Əlaqə vasitələri

“Qurban bəyə fürsət yaratdılar ki…”

Əli Kərimli: “Rejim cəmiyyətdə qorxunu bərpa etmək üçün ən cəsarətlilərin üzərinə gedir”

AXCP sədri Əli Kərimli hüquqşünas Qurban Məmmədovun həbsinə özünün Facebook səhifəsində münasibət bildirib. AXCP sədri yazır:

“Qurban Məmmədov yalnız prinsipial və peşəkar vəkil deyil, həm də rejimin ən cəsarətli tənqidçilərindən və demokratik dəyişikliklər uğrunda xalq hərəkatının təşəbbüskarlarından biridir. Qurban bəy hər fürsətdə rejimi ifşa edirdi, xalqı mübarizəyə səsləyirdi. Rejim onu siyasi mövqeyinə və fəaliyyətinə görə həbs etdirib. Qurban Məmmədov siyasi məhbusdur. Xalqın fəallaşmasının və müxalifətin birləşməsinin hakimiyyəti narahat etdiyi son zamanlar daha aydın hiss olunur. Rejim cəmiyyətdə qorxunu bərpa etmək üçün ən cəsarətlilərin üzərinə gedir. Amma onu nəzərə almır ki, cəsarətli ictimai-siyasi xadimlər də həbs, döyülmək, hədə, böhtan, şantaj qarşısında geri çəkilməməklə cəmiyyət üçün qorxmazlıq örnəkləri yaradırlar,  simvola çevrilirlər. Hələ bir görün, Qurban bəy həbs olunacağını bildikdən sonra öz facebook səhifəsində nə yazıb.

Gurban Mammadov: “Rejim mənim həbsimə sanksiya verib. Uydurma şahidlərlə məni həbs etmək istəyirlər. Mübarizəmin həbs mərhələsi başlaya bilər. Hamı bilsin ki, bu cinayətkar rejimə qarşı mübarizədən döndü yoxdur. Biz Kərbalada şəhid olan Həzrəti Hüseyndən və onun körpə övladlarından dərs almışıq. İndidən hamı bilsin: məni öldürsələr belə, cənazəmə toplaşan adamlar bu birlikdən rejimə qarşı istifadə etsinlər, tabutlar önəmli deyil. “Mübarizə bu gün də var, yarın da. Biz də onun ən ön sıralarında”.

Qurban bəyin bu sözlərini oxuyanda fikirləşdim ki, hökumət daha bir səhv etdi. Qurban bəyə fürsət yaratdılar ki, “şərin repressiyası qarşısında sonadək necə məğrur dayanmalı?” mövzusunda 10 minlərlə insana praktik təlim keçsin. Artıq nə həbslər, nə də fiziki vəhşiliklər bu milləti durdura bilər. Bu millət azad olmaq, insan kimi ləyaqətlə yaşamaq istəyir”.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir