Seçki Məcəlləsinin MSK və aşağı seçki komissiyalarının təşkili prinsipləri ilə bağlı 24, 30, 36 və 19-cu maddələri haqqında yazmışdım. O vax t hüquqi baxımdan bu maddələrin törətdiyi nətcələri və yararsızlıqlarını şərh etmişdim.
Ancaq bu maddələri və bütövlükdə Seçki Məcəlləsini dönə-dönə incələdikdən sonra faciənin daha dərin oduğunu gördüm. Bunu başa düşüb dərk etdikcə millətimizin düşüdüyü uçururmun dərinliyi məni heyrətləndirdi.
Normal insan, normal qrup və normal toplum belə bir Məcəlləni, sağlam insan məntiqindən uzaq olan bu normaları necə qəbul edə bilər? Bir millət bu qanunla seçki keçirir, onun nəticələrini tanıyır və dözürsə, buna sağlam millət demək olarmı? Biz doğrudan da, bu rejimin bizi necə ələ salmasını görmürükmü, dərk etmirikmi? Yoxsa özümüzü şüurlu şəkildə qanmazlığa qoymuşuq?
Hər hansı bir millətin neşə faizi axmaq, dəli, psix, anormal olmalıdır ki, qalanları onları saxlaya bilsin? Əgər çoxluq, ya da mütləq əksəriyyət anormal, psix, dəlidirsə, onda bu millət dünyada özünü normal millət kimi təsdiq edib qəbul etdirə bilərmi? Belə bir toplumu necə yaşatmaq olar?
Bəzi maddələri oxuyanda insan təəccüblənməyə bilmir: Parlamentdə bu maddələrə neçə deputat səs verib? Əgər bu Məcəllə çoxluğun səsi ilə qəbul edilibsə, onda bu xəstə adamlardan təşkil olunmuş parlamentin qəbul etdiyi qanunlara, qərarlara güvənmək olarmı? Ən vacibi isə bu xəstə adamları ora seçən millət özü necə, xəstə deyilmi? Xəstədirsə, xəstə bir millətlə diktaturaya, avtoritarizmə, cinayətkar mütəşəkkil dəstəyə qarşı mübarizə aparmaq olarmı? Mən qəti əmin oldum ki, bu Məcəlləyə səs verən deputatlara səs verən millət çirklənmiş bir toplumdur və xilası mümkün deyil. Onun uğrunda nə ölməyə, nə həbs olunmağa, nə döyülməyə, nə söyülməyə dəyməz.
Onu əzib alçaltmaqda, onun iradəsi ilə hesablaşmamaqda, onun xüsusi mülkiyyətini başına uçurub çöllərdə qoymaqda it payı ilə yaşamağa məcbur edib, Dubayda və başaqa ölkələrdə fahişə, nökər taleyi yaşatmaqda Heydər Əliyev də, oğlu İlham Əliyev də tam haqlıdırlar. Mən artıq onlara haqq qazandırmaya bilmirəm.
Söhbət təkcə bu anorml Məcəlləni, dəlisov maddələri qəbul edənlərin çirklənməsindən getmir. Söhbət, həm də bu anormal Məcəllə ilə təşkil edilən, seçki oyununda iştirak edən, özlərini çox ciddi aparan, guya ki, seçkidə qalib gələ biləcəkləri barədə ətrafdakıları inandırmağa çalışan, onlara ümid verən digər kəsimdən-bu Məcəllə ilə seçkidə iştirak edənlərdən: Müxalifətdən, xalqdan gedir.
Çirklənmə faizi yüz faizə çatmaqda olan millət heç vaxt qurtula bilməz. Onu əvvəl müalicə etmək, yeni millət kimi formalaşdırmaq lazımdır. Yalnız bundan sonra bu millətə özünü idarə etmək hüququ tanımaq olar. Qarabağ ermənilərini, Bakı ermənilərinin idarəçiliyinə verməməkdə dünya birliyi tam haqlıdır.
Ola bilsin ki, mən səhv düüşünürəm. Ola bilsin ki, mən oxuduğumu başa düşmürəm. Ola bilər. Ola bilsin ki, bu ölkədə tək dəli elə mənəm.
Onda siz də başa düşməyə çalışın….
Seçki məcəlləsinin 19.3-cü maddəsinə əsasən, Seçki komssiyasının sədri (MSK-da həmçinin sədr müavini), iki katibi Seçki komissiyaının birinci iclasında açıq səsvermə yolu ilə seçilirlər. Seçki komissiyasının sədri seçilənədək onun birinci iclasında və ya sədr olmadıqda iclasa yaşı daha çox olan üzv sədrlik edir. Seçki komissiyasının sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, katiblərin hər biri isə Milli Məclisdə deputatları azlıq təşkil edən siysi partiyaları və müstəqil deputatları təmsil edirlər.
Seçi ki komissiyaları I yaradılmalıdır, yoxsa ilkin olraq parlament seçkiləri keçirilməlidir, sonra seçki komisiyaları formalaşdırılmalıdır?
Hansı hansına xidmət edir: Seçki komissiyaları parlament və sair seçkilərə, yoxsa parlament seçki komisiyalarına?
Hansı birincidir: MSK, yoxsa parlament? Bu lap toyuq-yumurta məsələsinə oxşayır.
Ancaq burada hansının I olmasını ayırd etmək çoxda çətin deyil. Baxmayaraq ki, Seçki Məcəlləsinin 24-cü (MSK-nın yaradılma qaydası), 30 (DSK-nın yaradılma qaydası) və 36-cı (Məntəqə Seçki Komissiyasının yaradılma qaydası) maddələrinin hər üçü seçki komissiyalarının məhz parlament seçkilərindən sonra yaradılması haqqında təsəvvür yaradır və bu həqiqətən də belədir. Məsələn: Seçki Məcəlləsinin 24.3-cü maddəsində yazılır: “MSK-nın 6 üzvü deputatları MM-də çoxluq təşkil edən… Sonrakı 6-lar da yenə deputatları MM-də azlıq təşkil edən və “müstəqillər”dən seçilir”.Demək MSK-nın tərkibi artıq formalaşmış, seçilmiş MM üzvlərindən təşkil olunur. Bəs parlamentə seçilmiş azlıq, çoxluq partiyalarının deputatlarının seçkisini hansı komissiya təşkil edib və ya etməlidir? Əgər artıq seçilmiş parlament varsa və parlamentin seçkisini təşkil etmiş MSK olubsa, yeni MSK-ya nə ehtiyac var? Yox əgər MSK-ya ehtiyac varsa, onda bu MSK-nı edəcək azlıq, çoxluq, “müstəqillər” deputatlarının seçkisini hansı MSK təşkil edib?
Bu suallara cavab vermək üçün yalnız “ulu öndər”in layiqli yaltağı olmaq lazımdır. Sağlam məntiqli adam bu suallara cavab verə bilməz.
Ancaq Seçki Məcəlləsinin 171-ci maddəsinə əsasən,
“Azərbaycan Respublikasında seçkilər və referendumlar seçki (referendum) komissiyaları tərəfindən təşkil edilir və keçirilir”.
Bu maddələrdən göründüyü kimi seçki komissiyaları əvvəl yaradılmalı və yalnız yaradılmış komissiyalar sonradan seçkiləri, o cümlədən də parlament seçkilərini təşkil etməli və keçirməlidirlər.
Bu belədirsə, bu elə belədir də, onda Seçki Məcəlləsinin 19.3-cü maddəsində və 24, 30. 36-cı maddələrindəki “MM-də deputatları çoxluq təşkil edən, …heç bir siyasi partiyaya mənsub olmayan …MM-də azlıq təşkil edən” ifadələri hansı MM-i nəzərdə tutur? Bu çoxluq, azlıq, “müstəqillər” hansı MSK-nın keçirdiyi seçkilər nəticəsində formalaşmış hansı MM-dədirlər?
Seçki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən,
“MSK… Milli Məclis deputatlarının seçkilərinin… hazırlanmasını və keçirilməsini təmin edir”.
Onda bəs, hələ Milli Məclis deputatlarının seçkiləri hazırlanmamış və keçirilməmişdirsə, onlar MSK-nın taleyini necə həll edə bilərlər?
Görəsən, AXCP dövlət çevirilişi və ya hərbi çevrilişlə, hakimiyyəti zəbt edib, deputat seçkilərini saxtalaşdırıb MM-də çoxluğu əldə etsəydi bu qanun normalarına, bu Seçki Məcəlləsinə “ləbbbey“ deyən 1 nəfər YAP-çı tapılardımı? Namusu,sağlam məntiqi , ağlı olan, qərəzli,hiyləgər, tamahkar, vəzifə, mal-dövlət düşkünü olmayan kim bu Seçki Məcəlləsinə səs verər??? Hansı ağıllı adam bu Seçki Məcəlləsi, bu MSK ilə seçkiyə gedər?
Deyirlər ki, hansısa Venetsiya və ya Avropa komissiyası bu Seçki Məcəlləsinə müsbət rəy verib? O rəydən mənə nə? O rəyin mənim müsəlman xalqıma nə? Və bu Seçki Məcəlləsindən o Venetsiyalıya nə??? Onun nə vecinədir ki, burada bir müsəlman o biri müsəlmanın başını necə kəsir? Təki kəssin!!! Onlar vax tilə Səddamın, Qəddafinin,Hüsnü Mübarəkin,Bin Əlinin də qanunlarına, seçkilərinə müsbət rəy vermişdilər, əvəzində canlarını aldılar və üstəlik də müsəlman xalqlarının milli sərvətləri talan edildi…
Deməli bu MSK və SK-lar nədirsə;
- Onlar Parlament seçkilərindən qabaq təşkil edilir.
- Onların təşkili zamanı “MM-dəki çoxluq, azlıq,”müstəqillər” anlayışlarından istifadə edə bilməz. Çünki hələ Milli Məclis yoxdur.
- Onların təşkili partiyalılıq prinsipinə tabe edilə bilməz, bu obyektiv olaraq mümkün deyil.
- Onlar tam tərəfsiz fiziki və ya hüquqi şəxslərdən təşkil edilməli (Azərbaycanda tərəfsiz və qərəzsiz adam tapsaz), ya da seçkilərin təşkili və ya keçirilməsi müqavilə əsasında daxili və xarici təşkilatlara tapşırılmalıdır.
- Hər yeni seçkidə iştirak edən şəxslərin, partiya və qrupların nümayəndələrindən paritet əsaslarla təşkil edilməlidirlər. Bunları başa düşmək üçün isə alim olmağa ehtiyac yoxdur.
Demək., hamı başa düşür. Rejim nümayəndələridə, müxalifət də, elə xalq da. Hamı bilir ki, sağlam insan məntiqindən kənar formalarda təşkil edilən MSK və.s. SK-lar yalnız diktatura yaratmağa., qanunsuz olaraq 1 dəfə zəbt edilmiş hakimiyyəti uzun müddət-NATO-nun bombaları dəniz kənarı bulvara və İlham Əliyevin evinə düşənədək saxlamağa xidmət edir.
Hamı başa düşür və çoxluq susur. Çünki millətin çirklənmə dərəcəsi 90%-i aşıb. Yoxsa bunca rəzalətə dözmək mümükün deyil. Azərbaycan xalqını kimlərin idarə etdiyini, necə idarə etdiyini bütün dünya bilir! Xalq özü bilmirsə, çirklənib demək. Bu mənəvi çirkab isə asanlıqla təmizlənən deyil. Ermənini nə qədər pisləsək də, o bizim qədər alçalmayıb, çirklənməyib. Bİz ondan da murdar, rəzil gündəyik. Çünki gözümüz görə-görə, ağlımız kəsə-kəsə Ana vətəni bir ovuc cinayətkarın zorlamasına buraxmışıq.
Bunun bir adı var: Xoşqeyrətlilik….
Sən də mi beləsən, mister azərbycanlı oxucu qardaş???
Bakı Apelyasiya Məhkəməsinin zalından.
P.S.
Fəzail Ağamalıyevin son bəyənatı-Ana Vətən Partiyası İlham Əliyevi dəstəkləmək barədə vediyi qərar MM-də olan “müstəqillər” in və azlıq təşkil edənlərin necə müstəqil və azlıq təşkil dən partiyalar olduğunu sübut etdi.
07.08.2013
İmza: Qurban Məmmədov