Əlaqə vasitələri

Qurban Məmmədovun əsas şahidlə söhbətinin mətni…

– Alo…
Q.M.:: Alo
– Bəli
Q.M.: Qardaş axşamınız xeyir olsun!
– Salam elekkim
Q.M.:: Qurban Məmmədovdur narahat edən, o hadisə ilə bağlı…
– Nə ilə?..
Q.M.:: O hadisə ilə bağlı, o vaxt ki, klinakının qarşısında hadisə oldu, Sentyabr ayında, necəsiniz, nə var nə yox?
– Sağ olun, var olun Qurban müəllim.
Q.M.:: Qardaş, sizin o vaxt qabaq “krılo” əzilmişdi, yoxsa qapı da əzilmişdi?…
– Kimin?
Q.M.:: Sizin maşının, dediniz 200 manat ziyan dəyibdir..O sağ “krılo” əzilmişdi, yoxsa qapı da əzilmişdi?
– Yox, “krılo” idi…”krılo”.
Q.M.:: “Krılo”?… qadan alım, o hadisə dəqiq necə oldu? – bu kö*******u hərdən bir ifadə verir! Gah, o əvvəl ifadə verdi ki, guya, siz onu vurub qaçmısınız, sonra dedim, a bala, adam balası ol! – düz danışmaq lazımdır! O hadisə necə olubdur, iki maşının arasında qalmısan, insan kimi denən! – “yox ee, o qaçıb, tapa bilməyəcəklər..” – dedim, yox! Axırda başladı ifadələrini dəyişdirməyə, indi mən, sabah prokurorla görüşməliyəm, Nəsiminin prokuroruyla…
– Aha…
Q.M.:: Ətraflı yazmışam, bunlar neçə vaxtdır axtarırlar, açığı mən sizi əvvəldən demədim, bunu görək, özləri həll edərlər ya eləməzlər.. O adama mən 4200 manat xərc çəkdim, müalicəsinə zadına.. Dedim ay qardaş, burada bunun şikayəti yox, bir şey yox! O 20-ci bölmənin rəisi o vaxt çağırdı, məndən xahiş etdi ki, daha ikinci maşını tapmaq çətindir, nə bilim nədir… Bizə kömək elə…
– Aha…
Q.M.:: Dedim əşi, siz də yazın ki, yıxılıb qalıb mənim maşınım altında! Problem yoxdur ki, mən qol çəkim, olsun.
– Aha..
Q.M.:: Onu o vaxt eləmədilər, bilmədim nə niyyətləri oldu.
– Hə…
Q.M.:: Çox gümanki, indi sabah mən məcburam da, bunlara deyim ki, ay qardaş, bu adamdır, budur, buyurun dəvət edin, izahatını versin ki, hadisə necə olubdur. Onun günahı yoxdur, mən yazmışam özü də ərizəmdə, biləsiniz, birdən sizi aldadarlar ki, guya mən deyirəm günah sizdədir, mən ərizədə açıq yazmışam ki, arxadan gələn maşının heç günahı yoxdur, o adam sürdü, görüb ki, mən maşını dala verirəm, saxlayıbdı, sadəcə bu bələdçinin, narkoman gədənin tapşırığı ilə, komandası ilə mən dala vermişəm, hadisə belənçi olubdur.
– Aha..
Q.M.:: Gedib qalıb iki maşının arasında, ayağı sınıbdır. İndi o maşının nə günahı var ki?! O gəlib durubdur. Əslinə baxsan, bütün günah ya məndədir, ya da bu bələdçidə!
– Aha..
Q.M.:: Bunu mən belə yazmışam mən prokurora! Sabah görüşəcəyəm o Nəsiminin prokuroruyla, Salman Məmmədli var orada, məni sabaha dəvət ediblər.
– Bəli.
Q.M.:: Xahiş edirəm, çağırsalar… Sizin adınız necə oldu?
– Yəni, müəllim, mən..o maşın “uje”.. o maşın çıxıb gedib.. o maşın burada yoxdur! Mən maşını “uje” təhvil vermişəm. Onunla “uje” işləmirəm.. Mən neyləməliyəm ki..
Q.M.:: Yox, heç bir şey.. Sizdən bir dənə xahişim odur ki..
– Burada mənlik nə var ki.. Mənlik…
Q.M.:: Üzr istəyirəm..
– Onlarla özünüz həll eliyin..o məsələni.. Maşın dayanıbdı, o da dala verəndə, siz “pavorot” veribsiniz, o da şeyləyib də..
Q.M.:: Qardaş, mənim sizdən bir dənə xahişim var da… Deməli siz, əməlinizdə heç bir təqsir zad yoxdur sizdə. Bunu siz də bilirsiniz, mən də bilirəm, düzdürmü?!
– Başa düşdüm müəllim.
Q.M.:: Siz dönəndə görmüsünüz ki, mən maşını dala verirəm, saxlamısınız, gəlib sıxılıbdı iki maşının arasında bunun qıçı sınıb. Burada da, günah səndə deyil! Sadəcə olaraq, o hadisənin necə baş verməsi ilə bağlı, mən sizdən xahiş edirəm, gəlib düzgün izahat verəsiniz, niyə? – Bu adam, bu narkoman, indi mənim üzümə yalandan dirənir ki, guya orada ikinci maşın zad olub – eləməyib, mən maşını dala verəndə, bu qalıb mənim maşınımın altında.
– Aha..
Q.M.:: Deyirəm axı, başıxarab! – Sən mənim maşınımın altında qalsaydın..
– Aha..
Q.M.:: Mən dala verib, sonra qabağa verdim da maşını, onda, mən sənin üstündən iki dəfə keçməli idim ki, o tərəf, bu tərəfə.. bir də ki, sənin ayağın əgər mənim maşınım altında idisə, başın qalardı gərək o birisi maşının altında.. Nə yalan danışırsan?! Bax belə bir situasiya var.. Ona görə sizi narahat elədim.
– Hə…İndi mən, müəllim, valla buralarda yoxam, pis yerdəyəm, şeyləsələr..görək da, nətərdi vəziyyət..Mən orda “uje” işləmirəm, o maşın da yoxdur burda, o maşın…
Q.M.:: Yox, maşının olması vacib deyil. Qardaş, adınız nə oldu sizin?
– “Spisat” olunubdu.. “spisat” deyəndə, o “uje” təhvil verilibdi, yəni mən artıq başqa maşınla işləyirəm..
Q.M.:: Bizə maşının özü lazım deyil əslində.. Bizə, sizin hadisə barədə ifadəniz lazımdır ki, dəqiq..
– Başa düşdüm..
Q.M.:: Oldu..
– Qurban müəllim, siz özünüz bilirsiniz ki, get – gəl, o yan, bu yan, onlar adamdan yapışdılar əl çəkən deyillər ki..
Q.M.:: Yox! – siz o şeydən narahat olmayın. Mən, bax deyirəm sizə, yazmışam ərizəmdə də..
– Görürsən ki, o sizdən əl çəkmir, indi də, məni də aparıb orada.. 50 dənə söz deyəcəklər, 50 dənə söz…
Q.M.:: Sizlik nə var ki orada?! – Mən sizə indidən deyirəm, bax, yazmışam mən, sizin heç bir günahınız yoxdur orada!
– Başa düşdüm..
Q.M.:: Siz dediz ki, mən döndüm, saxladım..
– Müəllim, indi siz deyirsiniz, axı onlar onu elə demirlər ki..
Q.M.:: (Gülərək) Düzdür… o da var..
– Fırladıb, adam axtarır da…
Q.M.:: Arxayın olun, siz narahat olmayın.. Onların məqsədi,
– Narahat olmayın deyəndə.. “uje” bir ildir üzərindən keçib.. o maşın da təhvil verilibdi, indi dayanmışıq, dala veribsiz, arasında qalıb! – o maşını da təhvil vermişəm, mən heç orada işləmirəm də..yəni belə bir şey..
Q.M.:: Mən sizi başa düşürəm! Siz, deyirəm, narahat olmayın! Bunların məqsədi məni ilişdirməkdir, sizi yox (gülür)..
– Həə, bildim, yox, bilirəm ee.. özüdə orada mənlik nə var idiki, maşın dayanıbdır, arada qalıb “VER! VER! VER! GERI VER!”.. nə var ki, burada..?
Q.M.:: Bilirsiniz nə təhərdi, bu adam, elə bil, siz verəndə, O… gedibdi 20-ci Polis Bölməsinə əvvəl deyibdi, anasının vasitəsi ilə ki, o birisi maşınla, bunun arasında qaldım, ayağım sındı.. İndi, bunlar məni şərləmək üçün, dirəşib, yalandan mənim üzümə durur ki, xeyr, orada maşın zad olmayıbdır, sən sürmüsən, çıxmısan mənim üstümə! Deyirəm a bala, mən sənin üstünə çıxmaq üçün, gərək mən barmağını əzəm, pəncəni əzəm, sonra belə ola..
– İndi orda da başlayacaqlar.. müəllimi də orada.. O da gəlir.. O da hallanır.. O da belə şeyləyir..
Q.M.:: Kimdir ki? Kimin maşını idi sürürdünüz?..
– Axı nə fərqi var ki.. maşındı da..
Q.M.:: Aydındır..aydındır qardaş. Hər halda mənim sizdən bir dənə xahişim odur ki, sizi yəqin ki, çağıracaqlar da, müəyyənləşdirəcəklər, neçə vaxtdır mən şeyləmirdim.. çağıranda hadisə necə olubdur, deyin qardaş, necə olub, elə deyin! Orada sizə qarşı heç bir şey yoxdur, birdən sizi aldadarlar ki, guya mən deyirəm günah sizdədir, qətiyyən, indidən sizə deyirəm mən, ərizədə mən rəsmi yazmışam ki, o biri maşının heç bir günahı yoxdur, hüquqşünasam mən, bunu dəqiq bilirəm, gunah o bələdçidədir ki, mənə səhv komanda verib, deməyib ki, arxadan maşın gəlir – saxla!
– Bəli, maşın dayanıbdır, indi mən nə bilim..
Q.M.:: Bəli!
– Arasında qalıb.
Q.M.:: Oldu, qadan alım, təşəkkürlər! Öpürəm sizi, çox sağ olun!
– Sağ olun.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir