Əlaqə vasitələri

Nəsimi Rayon Məhkəməsinə – Vəsatət 1

Nəsimi Rayon Məhkəməsinə

Təqsirləndirilən şəxs (CM-nin 263.1-1,299.1)

Məmmədov Qurban Cəlal oğlu tərəfindən

CPM-nin 299.3.5-ci maddəsinə uyğun olaraq

VƏSATƏT

Haqqımda 04 iyun 2013-cü ildə seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş edirəm. Çünki həmin qətimkan tədbiri istintaq dövrünün zəruriyyəti ilə “əsaslandırılmışdı” və artıq istintaq bitmiş, həmin tədbir öz vəzifəsini başa vurmuşdur – budur mən heç yerə qaçmamışam və sübutları saxtalaşdıra bilməmişəm. Əks təqdirdə iş məhkəməyə verilə bilməzdi. Bundan sonra da, Azərbaycan tarixində bu günədək CM-nin 263.1-1-ci və 299.1-ci maddəsinə əsasən, bir nəfərin də belə haqqında həbs qətimkan tədbiri seçilmədiyini nəzərə alsaq, mənim haqaımdakı həbs qətimkan tədbirinin qüvvədə qalması, bir tərəfdən mənim həbsimin siyasi sifariş olduğunu, digər tərəfdən də 4 alternativ cəza nəzərdə tutulan əmələ görə mənim haqqımda qəbul edəcəyiniz hökmün əvvəlcədən hazır olduğunu sübut edəcəkdir.

İmza: / Q.C.Məmmədov /

 3,707 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.