər. İndi bizim əlimizdə unikal sənəd var ki, onun ətrafında ən müxtəlif siyasi qüvvələrin geniş konsensusunu əldə edək. Mən sənədin müəlliflərinə təşəkkür edərək, təklif edirəm: ayrı-ayrı siyasi qüvvələrin memorandumla bağlı müzakirələrindən sonra, məlum olsa ki, vətəndaş cəmiyyətinin, ictimai-siyasi qüvvələrin əksəri ona dəstək verir, sənədin hamılıqla qəbul olunmasının təqdimatı keçirilsin.

Vətəndaş cəmiyyəti nümayəndələri, bu prosesdə iştirak edən ayrı-ayrı ziyalılar, siyasi qüvvələr seçki xartiyası kimi bu sənədin altına imza qoysunlar. Cəmiyyət də görsün ki, artıq bir birinə münasibətinindən asılı olmayaraq, hökumətdən başqa, hamı azad seçki istəyir, seçki islahatı olmalıdır deyir. Hökumət də məcbur olub cəmiyyətin önündə maskasını çıxarıb etiraf etsin ki, islahatlara qarşıdır, çünki seçkini saxtalaşdırmaq istəyir. Seçkilərə xeyli qalmış biz seçki islahatları ilə bağlı daxili diskusiyalardan, əvvəlki illərdəki kimi təşəbbüs yarışlarından xilas olacağıq, buna enerji xərcləməyəcəyik. Seçkilərə təxminən 10 ay qalmış Azərbaycan cəmiyyəti bu layihənin reallaşmasına fokuslaşacaq. Axı bzim məqsədimiz təkcə bu sənəd ətrafında konsensus yaratmaq deyil, ən vacibi o sənəddə göstərilənlərin reallaşadırılmasıdır. Layihənin reallaşdırılması üçün də çox vaxtımız qalmayıb. Beynəlxalq praktikaya görə normalda seçki qanunvericiliyinə bütün dəyişikliklər seçkiyə təqribən 6 ay qalmış tamamlanmalıdır. Bu o deməkdir ki, biz bu sənədi seçkiyə 10 ay qalmış ümumi konsensusla qəbul etsək, sonra 3- 4 ay vaxtımz olacaq ki, onun qəbul olunması üçün mütəşəkkil kampaniya aparaq. Mən hamını konstruktiv mövqe tutmağa, layihəyə birmənalı dəstək verməyə çağırıram”.

Açıq Cəmiyyət Partiyası sədrinin müşaviri Salman Əliyev təmsil etdiyi partiyanın hazırladığı bir sənədi təqdim etdi. Məlum oldu ki, Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı ACP-nin mövqeyi ilə müzakirəsi keçirilən sənəddə əksini tapan təkliflər üst-üstə düşür. “Gəlin birləşək, bir olaq, güclənək” deyə çıxış edən S.Əliyev İsa Qəmbəri və Əli Kərimlini Demokratik Məşvərət Məclisində iştirak etməyə səslədi. Daha sonra ACP-nin İP-in Dəyirmi masasına ünvanladığı rəsmi müraciəti oxudu.

Demokratik Qüvvələrin Məşvərət Məclisi adından çıxış edən Dünyəvi Boz Qurd Partiyasının sədri Şakir Ulubəy bildirdi ki, Məşvərət Məclisi bu sənədi bütövlüklə qəbul edib. Ona görə də bu sənədi Məşvərət Məclisinin də sənədi hesab etmək olar. Ş.Ulubəy bütün qüvvələri dialoqa çağırdı: “Hakimiyyətdə baş verən proseslər onu diqtə edir ki, biz koalisiya yaratmaq istiqamətində addım ataq. 31 dekabra kimi dünya azərbaycanlılarına birləşərək, böyük bir töhfə verək”.

Qurban Məmmədov seçki və müzakirəyə çıxarılan sənədə münasibətini bildirdi. O, sənədin müzakirəsinə keçməzdən əvvəl dedi ki, əgər müxalifət hazırkı anti-demokratik şəraitdə seçkidə iştirak etsə, bütün xalqın inamını itirə bilər: “Çünki hamı bilir ki, seçkilər Azərbaycanda necə keçirilir. Ya seçki mühitini dəyişərək, təzyiq mexanizmlərini işə salmalı, ya da seçkidə iştirakdan imtina etməliyik. Xalq seçkiyə gedib bülletenləri götürüb müxalifətə təqdim eləməlidir ki, biz hakimiyyətə qarşı ciddi fakt ortaya qoya bilək. İndiki mühitdə seçkiyə getməyi mən hakimiyyətin seçki cinayətlərinə özümüzü şərik etmək hesab edirəm”. Q. Məmmədov dedi ki, böyük iş görülsə də, Memorandum imzaya hazır deyil. Onun fikrincə, sənəddən öncə müxalifətin seçkiyə münasibəti aydın olmalıdır.

Müsavat başqanı İsa Qəmbər həm xalqın qarşısında, həm hakimiyyətə qarşı, həm beynəlxalq birliklə dialoqda bu sənəd bizim işimizə çox ciddi şəkildə yarayacaq. Ona görə də mümkün qədər sürətlə bu sənədin rəsmiləşməsi istiqamətində çalışmaq lazımdır: “Müxtəlif formalarda ola bilər. Ayrıca bir tədbirdə keçirilib bu sənədi bəyənən qüvvələrin mövqeyi rəsmiləşə bilər. İctimai Palatanın demokratik müşavirə ideyası var idi. Onu yaxın zamanlarda reallaşdırmaq mümkün olsa, bu seçki islahatları ilə bağlı sənəd həmin müşavirənin ən önəmli sənədi kimi müzakirəyə çıxarıla və təsdiq oluna bilər. Yaxud da bu sənədin sadəcə texniki şəkildə imzalanıb cəmiyyətə, dünyaya təqdim edilməsini də həyata keçirmək olar”.

Seçkiləri baykot etməyin əleyhinə fikirləri səsləndirən İsa Qəmbər fəal mübarizənin gərəkliyini bəyan etdi: “Bizim bu gün əsas məqsədimiz cəmiyyətdə özünə inamı yaratmaqdır».

Pərviz

https://www.gurbanmammadov.com/gundelik/qurban-məmmədov-muxalifətə-səsləndi/

Qurban Məmmədov müxalifətə səsləndi

Aqil ASLAN Ekspress qəzeti, 11 Dekabr 2012-cı il N 226(3598)

Qurban Məmmədov müxalifətə səsləndi

Gəlin, xalqın taleyi ilə oynamayaq, ömrümüzdə bir dəfə addım atıb birləşək”

Tanınmış hüquqşünas Qurban Məmmədovun müxalifətin vahid lideri kimi AXCP sədri Əli Kərimlini görməsi barədə açıqlaması bəzi siyasi partiyalarda narazılıq doğurub. Hətta Q.Məmmədovun qardaşı, ADP sədri Sərdar Cəlaloğlu da onun fikri ilə razılaşmadığını bildirib. Hüquqşünas hesab edir ki, müxalifətə vahid namizəd yox, vahid lider lazımdır və bu da AXCP sədri olmalıdır. Q.Məmmədov “Ekspress”ə müsahibəsində təklifini əsaslandırmağa çalışıb.

– Sizin müxalifətin vahid lideri kimi Əli Kərimlini tanımaq çağırışınız etirazlara səbəb olub. Niyə başqaları yox, məhz Əli Kərimli müxalifətin lideri olmalıdır ki?

– Bu gün seçkidə iştiraka iki yanaşma mövcuddur. Biri İsa Qəmbərin təklifidir ki, nəyin bahasına olursa-olsun, istənilən halda seçkidə iştirak etmək lazımdır. Axırıncı dəfə hörmətli İsa bəy dedi ki, gedərik seçkiyə, görsək alınmır, namizədliyi geri götürərik. İctimai Palatadan kənarda olan qüvvələr də indiki MSK, indiki Seçki Məcəlləsi ilə bu seçkidə iştirak etməyə hazır olduqlarını bildiriblər. Yeganə adam bu gün Əli Kərimlidir ki, indiki Seçki Məcəlləsi ilə, indiki seçki mühiti ilə seçkiyə getməyin mümkün olmadığını bəyan edib. Bu baxımdan da qarşıya qoyulan vəzifələrin həlli istiqamətində problemlər özləri tamam fərqli və müxtəlif mübarizə vasitələri və yanaşmaları tələb edir. Yəni birinci halda seçkiyə getmək istəyənlər sadəcə olaraq qanunda nəzərdə tutulan hərəkətləri yerinə yetirməklə seçki günündə indiyə qədərki qeydə alınma prosedurları ilə bağlı müəyyən problemlərin həllində müqavimət göstərməyə məcbur olacaqlar. Bir də seçkidən sonrakı dönəmdə əgər seçkinin nəticələrinin saxtalaşdırıldığını elan edəcəklərsə, ondan sonra mübarizəyə başlamalı olacaqlar. Amma Əli Kərimlinin təklif etdiyi seçkiyə qədərki mübarizə dövrüdür. Mən də eyni mövqedə olduğuma görə təklif edirəm ki, mütləq normal seçki mühitinin yaradılması uğrunda mübarizə təşkil etmək lazımdır. Bu mübarizəni uğurla başa çatdırdıqdan sonra seçkiyə getmək və seçkidən sonra da lazım olan mübarizəni davam etdirmək lazımdır. Bu gün Əli Kərimlinin təklif etdiyi mübarizə mərhələsinə mütləq lider lazımdır, o da təbii, ideyanı irəli sürən özü olmalıdır. Ona görə də mən deyirəm ki, seçkiyə qədər seçki mühitinin yaradılması uğrunda mübarizəyə Əli Kərimli liderlik etməlidir. O başqa məsələ ki, normal seçki mühiti yaranandan sonra müxalifət yığışacaq və ola bilsin Əli Kərimli, misal üçün İqbal Ağazadənin, İsa Qəmbərin prezidentliyə vahid namizədliyini dəstəkləyəcək. Və yaxud Eldar Namazov var, Lalə Şövkət var. Vahid namizəd kimi bu adamlar kimi dəstəkləsələr, biz də xalq olaraq vahid namizədə dəstək verməyə hazırıq.

– Əli Kərimlinin ideyalarını, fikirlərini elə qardaşınız Sərdar Cəlaloğlu da söyləyir. Olmazdımı elə müxalifətin vahid lideri Sərdar bəy olsun?

– Siz istəyirsiniz ki, mən siyasətdə qohumluq, qardaşlıq münasibətlərini üstün götürüm?

– Axı, Sərdar bəy də Əli bəy qədər təkliflər verir..

– Söhbət təkcə təklif verməkdən yox, həm də real gücə, cəmiyyətdə mövqeyə malik olmaqdan gedir. Əli Kərimli bu gün tələbələr və Azərbaycan gəncliyi arasında qəbul olunan bir nömrəli liderdir. Bu acı faktı kimsə həzm etməyə bilər, amma reallıqlar çox acı olur, məcbur olub onu qəbul edəcəklər. İkinci tərəfdən, Əli Kərimli çox böyük elektorata malikdir. Demək olar ki, respublikanın 80-90% ərazisini əhatə edən partiya strukturlarına malikdir. Bu baxımdan onun şansları böyükdür və Əli Kərimli ilə müqayisədə mən başqa bir lideri görə bilmirəm. Əgər belə bir lider varsa, çıxsın qabağa, Əli Kərimli kimi xalqa müraciətini etsin, sosial şəbəkələrə yığışan gəncləri arxasınca aparsın. Bu mümkün deyil.

– Bəs müxalifətin vahid namizədi barədə nə deyə bilərsiniz? Yusif Bağırzadə təklif edir ki, vahid namizəd Etibar Məmmədov olsun. Etibar Məmmədov uzun müddətdir faktiki olaraq kənara çəkilib siyasətlə məşğul olmur. Sizcə, belə bir şəxsin namizədliyi üzərində durmaq olarmı?

– Etibar Məmmədovun siyasətlə məşğul olmadığını demək siyasətdən xəbərsizlikdir. Etibar Məmmədov adı, varlığı ilə siyasətin içərisindədir. Biləsiniz ki, Azərbaycan siyasətində bir çox məsələləri də Etibar Məmmədovun mövqeyi müəyyənləşdirir. Onunla razılaşırlar, məsləhətləşirlər və s. Hesab edirəm ki, Etibar Məmmədov da son 20 ildəki öz siyasi fəaliyyəti ilə Azərbaycan xalqının lideri olmağa hazır şəxslərdən biridir və Azərbaycan müxalifətini vahid namizəd kimi ləyaqətlə təmsil etməyə hazır olan liderdir. Təbii ki, kimin vahid namizəd kimi müxalifətin adından seçilməsi ilk növbədə liderlərin, partiya sədrlərinin özlərinin arasında əldə edilə biləcək razılıqdan asılıdır. Yox, əgər onlar bu razılığı əldə edə bilməsələr, onda təbii ki, ictimai rəy nəzərə alınmalıdır, onlar arasında hər hansı bir metodla seçki keçirilməlidir ki, vahid namizəd müəyyən olunsun. Amma bütün bunlardan ən vacibi Azərbaycanda normal seçki mühitinin yaradılmasıdır. Bəlkə elə mühit yaransa, heç vahid namizədə ehtiyac olmayacaq. Mən istəyərdim ki, hamı seçkiyə getsin. Əvvəl-axır bilək ki, bu xalq kimə çox səs verir.

– Sizcə, vahid namizədi müəyyən etmək üçün praymeriz keçirmək mümkündürmü?

– Özləri vahid namizəd ətrafında razılığa gəlməsələr, praymerizlə, sosial sorğular keçirməklə bunu müəyyənləşdirmək olar. Burda problem yoxdur. Mən sizin qəzetin müstəqilliyinə, obyetivliyinə inanıram. Misal üçün, 5-10 nəfər jurnalistə tapşırmaq olar ki, bununla bağlı sorğu keçirin. Və yaxud da 5-10 ziyalının başçılığı altında sorğu qrupu yaratmaq, praymeriz təşkil etmək olar. Yəni bunların yolu çoxdur. Təki gəlib o mərhələyə çatsınlar və hörmətli liderlər qərara gəlsinlər ki, vahid namizədin seçilməsi vacibdir. Onlar bu məsələdə razılığa gəlsələr, texniki məsələləri biz həll edə bilərik. Mən özünü müxalifət kimi təqdim edən adamlara üz tuturam ki, gəlin xalqın taleyi ilə oynamayaq. Siyasi ambisiyalarımızı, qrup maraqlarımızı bir qırağa qoyaq, heç olmasa, ömrümüzdə bir dəfə, gəlin, bu addımı ataq, birləşək.

http://www.bizimyolinfo.com/?sehife=1&xeber=5595

«Müxalifət düşərgəsində xoşagəlməz olaylar baş verir»

Əbülhəsən Abbasov: «Qurban Məmmədovun “vahid lider Əli Kərimlidir” fikrinə ciddi yanaşmaq lazımdır»

18/12/2012 [11:14]

«Azərbaycan öz içindən düzəlməlidir. Tərəqqi çırağını heç kim kənardan gətirib Azərbaycan paytaxtında bərqərar edən deyil. Iqtidarlı-müxalifətli bir araya gəlib mövcud problemləri aradan qaldırmaq lazımdır. Bu məsələləri hay-küylə, hikkə və kinlə həll etmək olmaz. Lakin mən görürəm ki, nəinki müxalifət və iqtidar arasında xoşməramlı dialoq getmir, ayrılıqda bu düşərgələrin özlərində də xoşagəlməz olaylar baş verir. Birinin adını çəkən kimi dərhal həmin adama daş atmağa başlayırlar». Bu sözləri «Bizim Yol»a açıqlamasında müxalifət daxilində gedən müzakirələrə, vahid seçki koalisiyası, vahid namizədlə bağlı aparılan diskusiyalara münasibət bildirən AMEA Fəlsəfə İnstitunun şöbə müdiri, professor Əbülhəsən Abbasov deyib.

Tanınmış vəkil Qurban Məmmədovun AXCP sədri Əli Kərimlinin vahid lider kimi daha məqbul namizəd olması barədə açıqlamasını xatırladan professor onunla həmrəy olduğunu vurğulayıb: «Mən siyasətçi deyiləm, lakin Əli Kərimlini yaxından tanıyan bir insan kimi Qurban bəyin bu fikrini məqbul, milli maraqlarımıza, haqqa-ədalətə müvafiq hesab edirəm. Ən azı, bu haqda dərindən düşünmək, ictimaiyyətlə fikir mübadiləsi aparmaq olar. Mən Əli Kərimlini tələbəlikdən, birinci kursdan tanıyıram. O, qrupda ən güclü, öz üzərində ən çox çalışan istedadlı, təşəbbüskar və fəal tələbə idi. Prezident Aparatında çalışanda da, fikrimcə, yüksək məmurların içində ən salamat işləyən, öz məsuliyyətini anlayan, ciddi nöqsanlara yol verməyən bacarıqlı və iradəli şəxslərdən idi. Qabiliyyətinə və insani keyfiyyətlərinə görə rəhmətlik Elçibəy onu şöbə müdiri vəzifəsindən dövlət katibi postuna təyin etmişdi. Yaxşı da işləyirdi, baxmayaraq ki paxıllıq edənlər, mane olanlar az deyildi. Hakimiyyət çevrilişindən sonrakı fəaliyyəti də göz önündədir. O, kimisə aldatmayıb, kiməsə əsassız vədlər verməyib, gözəl natiqlik və təşkilatçılıq qabiliyyəti var, siyasi proseslərin məntiqini bilir. Çox enerjili və ardıcıl şəxsiyyətdir. Qurban müəllim sağ olsun, onun “vahid lider Əli Kərimlidir” fikrinə ciddi yanaşmaq lazımdır». Bu bəyanatın ardınca səslənmiş əks fikirləri xatırladan Ə.Abbasov onları tənqid edib: «Biri dedi ki, Etibar Məmmədov yaxşıdır. Digəri dedi ki, Rəsul Quliyev yaxşıdır. Üçüncüsü bir başqasını təklif etdi. Belə münasibətlə, bu məhəllə, həyat-baca təəssübkeşliyi ilə biz hara gedirik? Ümummilli məsələyə bir partiyanın pəncərəsindən baxmaq nə qədər məqbuldur?! Əgər siyasətdə bu insanın çəkisi varsa, ciddi səhvlərə yol verməyibsə, keçmişdə və indi Azərbaycanın maraqlarına xələl gətirməyibsə, niyə də vahid namizəd-lider olmasın? Səbəb nədir? Axı, demokratiya istəyirsəniz, bir xalqın da rəyini nəzərə alın! Əli Kərimlinin Azərbaycan cəmiyyətinin yeniliyə doğru inkişafında çox böyük rolu var. Hər şeyə dar prizmadan baxmaq, qısqanclıqla yanaşmaq və buna demokratiya uğrunda mübarizə adını vermək düzgün deyil. Bir də ki, açıqlamanın kim tərəfindən verilməsini nəzərə alın. Qurban Məmmədov olduqca qabiliyyətli, həmişə obyektiv mövqeyi olan, hadisələrin dinamikasını dərindən anlayan, milli maraqları öndə tutan hüquqşünas-siyasətçidir. Heyf ki, onun potensialından da lazımınca istifadə olunmur»-deyə professor vurğulayıb.

Xatırladq ki, Q.Məmmədovdan sonra AXCP sədrinin sabiq müavini İbrahim Vəliyev də Ə.Kərimlinin vahid namizəd üçün daha məqbul siyasətçi olduğunu deyib. Onun bu mövqeyi Müsavat Partiyası tərəfindən etirazla qarşılanıb. Müsavat başqanının müşaviri Müstafa Hacıbəyli İ.Vəliyev ümumi işə zərər vurmaqda günahlandırıb.

Xatırladq ki, bu günə qədər siyasətçilərdən Xalq Partiyasının sədri Pənah Hüseyn də mövqe bildirib İsa Qəmbərin namizədliyini müdafiə edəcəyini bəyan edib.

Elmar

http://gundemxeber.az/musahibe/667-2013-cg-il-azjrbaycan-xalqd-gggn-bir-eansddr.html

2013-cü il Azərbaycan xalqı üçün bir şansdır

(19-12-2012, 13:28)

Qurban Məmmədov: “Əgər dəyişiklik olmasa bilin ki, səbəb müxalifət liderlərinin satqınlığı, xəyanəti və birləşməməsi olub”

Gundemxeber.az Son günlər məşhur vəkilQurban Məmmədov sosial şəbəkələrdə diqqət mərkəzindədir. O, əsasən müxalifətin bir yerdə olması üçün çağırışlar edir və 2013-cü ilin son şans olduğunu bildirir. Qarşıdan gələn prezident seçkiləri və bu seçkilərdə müxalifətin üzərinə düşən məsuliyyət haqqında suallara da dünən Qurban Məmmədov cavab verib.

– Qurban bəy, qarşıdan 2013-cü il prezident seçkiləri gəlir. Son zamanlar siz xüsusilə aktivlik nümayiş etdirirsiniz. Seçkilərlə bağlı mövqeyiniz və düşüncəniz nədən ibarətdir?

– Fikrimcə, Azərbaycanda növbəti prezident seçkiləri əgər bu rejimin nəzarəti altında keçirəcəyiksə, deməli növbəti cinayətə, yəni hakimiyyəti zorla əldə etmə və saxlanması cinayətinə qanuni don geyindirilməsi prosesində iştirak edəcəyik. İkincisi, normal seçki mühiti yaradılmayınca, bu seçkidə iştirak etmək olmaz. Üçüncüsü, normal seçki mühitinin yaradılması uğrunda AXCP sədri Əli Kərimlinin elan etdiyi mübarizənin təşkilində bütün millət iştirak etməlidir. Yəni bu məsələdə Əli Kərimliyə dəstək verilməli və ədalətli seçki şəraitində ümumxalq mübarizəsi başlamalıdır. Dördüncüsü, bu mübarizə uğurla nəticələnərsə, yəni Seçki Məcəlləsinə vacib düzəlişlər və əlavələr edildikdən, habelə seçki komissiyalarında lazımı dəyişikliklər olandan sonra müxalifət liderləri toplaşaraq vahid namizəd müəyyən etməlidirlər ki, seçkilərdə müxalifətin qələbəsi təmin edilsin.

– Siz bu başdan vahid namizədin elan edilməsinə isti yanaşmırsınız?

– Qətiyyən. Vahid namizədi bu saat elan eləmək olmaz. Vahid namizəd özünün işi, zəhməti, əziyyəti və fədakarlığı, qərarları, sistemli davranışları ilə müəyyən edilməlidir. Bu gün kimsə vahid namizədi müəyyən edə bilməz. Hər bir lider konkret olaraq gördüyü işlə qiymətləndirilməlidir. Amma, bütün bunlara baxmayaraq vahid namizədin seçilməsinin iki yolu təklif edilir. Birincisi, namizədlər öz aralarında danışıqlara gedirlər və bağlı qapılar arxasında kim istəyirsə kiməsə güzəştə gedir və beləliklə məsələ həll edilir. Yox, əgər bu mümkün olmursa, bu zaman ictimai sorğular və ilkin seçkilər vasitəsi ilə bu problemi həll eləmək olar. Amma bir daha qeyd edirəm ki, bu məsələnin məhz indi əsas məsələ olaraq müzakirə edilməsini doğru hesab eləmirəm. Mənim fikrimcə, vahid namizəd məsələsinin bu şəkildə gündəmə gətirilməsi doğru deyil və müxalifətin parçalanmasına xidmət edir.

– Sizin şəxsi düşüncənizə görə, hansı siyasi liderin namizədliyinin üzərində durulsa seçkidə uğur əldə etmək olar?

– Mənim şəxsi mövqeyimə görə, bu gün Azərbaycan müxalifətində, təmsil etdiyi təşkilatın gücünə, strukturlarına, respublikanın ərazi vahidlərini idarə etməsinə, elektoratına, funksionerlərinin sayına, kadr potensialına və özlərinin şəxsi keyfiyyətinə görə, mən üç real namizədin adını qeyd edə bilərəm. Bunlar hörmətli AXCP sədri Əli Kərimli, Azərbaycan siyasətində kifayət qədər tanınan Müsavat Partiyasının başqanı İsa Qəmbər və Milli Birlik Hərəkatının sədri Lalə Şövkət Hacıyevadır. Mən bu şəxsləri real prezidentliyə namizəd kimi görürəm. Onların hər biri vahid namizəd ola bilər və buna layiqdirlər.

– Siz situasiyaya müvafiq olaraq onlardan hansına üstünlük verərdiniz?

-Mən bu barədə hələlik fikrimi açıq şəkildə demək istəmirəm. Ancaq hesab edirəm ki, normal seçki mühitinin yaradılması uğrunda mübarizə mərhələsinin lideri Əli Kərimlidir.

– Niyə məhz Əli Kərimli?

– Çünki bu mərhələni Əli Kərimlinin özü elan edib və qarşısına bu məqsədi qoyub. Hesab edirəm ki, günün ən vacib məsələsi vahid namizədin müəyyən edilməsi deyil, azad və ədalətli seçkilərin keçirilməsi uğrunda mübarizənin liderinin müəyyən edilməsidir ki, bu da AXCP sədri Əli Kərimlidir.

– Sizin son vaxtlar həm mətbuatda, həm də sosial şəbəkələrdə Əli Kərinliyə dəstək ifadə etməyiniz başqa qüvvələri narahat edir və onlarda qıcıq yaradır. Mən xüsusilə Müsavat Partiyasının fəallarını nəzərdə tuturam…

– Müsavat Partiyasında olan bəzi dostlarımız mənim fikirlərimi və mövqeyimi düzgün başa düşməyiblər. Deməli, bu gün Azərbaycan müxalifətinin aparıcı iki partiyası var. Bunlar AXCP və Müsavat Partiyasıdır. AXCP sədri Əli Kərimlinin elan etdiyi vəzifə, yəni qanuni seçki mühitinin yaradılmasıdır. Müsavat Partiyası başqanı İsa Qəmbərin elan etdiyi vəzifə isə nəyin bahasına olursa-olsun seçkilərdə iştirak etməkdir. Əli Kərimlinin mübarizəsi bu gündən, İsa Qəmbərin elan etdiyi mübarizə isə prezident seçkilərinə rəsmi start verilən gündən başlayır. Ona görə də seçkiyə rəsmi start verilənə qədər ki, dövr bir cür mübarizə vasitəsi tələb edir. Əli Kərimlinin tklif etdiyi və qanuni seçki mühitinin yaradılmasını nəzərdə tutan mübarizə isə başqa mübarizə vasitələri tələb edir. Ona görə də, mənim müsavatçı dostlarım bəzən dediyimi düzgün başa düşməyiblər. Mən bir daha qeyd edim ki, vahid namizədi Qurban Məmmədov təyin etmir. Əksinə, vahid namizədi liderlər öz aralarında müəyyən etməlidirlər. Mən deyirəm ki, bu gün qarşısına qanuni seçki mühitinin yaradılmasını mqsəd qoyan Əli Kərimli bu ideyann da lideri olmalıdır. Eləcədə xalq bu məsələdə onun arxasında durmalıdır. Biz hər birimiz Azərbaycanda azad və ədalətli seçkilərin yaradılması üçün əlimizdən gələni etməliyik. Məsələ bu qədər sadədir.

– Sosial şəbəkələrdə bəzən sizin təhqir olunmağınız belə bu işlərə mane və kölgə salmaz ki?

– Xeyr. Mən burada qeyri adi bir şey görmürəm. Nəzərə alın ki, sosial şəbəkələrdə ciddi müzakirələr gedir. Hər kəs öz fikrini deyir. Bu müzakirələr çox yaxşı və məhsuldardır. Hesab edirəm ki, belə açıq müzakirələr müxalifət düşərgəsinin xeyrinədir.

– Sizin vahid namizəd məsələsinə bu cür yanaşmanız və başqasının “nəyin bahasına olursa-olsun biz seçkidə iştirak edəcəyik” bəyanatı arasında ciddi fərqlərin olduğunu göstərmirmi? Digər tərəfdən, əgər seçkinin nəticəsi saxtalaşdırılacaqsa bu prosesdə iştirakın nə əhəmiyyəti var?

– Hər bir siyasətçi dediyi sözə və törətdiyi əmələ görə xalqın qarşısında məsuliyyət daşıyır. Biri başqasının əvəzindən cavab verməyəcək. Odur ki, hər kəs öz mövqeyini ifadə edir. Qiyməti də xalq verməlidir. Seçkidən sonra kimin haqq olduğu bəlli olacaq.

– Mən pessimist əhval-ruhiyyədə olmaq istəməzdim. Ancaq 2013-cü idə də, gözləntilər özünü doğrultmasa və bu dəyişiklikləri edəcəyik deyib siyasi məsuliyyətə girən şəxslər nə cavab verəcəklər?

– Azərbaycan xalqının özü kimə hansı münasibət bildirməli olduğunu müəyyən etməlidir. Təbii ki, seçki prosesinə və ondan sonrakı dövrdə xəyanət edən siyasətçiyə xalq öz hərəkəti ilə münasibətini bildirməli və onu çıxdaş etməlidir. Mən xalqın əvəzindən cavab verə bilmərəm. Hər halda millətimiz aqil millətdir, ağıllı toplumdur və hər şey də göz önündə baş verir. Hörmətli İsa Qəmbərin dediyi kimi 2013-cü il çox adamların maskasının cırıldığı il olacaq. Gəlin tələsməyək.

– Sizi 2003-cü ildə Etibar Məmmədovla İsa Qəmbərin bir araya gəlməsinə çalışmsınız, danışıqlar aparmısınız. Ötən ildə forum vasitəsilə müxalifəti bir araya gətirməyə çalışırdınız, müxalifət liderləri ilə görüşlər keçirirdiniz. Bu istiqamətdə hazırda fəaliyyət göstərirsinizmi?

– Mən son nəfəsimə qədər bu rejmdən xilas olmaq üçün, xalqımın cinayətkar qruplardan xilası üçün əlimdən gələni edəcəyəm. Azərbaycan müxalifəti və onun liderlərinin birləşməsi istiqamətində də əlimdən gələni edəcəyəm. Əks təqdirdə bu zavallı millət uzun illər əsarətdə qalacaq.

– Bəs sizin forumun taleyi necə oldu?

– Qeyd edim ki, 20 gün bundan öncə forumun toplantısı keçirilib. Həmin toplantıda dostlar məni rəsmi qayda da sədr seçdilər. Forum mənə müəyyən işlərin aparılmasını tapşırıb. Forumun sıralarının genişləndirilməsi, lazım gələndə təşkilatlanma işlərinin görülməsi istiqamətində hazırlıq gedəcək. Nəticələri bir azdan elan edəcəyik.

– Belə fikri var ki, təkəbbürlü müxalifət liderləri bir komanda da ikinci və üçüncü şəxs olmağa razı deyillər, amma daha 20 il müxalifətdə qalmağa razıdırlar. Bu yanaşma nə dərəcədə doğrudur?

– Siyasətçinin iddialı olması onun müsbət keyfiyyətidir. O başqa şeydir ki, imkanlarına uyğun olmayan iddianı ortaya qoymaq mənfi haldır. Amma adam siyasətçidirsə, təbii ki, iddiası olmalıdır. Lakin Azərbaycan müxalifətində bu günə qədər tanıdığımız siyasi liderlər arasında o qədər ciddi fərq ayrılığı yox idi. Bu səbəbdən də, siyasətçilər bir-birini həzm edə bilmirdi. Amma son vaxtlar AXCP və Müsavat digərlərindən öndədir. Təbii ki, bu iki partiya arasında AXCP Müsavatdan bir qədər qabağa çıxıb. Hesab edirəm ki, bu il ciddi problem yaşanmaz. Hər kəs öz yerini bilər və birləşərək bu komanda da birinci və ya beşinci olmaqla dövləti idarə edər, xalqı normal vəziyyətə çıxararlar.

– Siyasi baxımdan dəyişikliklər ehtimalı nə qədərdir?

– Mən hesab edirəm ki, 2013-cü il Azərbaycan xalqı üçün bir şansdır. Buna qəti əminəm. Azərbaycan müxalifətinin liderləri, xüsusilə AXCP və Müsavat, onların liderləri vahid mövqe nümayiş etdirə bilsələr digər partiyalar bu iki liderin ətrafında birləşəcək. Xalqımızda məhz bu birliyə dəstəyini verəcək. Xalqın dəstəyi ilə qan tökülmədən 2013-cü ildə dinc yolla rejim dəyişikliyinə nail olacağıq. Əgər bu baş verməyəcəksə bunun yalnız bir səbəbi olacaq. O da müxalifət liderlərinin satqınlığı, xəyanəti və birləşməməsi olacaq. Əgər müxalifət birləşəcəksə, qalan prtiyalar da birləşəcək və bunda xalqın son 20 ildə içinə topladığı kin, nifrət çıxacaq, müxalifətə ciddi dəstək veriləcək. Mən buna qəti əminəm. Azərbaycandakı siyasi rejimin beynəlxalq aləmdə, ölkə içində nüfuzunun ən aşağı düşdüyü mərhələdir. Məndə olan məlumatlara görə, seçkilər yaxınlaşanda Elşad Abdullayev elə videoları ortaya çıxacaq ki, bunların çoxu kabinetində başına güllə vurmalı, çoxu ailəsindən boşanıb qaçmalıdır. Siz bu şeylərin şahidi olacaqsınız. Mənə elə gəlir ki, başında ağlı olan adam 20 ildə yığdığını dağıtmaz. Halal xoşları olsun, daha bəsdir. Mən bildiyim qədər Əli Kərimlinin partiyası iqtisadi amnistiya haqqında bəyanat hazırlayır. Hakimiyyətə gələn kimi bunu elan edəcəklər. Eləcə də orta kadrların və məmurların dəyişdirilməyəcəyi haqda ortaya mövqe qoyacaqlar. Ona görə də, mən hesab edirəm ki, bu şansı əldən vermək olmaz.

– Elşad Abdullayev tərəfindən yayılan sonuncu videoya münasibətiniz necədir? Orada Ramiz Mehdiyevin özünün şəxsən 1 milyon dollar sayması, çomadanı açmaq üçün hansısa dəmir alətdən istifadə etməsi haqda deyilənlər nə dərəcədə doğrudur?

– Mən bu kadrlara baxmışam. Dəqiqdir ki, bu rejim sahiblərinin pula hərisliyi və pulgirliyi hamıya bəllidir. Bu adamlar ancaq xalqı soymaq, dövlətin büdcəsini dağıtmaq haqda düşünürlər. Amma videoda çıxış edən qadının sözləri, həyacanlanması, çıxışlarının ardıcıllığına bir hüquqşünas kimi diqqət etmişəm. O, Elşad Abdullayevə inandırmağa çalışır. İkici tərəfdən, mən Ramiz Mehdiyevi uzun müddətdir tanıyıram və ciddi izləyirəm. Qadının bütün hərəkətləri dələduzluq fəaliyyətinə yönəlib. O, Elşad Abdullayevi inandırmaq üçün böyük yalanlar uydurmağa çalışır. Guya Ramiz Mehdiyev otağında pulu belə sayır, atfiyorkadan istifadə edib pulla dolu çomadanı sındırıb və s. Fikrimcə, bunlar gülünc şeylərdir. Aydın görünür ki, qadın rüşvətə vasitəçilik edib, pulun kimə verildiyini bilmir və Elşad Abdullayev qarşısında məsuliyyət daşıyacağını bildiyi üçün özünü sığortalamağa çalışır. Axı seçkidə doğurdan da E. Abdullayev MSK sədri tərəfindən qalib elan olunub. Bunlar bir-birinə uyğun gəlir. Amma mən inanmıram ki, Ramiz Mehdiyev otağında bunların gətirdiyi pulu sayıb, atfiyorkadan istifadə edib və s.

HÜSEYN ABBASOĞLU

https://www.gurbanmammadov.com/gundelik/prezident-komandasini-dəyisməlidir/

Prezident komandasını dəyişməlidir”

May 7, 2013 Gündəlik bölməsində yazan: Qurban Məmmədov

Qurban Məmmədov: “Əks halda,baş verənlər xalqın gözünə kül üfürməkdən başqa bir şey olmayacaq”

Regionların sosial-iqtisadi inkişafının dördüncü ildönümünə həsr olunan konfransda prezident İlham Əliyevin məmurları sərt tənqid etməsi və bunun ardınca bir neçə rayonun icra başçısının işdən azad edilməsi cəmiyyətdə bir çoxları tərəfindən daha ciddi dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilməkdədir. Lakin sadə vətəndaşlardan fərqli olaraq, əksər ictimai-siyasi xadimlər baş verənləri müsbət nəticələrə səbəb olmayacaq kosmetik dəyişikliklər kimi şərh etməkdədir.

Məsələyə münasibət bildirən hüquqşünas Qurban Məmmədovun sözlərinə görə, ölkə başçısının məlum çıxışı bir neçə həqiqəti ortaya qoydu ki, bunlardan da biri prezidentin həqiqətən də ölkədə baş verən bütün proseslərdən xəbərdar olmasıdır: “Hörmətli prezidentin öz çıxışında qeyd etdiyi məsələlər – korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin vacibliyi, bəzi vəzifəli şəxslərin harınlaması, millətə yuxarıdan aşağı baxmalarının yolverilməz olduğu və s. həqiqətən də təqdirəlayiq fikirlər idi. Ölkə başçısı bu çıxışı ilə təsdiqlədi ki, həqiqətən də baş verənlərdən xəbəri var, ölkədə korrupsiya baş alıb gedir və bunlara qarşı mübarizə aparmaq lazımdır. Mən ölkə başçısının söylədiklərinə qatılıram. Amma gəlin görək ölkə başçısı bu sözlərində nə qədər səmimidir? Mübarizə əzmi ortaya qoymaqda israrlıdırmı? Ümumiyyətlə, mübarizə əzmi varmı? Mübarizə aparmaq üçün lazımi komandası varmı?”

Q.Məmmədov bildirdi ki, ölkə başçısının öz çıxışında səmimi olduğunu güman etmir: “Şəxsən mən bir vətəndaş kimi prezidentin danışığını qeyri-səmimi hesab edirəm. Bu, ondan irəli gəlir ki, bütün bu addımlar vaxtı-vaxtında atılmayıb. Hesab edirəm ki, o danışıqların əsası yoxdur. Iqtidar xalqın qəzəbini, nifrətini azaltmaq üçün bu cür addım atır. Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparan adamlar korrupsiya ilə məşğul olan şəxslərdir. Korrupsiyaya qarşı mübarizə aparmaq üçün korrupsiya ilə bağlılığı olmayan, yeni kadrlar işə cəlb edilməli, yeni komanda formalaşdırılmalıdır. Korrupsiyadan uzaq şəxslərin gücü ilə bu problemi aradan qaldırmaq olar. Amma gəlin görək Azərbaycanda korruposiyaya qarşı mübarizə məqsədilə yeni komanda formalaşıbmı? Bu yöndə hər hansı bir addım atılıbmı? Qətiyyən”.

Hüquqşünasın fikrincə, cinayətkarlarla mübarizəyə rüşvət və korrupsiyadan uzaq insanlar cəlb edilməlidir: “Cinayətkar cinayətkara qarşı mübarizə apara bilməz. Buna görə də mən İlham Əliyevin çıxışını qeyri-səmimi qiymətləndirirəm. Hesab edirəm ki, onun icra başçıları ilə bağlı atdığı addımların ciddi mənada heç bir təsiri olmayacaq. Ancaq bununla belə onu da deməliyəm ki, Şamaxının icra başçısının işdən çıxarılması düzgün addım idi. Çünki icra başçısı orada dövlətin torpaqlarını tar-mar etməklə, qanunları pozmaqla məşğul idi. İmişlinin icra başçısı da işdən çıxarılmalı idi. Çünki başçı orada vətəndaşları incidən qərarlar qəbul edib. Gedib vəzifədə oturan kimi fermerin torpağının yarısını onun əlindən alıb ona-buna satıb və s. Belə hallar var. Lakin 5-6 icra başçısını işdən çıxartmaqla problem həll olunmur”.

Q.Məmmədovun fikrincə, qanunvericilikdəki boşluqlar da korrupsiya üçün zəmin formalaşdırır: “Korrupsiyanın mənbəyi qanunverciliyin özündədir. Azərbaycanda qanunlar elə qəbul olunur ki, o qanun əslində korrupsiya üçün şərait yaradır. Buna görə də öncə yüksək keyfiyyətli qanunların qəbuluna başlamaq lazımdır. Məsələn, qanunlarda göstərilir ki, tutaq ki, bu cinayətə görə şəxs 3 ildən 8 ilə qədər həbs edilə bilər. 3 və 8 il arasında 5 il fərq var. 7-12 il arasında da 5 il fərq var. 5 il üzərində isə hakimlər oyun apararaq bundan rüşvətxorluq məqsədilə istifadə edir. Bu baxımdan, birinci qanunları nizama salmaq lazımdır. Ikincisi, dövlət intizamını gücləndirmək lazımdır. Qanunun tələblərini, prezientin göstərişlərini yerinə yetirməyən məmurlar dərhal işdən çıxarılmalıdır”.

Azərbaycanın ayrı-ayrı klanlar arasında bölündüyünü vurğulayan Q.Məmmədov, xalqın məhz məlum qruplar tərəfindən idarə edildiyini vurğuladı: “Bu günə qədər baş verən olaylar sübut edir ki, xalqın maraqları İlham Əliyevin yadına yalnız o vaxt düşür ki, qorxur, öz hakimiyyəti üçün təhlükə hiss edir. İlham Əliyev də bu komandanın üzvlərindən biridir. Açığı, mən onu komanda rəhbəri kimi görmürəm. O, Azərbaycan dövlətini, bu xalqı idarə eləmir. Azərbaycan dövlətini hazırda idarə edənlər ayrı-ayrı klanlardan ibarətdir. Onlar Azərbaycanı həm ərazi, həm də istehsal baxımından sahələrə bölüblər. Hər kəs öz sahəsini istədiyi kimi talayır, tar-mar edir. Buna görə də İlham Əliyevin icra başçılarını çıxartması, Əlinin yerinə Vəlini qoyması xalqa xoş gəlmək üçün atılan təsirsiz tədbirlərdir”.

Q.Məmmədovun sözlərinə görə, əgər İ.Əliyev həqiqətən də uğur əldə etmək istəyirsə, hazırkı komanda ilə vidalaşmalıdır: “Prezident həqiqətən də tədbir görmək istəyirsə, komandasını dəyişməlidir. Mən demirəm ki, gedib Azərbaycan müxalifəti ilə işləsin. Türkiyədə, Avropada oxuyan yüzlərlə, minlərlə savadlı gənclərimiz var ki, onlar savadlı mütəxəssis kimi hələ də gözləmə mövqeyindədirlər. Niyə onların gücündən istifadə olunmasın? Niyə İlham Əliyevin ətrafında bunca istedadlı, rüşvət və korrupsiya ilə ləkələnməmiş, zəhərlənməmiş adamlar olmasın? Niyə? Bəs bu gənclər öz qabiliyyətlərini nə zaman reallaşdıracaqlar? Dövlət onların potensialından nə zaman istifadə edəcək? Prezident İlham Əliyev bu addımı atsa, həmin o cavanları öz ətrafına yığsa, korrupsiyaya qarşı mübarizə aparmaq olar, dövlətimiz böyük sürətlə inkişaf edər. Bunlar olmayacaqsa, o zaman baş verənlər xalqın gözünə kül üfürməkdən başqa bir şey olmayacaq”.

Şamil Əlibəyli

Fevral 20, 2013 at 00:10 “HÜRRİYYET”

http://reytinqinfo.az/aktual/659-məhkəmə-hüquq-sistemi-korrupsiya-bataqlığına-çevrilib.html

“Məhkəmə-hüquq sistemi korrupsiya bataqlığına çevrilib”

Yaradılıb 26.03.2013 13:08

Qurban Məmmədov deyir ki, məhkəmələr ayrı-ayrı adamların cinayət əməllərini qanuniləşdirməklə məşğuldur

Ölkədə insan hüquqlarını təmin etməli olan məhkəmə sistemindən narazıların sayı günü-gündən artır. Mülkiyyət hüquqlarının pozulması və məhkəmələr tərəfindən qanunsuz qətnamələrin çıxarılması artıq adi hala çevrilib.

Ancaq bu sahəyə cavabdeh şəxslərdən olan Ədliyyə naziri Fikrət Məmmədov fərqli mövqe nümayiş etdirir. Belə ki, Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı Fikrət Məmmədov məhkəmə-hüquq sitemindəki yeniliklərdən və görülən işlərdən danışıb. F.Məmmədov deyib ki, məhkəmələr vətəndaşların, iş adamlarının hüquqlarının müdafiəsində dayanırlar: “Biz daim məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı sorğular keçiririk. Eyni zamanda hakimlərin məsuliyyətinin artırılması ilə bağlı xeyli tədbirlər görülüb. 60 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilib, 148 hakim barəsində inzibati tədbir görülüb, 3 hakim aşağı vəzifəyə keçirilib”.

Tanınmış hüquqşünas Qurban Məmmədov Ədliyyə nazirinin dediklərində müəyyən həqiqətlərin olduğunu bildirsə də, ölkədəki məhkəmə sisteminin bərbad vəziyyətdə olduğunu vurğulayıb. Q.Məmmədov “Reytinq”ə deyib ki, Ədliyyə naziri iş adamlarının məhkəmələr tərəfindən müdafiə olunduğunu bildirməklə, ölkədəki digər strukturların iş adamlarına divan tutduğunu təsdiqləyib: “Mənim nazirlər arasında ən çox hörmət elədiyim şəxs Fikrət Məmmədovdur. Əslində, Fikrət Məmmədov dediklərində tamamilə haqlıdır. O, dolayısı ilə demək istəyir ki, Azərbaycanda iş adamlarının hüquqları inzibati orqanlar və vəzifəli şəxslər tərəfindən tez-tez pozulur deyə, məhkəmələr onları müdafiə edirlər. O başqa məsələdir ki, məhkəmələr onlara müraciət edən iş adamlarının hüquqlarını qoruya bilirlərmi? Mən də Məmmədov Qurban Cəlal oğlu kimi deyirəm ki, xeyr. Azərbaycanda məhkəmə orqanları ayrı-ayrı cinayətkar hadisələri qanuniləşdirməklə məşğuldur. Məhkəmə-hüquq sistemi korrupsiya bataqlığına çevrilib. Yəni, biri digərinin xüsusi əmlakını ələ keçirmək üçün məhkəməyə müraciət edir, məhkəmə də qanunları ayaqlar altına atıb, bunu gerçəkləşdirir.

Sizə bir fakt deyəcəyəm, Fikrət Məmmədov da bilsin. Şamaxıda 22 il bundan öncə Rövşən doktora icraiyyə komitəsinin qərarı ilə torpaq sahəsi verilib. 22 ildən sonra qonşu məhkəməyə müraciət edərək, Rövşən doktorun qapısının qabağındakı torpağı əlindən alır, məhkəmə də buna qanuni don geyindirir. Sumqayıt Apellyasiya Məhkəməsində Nazim Nəsibov adlı bir hakim də qərar verib ki, vətəndaşın qapısının ağzındakı torpaq onun yox, başqasınındır.

Qusarda başqa bir fakt olub. 132 il bundan qabaq bir vətəndaşa ulu babasından qalan torpağı Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Gülnarə Tağızadə alıb başqasına verib. Sonra da Ali Məhkəmə bunu təsdiqləyib.

Gəncədə isə dörd bacıya qalan dədə mülkünü məhkəmənin qərarı ilə alıb Abbas Abbasovun xalası oğluna verirlər. Azərbaycan məhkəmələrində yüzlərlə, minlərlə belə iş var. Əgər Fikrət Məmmədov istəsə, ona məhkəmələrin vətəndaşların, iş adamlarının hüquqlarını pozması ilə bağlı yüzlərlə fakt təqdim edərəm”.

Q.Məmmədov qeyd edib ki, son vaxtlar məhkəmələr ayrı-ayrı adamların cinayət əməllərini, o cümlədən dövlət orqanlarının vətəndaşların mülklərinin qəsbini qanuniləşdirməklə məşğuldur. Onun sözlərinə görə, bu prosesin başında Azərbaycanın Ali Məhkəməsi dayanır. Hüquqşünas hesab edir ki, əgər Ali Məhkəmə ədalətli mövqeyə gələrsə, məhkəmə-hüquq sistemindəki korrupsiya 50-60 faiz azalar.

Müsahibimiz nazirin hakimlərin məsuliyyətinin artırılması ilə bağlı xeyli tədbirlər görülməsi, 60 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi, 148 hakim barədə inzibati tədbir görülməsi, 3 hakimin aşağı vəzifəyə keçirilməsi ilə bağlı fikirlərinə də münasibət bildirib. Deyib ki, Azərbaycanda hakimlər də daxil olmaqla, vəzifəli şəxslər ona görə işdən çıxarılırlar ki, onlar ya aldıqları rüşvəti gizlədiblər, ya da yuxarıya az veriblər.

“Bu gün məhkəmə sistemində elə murdar, nəfəsi də rüşvətlə alan hakimlər var ki, çıxarılanlar bunların yanında toya getməlidir. İşdən çıxarılan bir neçə hakim tanıyıram km, çox ləyaqətli adamlar idi. Bu gün məhkəmə sistemində ədalət hissini, insanlığını itirən adamlar var ki, tərbiyəsizcəsinə saxta protokol çıxarırlar, vətəndaşı kabinetinə çağırıb ondan açıq şəkildə pul istəyirlər. Azərbaycanda 100 manat da alan rüşvətxor hakim var. Pensiya işində faktı təsdiq edir ki, kimsə pensiya alsın. Deyir ki, əvəzində bir aylıq pensiyanı mənə verərsən. Bax, bəzi hakimlərin səviyyəsi bu qədər alçalıb. Ona görə də bir neçə nəfərin işdən çıxarılması islahat kimi qiymətləndirilə bilməz”, – deyən Q.Məmmədovun fikrincə, Azərbaycanda məhkəmə sistemini təmizləmək üçün ortaya siyasi iradə qoyulmalıdır. Hüquqşünas hesab edir ki, hakimiyyətin başında duranlar açıq şəkidə rüşvət almağı qadağan etmədikcə, belə vəziyyət davam edəcək: “Bunarın rüşvət və korrupsiyaya qarşı apardığı mübarizə də imtasiyadan başqa bir şey deyil. Yoxsa müəllimi tuturlar ki, 100 manat rüşvət alır. Yadınızda saxlayın, bu ölkədə bir halda adamı rüşvət üstündə tuturlar ki, o, rüşvət almağı yaxşı bacarmır. Azərbaycanda milyonlarla rüşvət alan var, onları niyə tutmurlar? Ona görə də deyilənləri islahat kimi qəbul eləmək olmaz”.

Məhkəmə-hüquq sistemində mövcud olan bərbad durumda Ədliyyə naziri Fikrət Məmmədovun nə qədər məsuliyyətinin olmasına gəlincə, hüquqşünas “Açığı, mən Fikrət Məmmədovu abırlı-həyalı adam kimi tanıyıram. Heç kəs deyə bilməz ki, mən ona rüşvət vermişəm. Amma Fikrət müəllim Azərbaycanda total korrupsiya və rüşvət siyasətinə qarşı mübarizə aparmaqda acizdir. Çünki siyasi iradə onu müdafiə eləmir. Siyasi iradə ortada olsa, Fikrət müəllim öz sistemində rüşvətxorluğu bir gündə aradan qaldırar.

İnsafən onu da deməliyəm ki, Azərbaycanda ən az rüşvət olan ədliyyə sistemidir. İndi görün, o biri sistemlər hansı vəziyyətdədir. Ədliyyə sistemində natariusdan tutmuş, məhkəmələrə qədər hamısında rüşvətxorluq var. Dövlət Reyestr Xidmətində həyasızcasına, açıq şəkildə rüşvət alırlar. Rüşvət qoparmaq üçün illərlə məhkəmə qərarlarını icra eləmirlər. Ədliyyə naziri guya bunları bilmir? Dövlət Reyestr Xidməti qanunları, bütövlükdə dövləti saymırsa, hansı hüquqdan danışmaq olar? Bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycanın bütün idarəetmə orqanlarında acınacaqlı vəziyyət hökm sürür”.

https://www.gurbanmammadov.com/musahibeler/ortada-olan-videocəkilisə-gorə-gulər-əhmədovani-ittiham-etmək-olmaz/

Ortada olan videoçəkilişə görə Gülər Əhmədovanı ittiham etmək olmaz”

May 7, 2013 Müsahibələr bölməsində yazan: Qurban Məmmədov

Qurban Məmmədov: “Gülər Əhmədova məsələsi ilə bağlı susqunluq Azərbaycan parlamentinin simasızlığının əyani sübutu oldu”.

Prezident xalqa müraciət etməli, xalqdan dəstək alaraq ölkəni mafioz qruplardan təmizləməlidir”.

Ya Zakir Qaralov, ya da onu inandırmaq imkanında və gücündə olan kimlərsə Elşad Abdullayevin təqdim etdiyi videomaterialın ictimai müzakirəyə çıxarılmasında maraqlı olublar”

Tanınmış hüquqşünas Qurban Məmmədov Facebook-da paylaşdığı statuslarında keçmiş deputat Gülər Əhmədova ilə bağlı məlum videoqalmaqala tamamilə fərqli mövqedən yanaşıb.

Hüquşünas hesab edir ki, “indi ortada olan videoçəkilişə görə Gülər Əhmədovanı ittiham etmək olmaz”. Maraqlıdır ki, Q.Məmmədov nəya əsasən bu fikirdədir? Onun “Hürriyyət”in əməkdaşı ilə müsahibəsini oxucularımıza təqdim edirik.

– Hakimiyyət Gülər Əhmədova məsələsindən mümkün qədər az itkilərlə çıxmağa çalışır. Əli Həsənovun hər gün mətbuata palaz-palaz açıqlamalar verməsi bir yana, onun Elşad Abdullayevin verdiyi çirkli pula kimsənin sahib çıxmadığı haqda dediklərinə inanmaq olar?

– Şəxsən mən hesab edirəm ki, həmin hadisənin birbaşa hakimiyyətlə bağlanması üçün hələlik əlimizdə yetərli hüquqi əsaslar yoxdur. Mən bu məsələyə bir hüquqşünas kimi yanaşıram. Neçə ki, istintaq başa çatmayıb, neçə ki, Gülər Əhmədovanın hakimiyyətin rəsmi adamı kimi və ya kiminsə adından danışdığı sübuta yetirilməyib, bunu birbaşa hakimiyyətlə bağlamaq düzgün deyil. Ümumiyyətlə, ayrı-ayrı adamların cinayətlərini bütövlükdə hakimiyyətlə bağlamaq səhvdir.

– Elə Əli Həsənov da Sizin kimi danışır. Necə olur ki, birisi günün günorta çağı hakimiyyətin adından sui-istifadə edərək aşkar dələduzluq edir, ilişəndə hakimiyyət yaxasını kənara çəkir ki, burada bizim heç bir günahımız və ya məsuliyyətimiz yoxdur… Bu, nə məntiqdir?

– Bilirsiniz, Əli Həsənov da müəyyən mənada haqlıdır. Çünki prezidentin elə bir imkanı yoxdur ki, hər kəsin yanına bir əli silahlı əsgər və ya qoruyucu qoysun, həmin adamlara nəzarət etsin.

– Ancaq əvəzində prezidentin borcudur ki, elə bir sistem yaratsın ki, kimsə belə bir dələduzluğa meyl etməsin.

– Təbii, dediklərinizdə həqiqət var. Hakimiyyətin idarəetmədə çoxsaylı nöqsanlarının, boşluqlarının olduğu bu hadisəyədək də dəfələrlə müxtəlif situasiyalarda ortaya çıxıb. Əslində Gülər Əhmədova hadisəsi hakimiyyət üçün bu boşluqların doldurulması baxımından da bir acı təcrübə rolunu oynamalıdır, bundan nəticə çıxarılmalıdır. Şəxsən məni sevindirən o oldu ki, hakimiyyət Gülər Əhmədovaya sahib çıxmadı, daha doğrusu, bu hadisəni təqdir etmədi, tədbir görülməsi istiqamətində addım atdı. Bununla hakimiyyət göstərmək istədi ki, qanun qar

– ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, əksinə, hakimiyyət Gülər Əhmədovaya sahib çıxmalıydı…şısında hamı bərabərdir və heç kimə xüsusi səlahiyyət verilməyib ki, öz bildiyini edə.

– Mən hesab edirəm ki, indiki halda hakimiyyət əsl dövlətçiliyə yaraşan addım atıb. Bilirsiniz, ilkin mərhələdə söhbət cinayət məsuliyyətindən yox, mənəvi və siyasi məsuliyyətdən gedir. Ortada bir videolent var və burada hakimiyyətin bir nümayəndəsi, konkret olaraq onun deputatı hansısa qanunazidd söhbətlər aparır. Özü də həmin şəxs videodakı adamın olduğunu da danmır. Yəni belə bir bazarlığın, yaxud bazarlıq cəhdinin olduğu ortada. Bu baxımdan istər-istəməz siyasi və mənəvi məsuliyyət ortalığa çıxır. Hakimiyyət də çox haqlı olaraq Gülər xanımla arada müəyyən bir məsafə saxlamaq yolu tutub. O tamam başqa məsələdir ki, Gülər Əhmədovanın hüquqi baxımdan cinayət məsuliyyətinə cəlb edilməsi mümkündürmü, yaxud hakimiyyət onu dilə-dişə salmış bir nümayəndəsini haqlı-haqsız cinayət məsuliyyətinə cəlb edərək cəzalandıracaqmı? Ona görə də deməyim odur ki, Cinayət Prosessual Məcəllənin tələb etdiyi qaydada əldə edilmiş sübutlar olmadan Gülər Əhmədovanın cinayət məsuliyyətinə cəlb edilməsində hakimiyyətin israr etməsi də hüquqi baxımdan yanlış addım olacaq.

– İndiki halda Gülər Əhmədovanın özünüqoruma şansları yetərlidirmi?

– Hesab edirəm ki, burada məsələ tamam fərqlidir. Əslində bu gün Gülər Əhmədovanın belə bir qayğısı yoxdur ki, özünü müdafiə edə. Əksinə, onu ittiham edənlərin vəzifəsidir ki, ittihamı sübut etsinlər. Məhz sübutlar ortalığa çıxdıqdan sonra, o, müxtəlif özünümüdafiə mövqeyi seçə bilər. Bu baxımdan hələlik növbə Gülər Əhmədova barəsində cinayət işi qaldıran Baş Prokurorluğun və onu ittiham edən Elşad Abdullayevindir. Mən sosial şəbəkədəki statusumda da bu barədə yazmışdım və haqsız olaraq bəziləri hissiyata qapılaraq məni qınadılar. Bu məsələyə hüququ yanaşma bir başqadır, mənəvi və siyasi yanaşma bir başqa. Hüquqi baxımdan yanaşsaq, Azərbaycan qanunvericiliyinə görə, audio-videoçəkilişlər qadağandır və qanun bu əməlləri təqib edir. Hətta əvvəllər Mülki Prosessual Məcəllədə 256-cı maddə vardı, onun tələblərinə görə məhkəmə prosesində hakimin icazəsiylə hər bir adam audio-videoçəkiliş apara bilərdi, indi bunlar da qadağan olunub. Digər tərəfdən, Cinayət Prosessual Məcəllədə və digər beynəlxalq qanunvericilikdə var ki, prosessual qanun pozuntusuyla əldə edilmiş sübutların hüquqi əhəmiyyəti yoxdur. Yəni qanunda nəzərdə tutulduğu qaydada sübutlar əldə olunmayıbsa, indi ortada olan videoçəkilişə görə Gülər Əhmədovanı ittiham etmək olmaz. Ona görə də hüquqi baxımdan gülər Əhmədovanı ittiham edərək cinayət məsuliyyətinə cəlb etmək üçün ya Elşad Abdullayev gəlib Azərbaycanda ifadə verməlidir, onu Gülər Əhmədovayla üzləşdirməlidirlər və başqa sübutlar da tapılmalıdır, yaxud da Azərbaycanın prokurorluq orqanları Fransa ilə imzalanmış hüquqi yardımlaşma haqqında müqavilənin şərtlərinə uyğun olaraq “məhkəmə tapşırığı” adlı hüquqi termin yolu ilə Elşad Abdullayevin həmin ölkədə ifadəsinin alınaraq rəsmi şəkildə bizim ölkəyə təqdim edilməsini təmin etməlidirlər. Yalnız bundan sonra Gülər Əhmədovanın cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi həll edilə bilər. Əks halda ona qarşı prokurorluq real olaraq heç nə edə bilməyəcək və bu proses acı bağırsaq kimi uzanacaq.

– YAP icra katibi Əli Əhmədovun onu “dələduz” adlandırmasına necə şərh verərdiniz?

– Hesab edirəm ki, onun bu açıqlaması çox yanlış idi və çaşqınlıqğın əlaməti kimi qəbul olundu. Gülər Əhmədovanın da elə isti-isti deputat mandatından imtina etməsi əslində həmin o mənəvi məsuliyyəti dərk etməsi kimi qəbul olunmalıdır.

– Onun özünün mandatdan könüllü imtina etməsi dələduzluqda ittiham olunmasının etirafı kimi də qəbul edilə bilərmi?

– Qətiyyən. O, özü ifadə verərək ya rüşvətdə vasitəçilik, ya dələduzluğa cəhd məsələsini etiraf etməsə, heç kim onun bu istefasını cinayətin etirafı kimi qəbul edə bilməz. İnsafən, onu da deməliyik ki, Gülər Əhmədovanın həmin videodakı davranışları, hakimiyyət komandasının bir üzvü prizmasından yanaşıldıqda, olduqca qiymətlidir. Fikir verdinizsə, o, bir qadın olaraq Elşadın israrına baxmayaraq Ramiz Mehdiyevin adının hallanmasına qarşı çıxır və bütün riski öz boynuna götürür. Bununla o, öz komandasının rəhbərini qorumağa cəhd edir. Həmin komandadakı hər kişidə bu

– Əli Həsənov iddia edir ki, hakimiyyət bu insanların hər birinin davranışına cavabdeh deyil. Doğrudanmı, hakim partiya və onun sədri məhz onun siyahısı ilə parlamentə düşmüş adamın davranışlarına cavabdeh deyil?qabiliyyət yoxdur. Yəni məncə, onun bundan sonra parlamentdə oturanlardan daha çox haqqı var ki, orda otura. Şəxsən mənim rəsmi vəkil statusum olsaydı, Gülər Əhmədovanı müdafiə edərdim, bu gün qüvvədə olan qanunlarla da onun cəzalandırılmasına imkan verməzdim. Onun da mandatdan imtinası cinayətin etirafı kimi yozula bilməz. Sadəcə o, mənəvi məsuliyyəti göz önünə alıb belə bir addım atıb.Yadınızdadırsa, bir müddət öncə Türkiyədə də Dəniz Baykal haqqında bir video yayılmışdı. O da dərhal istefa verdi, ancaq bəyan elədi ki, bu, montajdır. Yəni o, bir siyasi lider olaraq öz mənəvi məsuliyyətini dərk edərək tərəddüd etmədən istefa verdi, ancaq ittihamları qəbul etmədi, yayılanların həqiqət olduğunu inkar elədi.

– O, haqlı olaraq deyir ki, hakimiyyət hər bir adamın hərəkətinə cavabdeh deyil, yəni məsuliyyəti onunla bölmür. Söhbət təkcə Azərbaycandan getmir, bu, bütün hakimiyyətlərə aiddir. Əgər kiminsə cinayət əməli sübut olunarsa və hakimiyyət onu müdafiə edərsə, o zaman sizin dediyiniz cavabdehlik və ya məsuliyyət bölgüsündən danışmaq olar. Hakimiyyətin vəzifəsi fakta qiymət verməkdir. Əgər qiymət vermirsə, onda hakimiyyət bu məsuliyyətə şərik hesab olunur.

– Bu boyda hadisədən sonra ölkə parlamentində bu mövzuda kimsənin ağzını açıb kəlmə kəsməməsi nəyin əlamətiydi?

– Görünür, hamısı Gülər olduğunu başa düşür. Hamısı xəcalət çəkir və ürəklərinin dərinliyində Güləri qınayırlar ki, onların da zibilinin üstü açıldı. Mənim üçün o da maraqlı oldu ki, müxalifətdən, ən azı hakimiyyət düşərgəsindən olmayanların yataq səhnələrini qanunsuz yolla çəkib ictimailəşdirən, həmin səhnələri həvəslə şərh edən bəzi adamlar Azərbaycan dövləti bir yana öz mandatlarını ləkələyən, onların bioqrafiyasına kölgə salan bu boyda hadisəyə sükutla cavab verdilər. Bu susqunluq Azərbaycan parlamentinin bugünkü siması, bəlkə də simasızlığının əyani sübutu oldu.

– Elşad Abdullayev prezidentə müraciətini mətbuatda yayıb və təhlükəsizliyinə zəmanət veriləcəyi halda Azərbaycana gəlməyə də hazır olduğunu bildirib. Eyni zamanda o, baş prokuror Zakir Qaralovu və onun komandasını ittiham edərək onların bu işlərin istintaqını aparmağa məmnəvi-hüquqi haqlarının olmadığını bildirib. Fikrini belə əsaslandırıb ki, həmin videonu və digər ifşaedici materialları bir il öncədən istintaqa təhvil versə də susqunluq nümayiş etdirilib…

– Doğrusu, bir hüquqşünas kimi məndə də bəzi şübhələr yaranıb ki, nəyə görə Zakir Qaralov belə bir addım atıb. Belə çıxır ki, ya onun özü, ya da onu inandırmaq imkanında və gücündə olan kimlərsə bu yolla Elşad Abdullayevin təqdim etdiyi videomaterialın ictimai müzakirəyə çıxarılmasında maraqlı olublar.

Elşad Abdullayev açıq şəkildə bildirir ki, mən bu videonu ona görə aləmə car çəkməyə məcbur oldum ki, rəsmi qaydada etdiyim müraciətə baxan olmadı və təhlükəsizliyimə təhdidlərin sayının artığını görüb bunu açmağa məcbur oldum.Yeri gəlmişkən, yadınıza salım ki, prokurorluq orqanlarıyla bağlı bu cür susqunluq halı birinci dəfə deyil ki, müşahidə olunur. Vaxtilə Hacı Məmmədovun işində də adı keçən mərhum Rəna Nəsibova adlı qadın Hacının dəstəsinin əməllərindən məlumatlı olduğu barədə prokurorluğa rəsmi müraciət etmişdi, hətta səhv etmirəmsə Rüstəm Usubovun da qəbulunda olmuşdu, ancaq müəmmalı şəkildə onu öldürərək izi itirdilər. Həmin hadisə Azərbaycan prokurorluq orqanlarının tarixində əbədi bir ləkə oldu, Elşad Abdullayevlə bağlı olay da ikinci bir ləkə oldu. Ona görə də hesab edirəm ki, məhz Zakir Qaralov səviyyəsində buna aydınlıq gətirilməlidr. Yoxsa Elşad Abdullayevi asıb-kəsməyin yeri yoxdur.

– Elşad Abdullayev konstitusiyanın 109-cu maddəsinin 35-ci bəndini əsas tutaraq prezidentdən xahiş edir ki, müstəqil istintaq komissiyası yaradaraq bu düyünü açsın. Prezident buna gedərmi, yaxud belə bir komissiya kimlərdən təşkil olunmalıdır ki, prokurorluğun yolunu tutmasın?

– Elşad Abdullayev tamamilə haqlıdır və əgər möhtərəm prezident belə bir tarixi addım atsa Azərbaycanın yaxın keçmişiylə bağlı bir sıra qanlı cinayətlərin üstü açıla bilər və ölkə başçısının cəmiyyət içərisindəki nüfuzu xeyli artar.

– Elşad Abdullayev 2003-cü ildə nəinki sıradan bir adam olmayıb, əksinə, qılıncının dalı da, qabağı da kəsib. Belə bir adamın MTN mayoru olan bir qardaşını oğurlayanların kimliyi haqqında məncə, heç düşünməyə də dəyməz. Elə isə prezident niyə belələrinə öz yerini göstərmir?

– Şəxsən mənim özümdə də Hacı Məmmədovun qrupundan qat-qat təhlükəli qrupun mövcudluğu heç bir şübhə doğurmur. Əgər prezident bu kimi məsələlərdə təxirəsalınmaz tədbirlər görmürsə, görünür bu qrupların gücündən çəkinir. Əks təqdirdə istənilən dövlət başçısının vəzifəsidir ki, cinayətkarlığa qarşı mübarizə aparsın. Hesab edirəm ki, prezident xalqa müraciət etməlidir, xalqdan dəstək alaraq ölkəni mafioz qruplardan təmizləməlidir.

Məncə, prezident bu məsələdə çox gecikir. Hamı bilir ki, bu gün Azərbaycanda çox qorxulu qüvvələr var və onlar ilk növbədə elə hakimiyyətin özü və prezident üçün real təhlükə mənbələridir. Prezident xalqa arxalanaraq onları neytrallaşdırmalıdr.

Zülfüqar HÜSEYNZADƏ

http://gundemxeber.az/musahibe/2839-vjkillik-institutunu-gldgrjrjk-djfn-edibljr-vj-bunun-da-mollaldddnd-azjr-taddyev-edib.html

Vəkillik institutunu öldürərək dəfn ediblər və bunun da mollalığını Azər Tağıyev edib

(12-05-2013, 23:08)

Qurban Məmmədov: “Bu şəraitdə seçkidə sona qədər iştirak edəcək namizəd satqındır, hakimiyyətin nökəridir”

Ötən gün Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınmış vəkil Aslan İsmayılovu bu qurumdan uzaqlaşdırıb. Bununla da, faktiki olaraq Azərbaycanın ən məşhur və savadlı vəkillərindən biri olan İsmayılov zərələşdirilib. Qeyd edək ki, İsmayılov son zamanlar daha çox siyasi hakimiyyəti, yüksək post vəzifəli şəxsləri, habelə hüquq mühafizə orqanlarını ciddi tənqid edirdi. İnsanın siyasi və ya hüquqi mövqeyinə görə, onun vəkillikdən uzaqlaşdırılması Azərbaycan reallığında mümkün görünsə də, normal ölkələrdə bu gülməli hadisə və ya ironik durum hesab oluna bilər. Azərbaycanda hüququn durumu, vəkillik institutu, iqtidarın apardığı siyasət və digər məsələlərlə bağlı suallara vaxtı ilə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olan Qurban Məmmədov cavab verib.

– Qurban bəy, Azərbaycanda hüququn aliliyi, qanunların işləməsi baxımından vəziyyəti necə qiymətləndirirsiniz, hansı çatışmamazlıqlar var?

– Azərbaycan bir dövlət olaraq onun bütün strukturları demək olar ki, hüquq müstəvisindən kənara çıxıb. Demək olar ki, Azərbaycan yazılı qanunlarla idarə edilməyən bir məkana çevrilib və bu çox qorxulu haldır. O cümlədən mən məhkəmə sistemindəki vəziyyəti qeyd edərdim. Əlbəttə, prokurorluqda və polisdə olan vəziyyəti də qeyd etməmək olmaz. Nəhayət Azərbaycan Vəkillər Kollegiyasında baş verən proseslər və hadisələr ölkədəki hüquq vəziyyətinin, kriminal drumun bariz göstəricisidir. Əgər vəkillərə hansısa formada təzyiq olursa, onlara işləmək üçün imkan verilmirsə, bu artıq mövcud rejimin mahiyyətindən xəbər verir.

– Btün normal ölkələrdə ən pristijli sahə hüquq sahəsi, vəkillik peşəsidir. Bu gün ölkəmizdə vəkillik institutu hansı durumdadır?

– Azərbaycanda vəkillik institutunu öldürüblər, sonra da dəfn ediblər, indi də onun qırx mərasimi başa çatır. Bu prosesə də, mollalığı Azər Tağıyev adlı şəxs edir. Bu adam hakimiyyətin qucağında oturub. Mərkəzi Seçki Komissiyasında seçki saxtakarlığına imza atır deyə onu uzun illərdir ki, Vəkillər Kollegiyasının sədri vəzifəsində saxlayır və onun vasitəsilə ən şərəfli peşələrdən birini məhv edirlər. Ancaq vəkillik institutunun məhv olmasında vəkillərin özlərinin də müstəsna xidməti və rolu var. Siz təsəvvür edin ki, vəkillər dövlətdən rəsmən asılı olmayan peşə sahibləridir. Əksinə, vəkillər dövlətə vergi ödəyir və əvəzində dövlətdən əmək haqqı, əmlak almırlar. Vəkillər öz sözlərini müstəqil şəkildə deməyi bacarmalıdırlar. Görün Azərbaycan vəkilləri nə rəzil gündədir ki, Lətifə Əliyeva, Namizəd Səfərov, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Xalid Bağırov, Eldar Qurbanov, Elçin Namazov və digər ləyaqətli vəkillərə qarşı tərbiyyəsizlik edilib. Bu adamlar faktiki olaraq kollegiya üzvlüyündən uzaqlaşdırılıblar. Bunlar Azərbacanın ən öndə gedən vəkillərdir. İndi isə Aslan İsmayılovu kollegiya üzvlüyündən uzaqlaşdırıblar. Bu günə qədər bir vəkil ayağa qalxaraq bütün bu yaşananlara etiraz olaraq istefa vermir, səsini çıxarmır. Əksinə, müti şəkildə öz növbəsini gözləyir. Vəkili bu vəziyyətdə olan millət ölüdür. Bunun başqa adı yoxdur. Ləyaqət və şərəf hissini itirən toplum halına gəlməkdəyik. Ona görə də, mən məsələyə böyük faciəmizin başlanğıcı kimi baxıram.

– Siz Vəkillər Kollegiyasının üzvüsünüzmü?

– Xeyr. Əgər mən Vəkillər Kollegiyasının üzvü olsaydım Aslan İsmayılovun oradan çıxarılmasına imkan verməzdim. Eləcədə yuxarıda adını çəkdiyim ləyaqətli vəkillərin kollegiya üzvlüyündən çıxarmağa qoymazdım. Əgər görsəydim ki, bütün bunları etməyə gücüm çatmır, bu zaman özüm istefa verərdim. Mən qanunu pozanların oturdugu yerdə otura bilmərəm. Xüsusilə, Vəkillə Kollegiyasında. Çünki orada Azər Tağıyev kimi seçki saxtakarlığında iştirak edən və hakimiyyətin sifarişlərinə boyun əyən məddah insan var.

– Sizi də Vəkillər Kollegiyasından qovublar?

– Mən 1987-ci ildən Vəkillər Kollegiyasının üzvü olmuşam. 1995-1998-ci illərdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olmuşam. Başqa sözlə, vəkilliyə gəlmək istəyən şəxslərin səviyyəsini yoxlamışam, onları bu işə qəbul etmişəm. Nə qədər təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, mənim vəkillik institutunun inkişafında müəyyən mənada rolum olub. Amma, 1998-ci ildə Heydər Əliyevin tapşırığı əsasında həbs edildikdən sonra mən beş il müddətində həbsdə saxlanıldım. Həbsdən çıxdıqdan sonra məni Vəkillər Kollegiyasına qoymadılar. Seçki saxtalaşdırılması prosesində iştirak edən Azər Tağıyev bildirdi ki, Vəkillər Kollegiyasına daxil olmağım üçün imtahan verməliyəm. Hansı ki, bir zamanlar mənim özüm gənc mütəxəssislərdən imtahan götürərək onların kollegiyaya qəbul edilib-edilməməsi haqda rəy bildirirdim. Məndə gedib 2007-ci ildə imtahan verdim. Yazılı imtahandan tələb olunan balı topladım. Gəldim şifahi söhbət mərhələsinə. Amma Azər Tağıyev kimi hakimiyyətin dediklərinə qulaq asmadığım, tapşırıqları müticəsinə yerinə yetirmədiyim, bu rejimə nökərçilik edə bilmədiyim üçün məni kollegiyaya qəbul etmədilər. Mən də bununla bağlı məhkəməyə üz tutdum. Qeyd edim ki, hazırda şikayətim Avropa İnsan Haqları Məhkəməsindədir. Hələlik məhkəmənin qərarını gözləyirəm. Hazırda mən müstəqil fəaliyyət göstərirəm. Özümün firmam var və vətəndaşlarıma hüquqi nümayəndə qismində mülki və cinayət işlərində köməklik edirəm.

– Ənnağı Hacıbəyli, İntiqam Əliyev, Elçin Namazov və digərləri daha çox siyasi xarakterli şəxsləri müdafiə etdikləri üçün Vəkillər Kollegiyasından kənarlaşdırıldı. Aslan İsmayılov isə adətən sahibkarları müdafiə edirdi. Bu şəxsin vəkillik peşəsindən kənarlaşdırılmasını necə qiymətləndirirsiniz?

– Əvvəla qeyd edim ki, Aslan İsmayılov İlham Əliyevə çox inanırdı. Ancaq 2010-cu il parlament seçkiləri ciddi şəkildə saxtalaşdırıldı. Bundan sonra Aslan İsmayılov siyasi hakimiyyətə qarşı da kifayət qədər ciddi mövqe tutdu. Son zamanlar isə o, Ramiz Mehdiyev haqqında, Ramil Usubovun barəsində kəskin bəyanatlar verib və bu gündə həmin mövqedədir. Yəni fəal siyasətdə olmasa da, mövqeyi var. Əlbəttə Aslan İsmayılov Azər Tağıyev kimi hakimiyyətə yaltaqlanmadığı üçün onu kollegiyadan kənarlaşdırdılar. Mən hesab edirəm ki, onun Vəkillər Kollegiyasından çıxarılması siyasi göstəriş əsasında baş verib. Bunun başqa variantı yoxdur. Hər halda bu biabırçı hadisədir.

– Azərbaycanda hüquq sistemi nə zaman düzələcək, bunu düzəltmək üçün potensial varmı?

– Mən kobud bir misal çəkmək istəyirəm. Buna görə millətim məndən inciməsin. Çünki bunu deməyə məcburam. İki heyvan var: eşşək və aslan. Siz heç görmüsünüzmü ki, aslandan yük daşımaq üçün istifadə olunsun? Amma eşşək yük daşımaq, yol qət etmək üçündür. Özü də eşşək üçün fərqi yoxdur ki, onun belində kim yük daşıyır və gedir. Aslandan fərqli olaraq eşşək sahibini tanımaz və həmdə yiyəsinə sədaqətli olmaz. Bir millət istəməsə onunla da, heç kəs bu şəkildə davrana bilməz. Bunu dəqiq bilirəm. Əkər mənə şübhə ilə yanaşırsınızsa, dünyada xalqların tarixinə həsr edilən kitabları oxuyun. Bu gün Azərbaycan xalqı ilə çox pis şəkildə davranılır, ondan yük daşımaq və ya minik vasitəsi kimi istifadə olunur. Mən daha bilmirəm ki, bunu niyə ediblər və məqsəd nədir. Amma bütün bunlara xalqımızın özü qiymət verməlidir.

– Siz yaradılması gözlənilən Milli Şura haqqında nə düşünürsünüz, bu alınacaqmı və onun effekt verəcəyi gözləniləndirmi?

– Azərbaycanda mütləq əksəriyyətin maraqlarını ifadə edən vahid bir quruma çoxdandan ehtiyac var. Bu siyasi və sosial sifarişdir. Bunu hər kəs, xüsusilə, siyasi partiyalar anlamalı və günün nəbzini tutmağı bacarmalıdır. Mən hesab edirəm ki, gec də olsa Milli Şurada bütün regionların nümayəndəsinin təmsil olmasına və toparlanmasına çalışılmalıdır. Bütün siyasi qrumlar da burada təmsil olunmalıdır. Bir sözlə, indiki siyasi rejimə qarşı mübarizə aparmaq istəyən fərdlər, ictimai və siyasi qüvvələr Milli Şurada təmsil olunmalıdır. Əlbəttə ki, ölkəmizdə olan ciddi və nüfuzlu ziyalılar, ictimai xadimlərdə bu prosesdə olmalıdırlar. Beləliklə də, böyük bir tərkibdə vahid qurum yaradılmalıdır. Bundan sonra yerlərə gedərək Milli Şuranın məqsəd və prinsiplərini xalqın diqqətinə çatdırmaq lazımdır. Bu vacib ideyadır və mən inanıram ki, biz buna nail olub uğurlar qazana biləcəyik. Azərbaycan hakimiyyəti qanunsuz qrupların əlindədir, Azərbaycan ən azından mütləq əksəriyəti təmsil edən bir qurum tərəfindən idarə olunmalıdır. Bu rejim hər an qaça bilər. Onlar hər an qaça bilərlər… Odur ki, Milli Şuranın yaranması vacibdir və mən bu prosesi dəstəkləyirəm.

– Siz bir zamanlar müxalifət düşərgəsinin bir araya gətirilməsi üçün müxalifət partiyalarının liderləri ilə müzakirələr aparmısınız. Bu liderlər bir araya gəlməyə hazırdırlarmı, yoxsa firqə marağı, mənəm-mənəmlik buna heç vaxt imkan verməyəcək?

– Siyasətçi ambissiyasız ola bilməz. Əgər siyasətçinin ambissiyası yoxdursa, deməli o sadəcə fiqurdur, atıblar orataya və idarə edirlər. Bu baxımdan birliklə bağlı yaşanan proses normaldır, hər kəs öz mövqeyini müdafiə etməlidir və zamanı gələndə də geri çəkilməli adam geri çəkiləcək. Mən buna tam əminəm. Hesab edirəm ki, həqiqi müxalifət sonunda belə bir addım atacaq. Hələ vaxta var.

– Siz 2013-cü il seçkilərindən nə gözləyirsiniz?

– Azərbaycanda vəziyyət seçkiyə qədər dəyişməlidir. Əks təqdirdə bu millətin və dövlətin gələcəyi yoxdur. Cinayətkarlar ölkəni talayır, xalqın əxlaqını korlayırlar. Ona görə də, vəziyyət dəyişməlidir. Bu siyasi rejimin vaxtında seçkilər olmur. Əgər kimsə bunu anlamırsa, deməli özünü rola qoyur. Bu rejim üçün normal və azad seçkilər yanaşması yoxdur. Bu mənada kim seçkiyə gedirsə, deməli bu rejimin nökəridir. Bu şəraitdə seçki ola bilməz.

– Amma müxalfət düşərgəsindən namizədliyini irəli sürənlər var…

– Azərbaycanda bəyəm seçki elan olunub ki, kimsədə namizədliyini irəli sürsün? Seçki Məcəlləsinin 185-ci maddəsinə baxsanız görərsiniz ki, hələlik rəsmi qayda da namizədliyini irəli sürən yoxdur.

– Fakt odur ki, müxalifət liderlərindən namizədliyini irəli sürəcəyinə dair niyyətlər ifadə edir…

– Niyyətlər ola bilər. Həm də burada söhbət sona qədər seçkilərdə iştirakdan gedir. Ola bilsin k, ağıllı siyasətçi namizədliyini irəli sürsün, bölgələrə səfər edərək insanlara sözünü desin, televiziya kanalından yararlansın və sonda da desin ki, xalqım bu rejim azad seçki keçirən deyil, çıxın küçələrə sözünüzü deyin. Mən hesab edirəm ki, bu seçkidə sona qədər iştirak edəcək namizəd satqındır, hakimiyyətin nökəridir. HÜSEYN ABBASOĞLU

http://xeber44.com/10765-milli-mclisd-deputatlar-qurban-mmmdova-azadlq-tlb-etdi.html

Milli Məclisdə deputatlar Qurban Məmmədova azadlıq tələb etdi

Müraciəti deputatlardan İqbal Ağazadə, İlyas İsmayılov, Fazil Mustafa, Qudrət Həsənquliyev, Sabir Rüstəmxanlı və Vahid Əhmədov imzalayıb

Milli Məclisin bir qrup deputatı tanınmış vəkil Qurban Məmmədovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Deputatların Moderator.az-a da təqdim olunan müraciətində deyilir:

4 iyun 2013-cü il tarixdə Nəsimi rayon polis idarəsi tərəfindən respublikada tanınmış hüquqşünas Məmmədov Qurban Cəlal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə günahlandıralaraq cinayət məsuliyyətinə cəlb olunmuş və Nəsimi rayon məhkəməsinin 4 iyun 2013-cü il tarixli qərarı ilə barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdir.

İstintaq orqanı tərəfindən Qurban Məmmədov onda ittiham olunur ki, o 27 sentyabr 2012-ci il tarixdə idarə etdiyi “Toyota RAV-4” markalı avtomaşınla Nəsimi rayonu, Vaqif prospekti 9a saylı ünvanda yerləşən avtodayanacaqda gözətçi işləyən Pərviz Abbasovu vuraraq xəsarət yetirmişdir. Q.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham elan edilmişdir.

Nəzərinizə çatdıraq ki, Qurban Məmmədov Azərbaycanda yalnız prinsipial və peşəkar hüquqşünas deyil, həm də cəmiyyətdə siyasi xadim kimi tanınır. O həmçinin Azərbaycanın müstəqilliyi uğrunda demokratik hərəkatın öncüllərindəndir. Məlum olduğu kimi onun ittiham olunduğu cinayət, ehtiyatsızlıq üzündən törədilmiş cinayət hesab olunmaqla, az ağır cinayətlər kateqoriyasına daxildir və maddənin sanksiyasında maksimum 3 ilə qədər azadlıqdan məhrum etmə cazası nəzərdə tutulmuşdur. O da məlumdur ki, hadisə baş verdikdən sonra Qurban Məmmədov zərərçəkəni öz şəxsi avtomobilində təcili olaraq xəstəxanaya çatdırmış və həkimlərin ona müvafiq tibbi yardım göstərməsinə imkan yaratmışdır. Habelə o, zərərçəkmişin bütün müalicə xərclərini ödəmiş, ailəsinə maddi yardım göstərmişdir. Bütün bunlar qanunvericilikdə məsuliyyəti yüngülləşdirən hallar hesab olunur və həbs qəti imkan tədbiri seçilərkən məhkəmə tərəfindən nəzərə alınmalıdır. Onun istintaqdan yayınacağını və ya istintaqın gedişinə mane olacağını iddia etmək üçün əsaslar yoxdur. Hesab edirik ki, istintaqın gedişində onun barəsində həbs qəti imkan tədbiri seçilməsi üçün əsaslar olmadığı kimi buna zərurət də mövcut deyildi.Yuxarıda göstərilənləri nəzərə alaraq Nəsimi rayon məhkəməsi tərəfindən Qurban Məmmədov barəsində seçilmiş həbs qəti imkan tədbirinin ləğv olunmaqla onun azadlığa buraxılmasını və istintaqın ədalətlə və qanunlara müvafiq aparılmasını təmin etməyinizi xahiş edirik.

Müraciəti deputatlardan İqbal Ağazadə, İlyas İsmayılov, Fazil Mustafa, Qudrət Həsənquliyev, Sabir Rüstəmxanlı və Vahid Əhmədov imzalayıb

Loading