Tanınmış hüquqşünas, hal-hazırda həbsdə olan Qurban Məmmədova ağır itki üz verib. Q.Məmmədovun qaynanası Süsənbər xanım uzun sürən onkoloji xəstəlikdən sonra bu gün vəfat edib.
Q.Məmmədovun Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Namizəd Səfərovun verdiyi məlumata görə, oğul övladı olmayan və son günlərini yaşadığını başa düşən Süsənbər xanım Qurban bəyin çiyinlərində son mənzilə köçmək arzusunda olub : “Amma bu ona nəsib olmadı”.