Başqalarına da ibrət olsun deyə, oğlumu əsgərliyə necə göndərməyimin tarixçəsini siz dəyərli həmvətənlərimə, xüsusilə də, gənclərə və analara danışmaq istəyirəm.
Anası (ağsaqqallardan üzr istəyirəm) tez-tez soruşurdu: “uşağı hara saldıracaqsan?”. Mən də cavabında : “mən uşaqsaldırma idarəsində işləmirəm, hara düşsə orda da xidmət edəcək”–deyə, yola verirdim.
Oğlum isə, bu barədə mənimlə bir başa danışmaqdan çəkinirdi. Mövqeyimi, xasiyyətimi bilirdi.
Bir gün gəldi ki: “ata, məhlə uşaqları soruşurlar ki, atan səni hara saldırıb, cavab verə bilmirəm”.
Gördüm mənim də oğlum, bir çoxları kimi, namussuz bir yolla xidmət etməyə yönəlir.
Bir yandan “ana məhəbbəti”, bir yandan pozulmuş ictimai əxlaq övladımı istədiyim kimi böyütməyə imkan vermir.
Dedim: “Oğlum, zamanı gələndə saldıracağam, atan ölməyib ki”.
Üç gün qalırdı yola düşməyinə. Rayonumuzun hərbi komissarı dostum idi. Hara desəm, ora da düşməyinə kömək edə bilərdi. Başqa imkanlarım da var idi. Komissardan soruşdum: “Hara göndərirsiniz uşaqları?”. Dedi: “Ya Beyləqan, ya Tərtər, ya da Şəmkirə gedəcəklər.”
Həmin gün həyat yoldaşıma: “Danışmışam, iki min dollar da verib əla yerə saldırmışam. Oğlumuz ya Beyləqan, ya Tərtər, ya da Şəmkirə gedəcək”–deyə, onu muştuluqladım.
Anasının uçmağa qanadı olmadı o gün. Axı onun əri, oğlunun atası kişi kimi hərəkət etmişdi. Oğluna sahib çıxıb onu istədiyi rahat bir yerə saldırmışdı.
Oğlumun yola düşməyinə bir gün qalmış, komissar dostumdan sabah gedən uşaqların hara düşəcəyini soruşdum. Dedi ki, Şəmkirə gedəcəklər. Mən də öz növbəmdə, ərinin kişiləşməyindən fərəh hissi keçirən həyatımın bu xoşbəxt qadınına xəbər apardım: “Tərtər və Beyləqan çox isti olur. Oğlumuz əziyyət çəkməsin deyə, 500 dollar da verib Şəmkirə saldırdım”.
O gün uşaqların anasının mənə göstərdiyi diqqət və qayğını 30 illik ailə həyatımızda görməmişdim. Ürəyimdə dedim, kaş 30 oğlum olaydı, onları əsgər göndərəndən göndərənə beləcə kef çəkərdim bütün həyatım boyu.
Biləcəridə yola salma mərasiminə ailəlikcə getdik. Uşaqları aparmağa gələn əsgəri kənara çəkib soruşdum ki, Şəmkirdə hara düşəcək oğlum? Dedi: “Əmi, Şəmkirdə qalmayacaqlar, Tovuza, Əlibəyliyə gedəcəklər oradan”.
Mənim əsgərlə söhbətimi məşhur Gebbelsin əməkdaşları kimi altdan-altdan izləyən həyat yoldaşım, əsgərdən ayrılcaq, nəfəsimi dərməmiş, qırğı kimi başımın üstünü aldı. Gözlərindən axan qayğıkeşliklə dolu suallar və ana məsuliyyəti məndən nəsə eşitmək istəyirdi.
Mən də: “Şəmkirdə su yox, göl yox, çay yox, meyvə yox, üzüm yox, xurma yox. İlan mələyir, qorxulu yerdir. Oğlumuzun gələcəyindən narahatam, ona görə də, 200 dollar da verib uşağı saldırdım Tovuza. Tovuz çox səfalıdır, yaşıllıq zonasıdır, oğlumuzun yanına gedəndə ailəlikcə gedib həm də dincələrik”–deyə, onun gözündə öz əzəmətli kişi heykəlimi bir qədər də ucaltdım.
O anda bu əzabkeş qadının mənə zillənən, sevinc yaşları ilə allanan baxışlarını ömrüm boyu unutmaram.
5 avqust 2007-ci il.
Oğlumuzun andiçmə mərasiminə getmək istəmirdim. Çünki mən 1978-1980-ci illərdə Sovet Ordusunda andiçmə mərasimində iştirak edəndə ailəmdən 3000 km aralıda idim. Valideynlərim harada olduğumu, nə etdiyimi bilmirdilər. Yüz minlərlə həmvətənim kimi, İki il ev üzü, ata-ana üzü görmədim,
Ancaq yaxşı ki, getdim oğlumun andiçməsinə. Əlibəyli çölündə daşdan, çınqıldan çox maşın var idi. Çoxu da Bakı nömrəsi ilə.
Mərasim bitdi. Gördüm oğlum bizimlə gedən əmisi oğlunu (əmoğlusu mayor Məmmədov Rasim Əbdül oğlu Azərbaycan ordusunda taqım komandiri idi) kənara çəkib nəsə pıçıldaşırlar, qızğın müzakirə gedir. Rasimi yanıma çağırıb soruşdum: “nə danışırsınız, nə olub?”. Dedi : “əmi, niyyətini yaxşı bilirəm, sən artıq istədiyinə çatmısan, Elnur lazım olan sınaqdan çıxb, burada mənim yaxın dostlarım var, icazə ver danışım, onu saldırım ştaba, orada qulluq etsin, yoxsa səngərə aparacaqlar.”.
Hitler kimi gözlərimi bərəldib dedim: “Get işinlə məşğul ol, mən ona-buna iş düzəldəndə sən anadan olmamışdın. Atası ölməyib ki, briqada komandiri mənim uşaqlıq dostumdur (komandirin kim oluğunu indi də bilmirəm), özüm danışacağam.” Əslində briqada komandiri Rasimin tələbə yoldaşı idi, o bu sözləri kimə eşitdirdiyimi bilirdi deyə, sakitcə qımışıb kənara çəkildi.
Əsgər anası həyacan və intizar dolu baxışlarla kənardan yenə də bizi izləyirdi. Onu sevindirəcək, əri haqqında olan kişilik təsəvvürlərini gücləndirəcək cavab gözləyirdi. Mən də cavab verməyə, onun ümidlərini doğrultmağa məhkum idim.
Sifətimə işgüzar, qayğılı görüntü verib, sürətli addımlarla girdim ştaba. Növbətçi əsgərdən saatı soruşdum, kefiylə maraqlandım. Yanımızdan keçən bir zabitdən haralı olduğunu soruşdum. Divardakı lövhələrə baxdım və beş dəqiqədən sonra, Parisə at üstündə qalib kimi dönən Napoleon ədası ilə yoldaşıma yaxınlaşdım: “Şükr, hər şey qaydasına düşdü, 200 dollar da verib uşağı ən yaxşı yerə saldırdım, indi tam rahat ola bilərik.”
Təbii ki, həmin anda ömür-gün yoldaşımın mənə zillənmiş məhəbbətli, sevgi dolu, qayğıkeş baxışlarını sizə təsvir etməyə sözün gücü yetməz. Axı, bütün ömrü boyu bir dəfə də rüşvət verməyən və belələrinə də nifrət edən əri 3000 dollar rüşvət vermişdi oğlunu yaxşı yerə saldırmağa.
Bu prosesdə, sözün düzü, hərdən qəribə hisslər keçirirdim. Sanki, bu uşağın mənimlə heç bir bioloji əlaqəsi yoxdur, atası mən deyiləm, nədənsə, anası onu düşünür, mənsə özümü “düşünürmüş” kimi aparmağa məcburam.
Təəssüf ki, bütün Azərbaycan analarında olan nöqsandır bu: uşağı sanki atalarından çox istəyir və bu istəklərini də qabarıq formada gözə soxmağa çalışmaqla övladlarının tərbiyəsinə ziyan vururlar..
Altı ay keçdi.
Zaman yaraları sağaldır. Qəlblərin ən yaxşı məlhəmi də zamandır. Dərdləri unutduran da odur. Sevgini isə yox. Bu müddətdə xanımımın mənə olan məhəbbəti, etdiyim bu qəhrəmanlıqdan dolayı, təsvir edilməz dərəcədə artmışdı. Altı aylıq cənnət ezamiyyətində oldum sanki.
Bütün ailə üzvlərimi: 4 nəvəmi, kürəkənimi də götürüb, bacım oğlunun “CİP”i ilə əsgər balamın yanına yola düşdük.
5 vedrə bozartma mal əti, 300 manatlıq dərman və sair götürmüşdüm özümlə.
Çatdıq Əlibəyliyə. Axtarmağa başladıq oğlumuzu. Əvvəl öyrəndim ki, “Fındıqlı postu”ndadır. Ora yaxınlaşanda dedilər ki, daha da irəli – dağın zirvəsinə “Sulu postu”na göndəriblər.
“Post” adını eşitdiyi andan yoldaşımın Bakıdan çıxanda sahib olduğu gül çöhrəsi avazımağa başlamışdı.
Mənsə qürurla addımlayırdım, Avropanı lərzəyə salan Atilla kimi.
Deyilən dağın ətəyindən xəbər göndərdik. Cavab gəldi ki, yarım saatdan sonra Elnur aşağı yenəcək, dağın döşünə, biz də ora qalxaq. Bacım oğluna məxsus “CİP”i dağla qucaqlaşmağa məcbur etdim. Dırmaş ki, dırmaşasan.
6 aylıq həsrətə son qoyuldu. Əlləri cadar-cadar, hisli-paslı, yerişi isə qalib sərkərdə yerişi olan oğlumuz bizə… anasına yaxınlaşdı. O anda mənim həyacanımı ölçə biləcək bir cihazın yoxluğuna tam əminəm. Səbəbi yəqin sizə də aydındır.
Mən maşını saxlamağa yer axtarırdım ki, oğlum: “ata, ay ata, çox kənarlara çıxma, minalıdır”— deyə, uyardı. Mən tez anasının diqqətini yayındırmaq üçün: ”Mina xalan da yaxşıdır, oğlum, salamı var”—deyə, söhbəti azdırmağa çalışdım Xoşbəxtlikdən qonşumuzdakı dükanda işləyən satıcılardan birinin adı Mina idi. Adına qurban olum, ay qonşu, özün olmasan da adın kara gəldi yenə.!
Maşını təzəcə söndürüb düşmək istəyirdim ki, zabit geyimli bir nəfərin çığıra-çığıra, əl-qol hərəkətləri edə-edə bizə tərəf qaçdığını gördüm. Yazığın az qala dili ağzından çıxmışdı.
“Əmi, qurban olum, yerinizdən tərpənməyin, burda hər yer minalıdır. Elnur, sən nə ağılla camaatı bura gətirmisən?”—deyə, oğluma təpindi. Baş verənlərdən heç nə anlamayan həyat yoldaşım yavaş-yavaş, Napoleona oxşayan ərinin heç Keçəl Həmzə də olmadığı haqqında şübhələrə düşməyə başlamışdı, ancaq hələ büruzə vermir, dinmir, danışmırdı. Baş verənləri heç bir mənası olmayan baxışları ilə çarəsiz-çarəsiz süzürdü.
Hamı yerində donub qaldı. Gələndə maşının saldığı təkər izləri ilə addımlaya–addımlaya uşaqlar 100-150 metr aşağı düşdülər. Mən də komandirin işarələrinə uyğun olaraq maşını asta-asta arxaya verib minalanmış sahədən uzaqlaşdım.
O anda keçirdiyim hissləri təsvir etməyə söz acizdir. Sanki yenidən doğulmuşdum bu həyata.
Qorxu və həyacan tərimi qurulayıb, kababları kürəkənimin qaladığı ocağa döşəməyə başladım. Ancaq, bir gözüm onda idi: Napoleon və Keçəl Həmzə arasında seçim etməkdə zorlanan o cəfakeş qadında.
Sürəkli atəşlərin nə vaxt açılacağı düşüncəsi məni həyacanlandırır, bir azərbaycanlı kişisi kimi əsməcəyə salırdı. Əllərim titrədiyindən, kababları çevirəndə bir neçə dəfə barmaqalrımı da az qala yandırmışıdm.
Yaxşıca yeyib, çay içəndən sonra oğlum həmişəki ədəbiylə, çəkinə-çəkinə: “Ata, bir şey soruşa bilərəmmi?”- deyə, gözümün düz içinə baxdı. “Soruş oğlum ürəyin nə istəyir, ata elə soruşmaq üçündür bala.”–deyə, qürurlu görkəm aldım.
“Məni bura saldırmaq üçün nə qədər almışdılar səndən?”
“3000 dollar. Nə olub ki, nəyinə lazımdır bu sənin?”
Cavaba sual əlavə etməklə səhv buraxdığımı anlamışdım. Ancaq artıq gec idi, ox yayından çıxmışdı.
“Heç, yerim yaxşıdır. O alçaqlar səni aldadıblar, ata. O üç mini verməsəydin, məgər məni dığaların arxasına, Xankəndinə atacaqdılar? Qayıdanda get pulunu al. Evə gələndə verərsən özüm xərcləyərəm. Ermənilərlə aramızda söyüş eşidiləsi qədər bir məsafə var. Hər gün atışırıq.”
Mən keçirdiyim sevinc və qürur hissindən kar olmuşdum elə bil. Onun dodaqlarının tərpəndiyini görsəm də , fəxrlə hərbi xidməti barədə dediklərini anlamırdım, keyimişdim sanki.
“O”nun da keyidiyini hiss edirdim. Mənə artıq Atilla, Napoleon kimi baxmayan gözlərində, baxışlarında bir qeyri-müəyyənlik, təəccüb, qorxu qarışıq həyacan hiss edirdim. Dinib danışmırdı. Şokdaydı. Əsl “şok, şok, şok” manşeti ola biləcək görkəmi var idi.
Ancaq oğlum, deyəsən, hər şeyi anlamışdı, sadəcə olaraq, anasının yanında məni qırmaq istəmir, həyatımı təhlükəyə atmaq, bundan sonrakı ömrümü zəhrimara döndərmək istəmirdi.
Dedim: “Oğlum, kişi kimi cavab ver, düzmü etmişəm, səhvmi?”
“Ata, qadan alım, əlbəttə düz etmisən. Bilirsən nə qədər şey öyrənmişəm. Əbdül əmimin intiqamını çoxdan almışam, ata.”
Əmisi Əbdül Məmmədov Sədərək döyüşlərində onurğasından yaralanaraq birinci qrup əlil olub, 23 ildir əl arabasında yaşayır.
O fərəhlə danışırdı: ” İki gündən bir PŞK ilə erməni kəndlərini gülləbaran edirəm. Hər atışmadan sonrakı gün qəbirstanlıqlarına gedən adamları görəndə, bilirik ki, gəbəriblər. ”
O, xidmətindən ağız dolusu danışdıqca, oğlumun gözlərim önündə necə böyüdüyünü, əsl kişi olduğunu görürdüm.
Bastiliyanın fəthindən qayıtdıqdan sonra həyat yoldaşımın, əksər Azərbaycan qadınları kimi, mənim başıma gətirdiyi müsibətləri təsəvvür etdiyinizə görə, bu barədə uzun-uzadı yazıb qiymətli vaxtınızı almayacağam. Burnuma qoyulan duzlu su hələ də göynədir.
Ancaq onu da xatırladım ki, həmin il məni, oğlumu “saldırmadığıma” görə, qınayan bir prokuror dostum tək övladını Bakı şəhərinə saldırmışdı. Evlərinin düz yanına. Adı xidmətdə gedir, özü isə hər gün evlərində olurdu. Növbəti belə gəlişlərinin birində məhləmizdə maşın vurub öldürdü. Xidməti yarımçıq qaldı, ömrü kimi.
Dostum da sonsuz qaldı, borcunu düzgün anlamayan vətəndaş kimi.
Heç kim unutmasın ki, taleyi yazan ALLAH(c.c)dır. Azərbaycanın hər yeri VƏTƏNdir.
Düşmən gələndə, kimin varlı, kimin kasıb, kimin vəzifəli, kimin vəzifəsiz olduğuna baxmayacaq.
Azərbaycan analarına isə, xüsusilə demək istəyirəm: uşaqlarınızı əsl hərbi xidmətdən yayındırıb, onları qız kimi böyütməklə, öz şəxsi həyatınızı təhlükəyə atırsınız.
Erməni əsirliyinə düşüb namusunuzu itirməkdəndirsə, övladınızı itirsəz, şəhid versəz daha yaxşıdır.
Ancaq unutmayın: hər şey ALLAH(c.c)ın hökmüylə baş verir. Rejimin yaratdığı mənəviyyatsızlığa uymayın, bu çirkaba bulaşmayın, bu bataqlığa batmayın.
Vətən: namussuzların, rüşvətxor və korrupsionerlərin yox, bizimdir, Xalqındır. Biz övladlarımızı kişi kimi, döyüşçü ruhunda böyütməliyik.
Təkrar edirəm: taleyi yazan ALLAH(c.c)dır.
Mənim dostum sonsuz qaldı.
Hər dəfə məni görəndə : “kaş mən də sənin kimi uşağı uzağa göndərərdim, anası məni məcbur etdi” — deyir.
Uşaqlarının faciəli, ucuz, urvatsız ölümündən sonra dostumun ailəsi dağıldı, boşandılar.
Özü evlənib bu yaxınlarda. Keçmiş xanımının isə başına hava gəldi.
Eşitdiyimə görə, hava şəraitindən asılı olmayaraq, yayın istisində, qışın şaxtasında, yağışlı, çiskinli, dumanlı, çənli havada, hər gün oğlunun qəbri üstündə gecələyir.
Bəzi vaxtlarda gecələr qəbirstanlıq tərəfdən qurd ulartısına bənzər səslər eşidilir…
P.S. Qardaşım oğlu mayor Məmmədov Rasim Əbdül oğlu 2016-cı ilin 5 aprelində Füzuli cəbhəsi istiqamətində Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.
Allah hemişe yardımcınız olsun.
Salam. Yazmısınız. Əlləriniz var olsun. Söylədikləriniz doğrudur. Lakin sizin oğlunuz vətənə deyil hakimiyyətə xidmət edir. Vətən deyə bir şey yoxdur. 1-ci Qarabağ müharibəsini ruslara və dünyaya satdılar. Satan adamların hamısı ən yuxarı postlarda yerlərini tutublar. Nə tez unutduz öldürülən və həbs edilən AMON-çuları. Anlayın artıq bu siyasi oyunlardı. Mən oğlumu sibirə yollayaram amma azərbaycanda hakimiyyətin qulu olmasına razı olmaram. Hər gün əsgər ölümünü eşidirik. Niyə ? Kimə görə? Əsgər yoldaşı, komandiri öldürsün deyəmi? Yoxsa cəbhə xəttində necə dayanacağını öyrətməyən məsul hərbiçilərə görə? Kişilik məktəbini q****əxanaya, şəxsi maraqların müdafiə olunduğu yerə çeviriblər. Anlayın ki hər bir əsgər və hərbiçi bir-başa olaraq hakimiyyətə tabedir. Sabah biri gün ölkədə xalq ayağa qalxsa hakimiyyət birinci onlardan istifadə edəcək. Sizin fəxr etdiyiniz oğlunuz xalqına qıyacaq. Bu hamısı siyasi oyunlardı. Dünyanın tüpürdüyüm “nizamının” bir hissəsidi bunlar.
Sizin narahatçılığınızı bölüşürəm. Ancaq bu heç də əsas vermir ki, biz Vətənimizi qorumayaq, övladlarımızı kişi kimi tərbiyə etməyək. Bəli, dediyiniz nöqsanlar var. Ancaq Vətəndə eyib var deyə, onu atmazlar ki.
Təşəkkürlər, çox sağ olun!
Mənim oğlumun əsgər həyatına çox ciddi marağı və həvəsi vardı.Arzusu Murovda xidmət etmək idi.Təbbi ki bu vətənpərvərliyində mənim də “günahım” vardı. Universiteti bitirdi, üç tələbə yoldaşı ilə TTM -də leytenant oxudu.Getdilər: Mənimki Murovun təpəsində, digər yoldaşları isə Gədəbəydə xidmət etdilər.Postda taqım komandiri kimi.Heç biri qaıb işləmək istəmədi. orda gördükləri onları dəhşətə gətirdi.Zabitlər var ki 4-5 ildir ki, postlarda çıraq işığında yatır.Böyrəkləri nəm yerdə taxta üstündə yatmaqdan çürümə vəziyyətindədir.Amma zabitər də var ki. 10 ildir ki post üzü tanımır, aşağıda qərargahlarda gün keçirir və postadıkından da yaxşı məvacib alır,məzunuyyəti də ki yerində. İndi Zakir Həsənov gələndən oralarda vəziyyət necədir bilmirəm.Amma zabit yaxınlarım var ki, deyirlər ki, MN -i olub bardak. Kim harada xidmət etmək istəyir puluna minnət, ver istədiyin yerdə xidmət elə.Bəlkə də maraqlanan olsa müəyyən edə bilər nə qədər zabit, gizir, MAXE son bir ildə yerini dəyişib.
nə qədər ibratəmiz
Hörmatli REDKTOR!
Xahiş ediram düzaliş edasiniz Albania yox ALMANIYA sözüyla avaz edasiniz. Minnatdaram! yeni iliniz mübarak olsun.
Əsl vətəndaş mövqeyidir
Əslində yüksək vəzifə sahiblərinin əqidə və düşüncə tərzləri belə olmalıdr ki, sıravi vətəndaşlar onlardan nümunə götürsünlər.
Elman bey,çox tessüf ki,sizin dediyiniz heqiqetin tersi azerbaycanda baş verir.
Veteni qorumaq her kesin ishi deyil. Merd ve vetenperver ogullara halaldir.ki dushmenle uz be uz dayaniblar. Bezi muxalif shexsler aglina geleni danishir . Cunki ozleri ugursuzdular ve bu ugursuzluqlarinida dovlete olan nifretle ifade edirler. En normal cemiyyetde biz yashayiriq . Mes azeri xalqi. O ki qaldi siyasi oyunlara qoy bashi cixan shexsler bununla mesqul olsun. Onsuzda bu hakimiyyet bele olmasa . Ve basqa bir hakimiyyet qurulsa . Boyuk dovletler yenede imkan vermeyecekler Azerbaycanda demokratiya qurulsun. Bu mumkunsuzdur. Indiki hakimmiyetide bu qeder qinamaq yersizdir. ( amma memurlari nezerde tutmuram.onlarin arasinda heqiqeten xalqa dushmen olanlari var. Bu heqiqetdir) ve qeyd edim ki. Menim atam ozu herbi komissariyatda ishlediyine ve vezife tutduguna baxmayaraq oz yeqane qardashimi cebheye gonderdi. Tanishlar.ve dostlari onu qinasada atam mehel qoymadir. V O bizide vetenperver ruhda boyudub. Esgerlerimiz xalqini ve vetenini qoruyur. . Hec bir oyunlarin qurbani deyil..
Chox tesirli yazmisiz olanlari.chox duygulandim,chunku menim de oglum esgerdi.Allah butun balalari qorusun……….ve chox dogru deyirsiz ki,taleyi yazan Allahdir
Yazinizi okudum, evladiniz icin en dogruyu yapmissiniz. Bizim Turk adetinde askerlik yuce bir mevkidir, vatan borcudur. Bu nedenle, belli bir zumrenin disindaki; bunlar maddi olarak zengin ve politik olarak guclu kisilerdir. Bunlarda cocuklarini ya yurt disinda egitime gondererek parali askerlik yaptirirlar veya guclerini kullanarak istedikleri rahat bir yere tayin ettirirler. ( Cumhurbaskani Tayyip Erdoganin 2. ogluna askeri hekimlikten aldigi curuk raporu ornegi). Ama kalan %95 lik halk kesimi de kura nereye cikarsa evlatlarini, kinali kuzularini oraya gonderirler. Dogu ve GuneyDogu Anadolumuzdaki teror nedeniyle de sehit olarak gelen evlatlari icin de, vatan sagolsun diyerek acilarini yureklerine basarlar. Bilirim ki kardaslarimizin bulundugu 2. vatanimiz Azarbaycanda da boyle yurekli analar ve atalarin evlatlarinin oldugu. Azarbaycan savunmasi icin onlari vatan borcu olarak her yere gonderecekleridir. Gerekirse Anadoludan da bir savas durumunda Azarbaycana aninda gelecek yuzbinlerce Mehmetcik vardir. Turkun oldugu her yer bize vatandir. Saglikla kalin kardaslarim.
Əziz dostlar!
Vətən kasıbındır.
Vətən onu Vətən sayanındır.
Bəzilərinin vətəni ciblərindəki bank kartlarıdır, özlərilə daşırlar.
Kimlərəsə acıq edib Vətənin müdafiəsindən imtina etmək vətənsizliyi qəbullanmaqdır.
Kimin əlində, kimin əsarətində, hansı rejimdə olmasından asılı olmayaraq, bu VƏTƏN bizimdir.
Onu qorumaq da bizim müqəddəs görəvimizdir.
O ki qaldı hakimiyyətlərin əsgərlərdən qanunsuz məqsədlərlə istifadə etməsinə, övladlarımızı vaxtında düz tərbiyə etsək, onlardan qanunsuz məqsədlər üçün istifadə edilə bilməz.
Hüquqşünas Qurban Məmmədov
Qürurverici həyat hekayəsi… Allah saxlasin balalarinizi…
Qurban müəllim, hekayəni oxudum, dağın yamacındakı ata-bala söhbəti məni əməlli başlı kövrəltdi. Göz yaşlarıma hakim ola bilmədim. Qələminiz indiki kimi, hər zaman kəsərli olsun. Xalqımızın belə məşəqqətli günlərində bu kimi yazılara vətəndaşlarımızın, Vətənimizin böyük ehtiyacı var. Sağ olun, əlinizə sağlıq. Bu mövzuya aid, mənim də tövhəmi qəbul edin.
Hörmətlə: Rizvan Qorxmaz
https://m.youtube.com/watch?v=K80F9G_YHIk
https://m.youtube.com/watch?v=K80F9G_YHIk
Yazdığınız məqalə bu gün hər bir Azərbaycan ailəsinin reallığıdır , təşəkkür edirəm Qurban bəy . Bu məqalə hər bir ailəyə örnək dərsi olmalıdır
Əla belə olmalıdır.
Maraqlidi. Kaş ki hər kəs arvadına belə yalan danışsın
Duzun deyim men de yalan danishmisham ancaq cox deyib qardash men 1500 demishem bir az baritin cox qoyub da ancaq her shey yaxshi qurtarib allah saxlasin balalarimizi cox axmaq oyuna dushmushuk uz-uze vurushan muhariba deyil e muharibade kimdense nedense asilidir cetinlik burdadir . Men de tam raziyam ne olmalidirsa olacaq bunu bashqa cur qebul etmek olmaz basha dushen ucun bu beledir.Hami bele olsa veten udacaq teyyareden vetene donende qurur hissi kecirdirsen bunu qorumaq lazimdir bu hiss itse biz de mahv olduq.
Yaxın illərdə vətənpərvərlik mövzusunda yazılan belə real bir mövzu görməmişəm.Müəllifə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.Var olun.Mən də eyni həyatı Şəmkirdə,Murovda,
Buzluqda yaşamışam.Bu gün fəxr edirəm ki,oğlum Murovda keçən o şərəfli yolunu yaşamasının nəticəsidir ki,işlədiyi kollektivin sevimlisidir və bu yaxınlarda “Uzun illər nöqsansız fəaliyyətə görə” mealı ilə təltif olunub.Bütün əsgərlik xidməti boyu anası göz yaşları töksə də onun Murovu,Toğananı,Buzluğu görməsinə imkan vermədim.Oğlum isə xidmət müddətində məzuniyyətdən belə imtina etdi..Arvada söz vermişəm inşallah Qarabağ azad olunan kimi onu mütləq Murova ekskursiyaya aparacağam. Ancaq indi ət 5 vedrə yox 15 vedrə olacaq -“İNŞALLAH”.Sizə də mütləq allah qoysa xəbər edəcəyəm.
Hörmətli Qurban müəllimin yazdıqlarını oxudum və deyim ki qurur hissi keçirtdim.Əsl vətənpərvər valideyin məni məftun etməyə bilməzdi.Xidmətdə olduğm 25 idən artıq müddət ərzində esasən müharibə vaxtı belə vətəndaşlarımız çox olub amma təəssüf ki indi belə valideynləri barmaqla saymaq olar.Halal olsun Qurban müəllimə bu övladlarını xidmətdən min bir bəhanələrlə yayındıranlara necə davranmaq lazım olduğunu göstərmək üçün əla nümunədir.
İstəyirəm həyatımı hərbiyə bagladıgm o illəri xatırladım.SSRİ ordusundan qayıdanda artıq müharıbə başlamışdı.Mən Qarabağda ermənilərin törətdiyi vəhşiliyi görəndə xəsstə ata anamın ( atam onkoloji mərkəzdə əməliyyat olmuşdu,anam isə yüksək təzyiqdən əziyyət şəkirdi rəhmətə gedəndə mən xidmətimlə baglı yasında da iştirak edə bilmədim.Hər ikisinə ALLAHDAN rəhmət diləyirəm)yanında qala bilmədim o vaxtlı 26-lar RAYON HƏRBİ komissarlığına gedərək cəbhəyə getmək istədiyimi bildirdim.
O gündə mən Azərbaycan Ordusunun formasını layiqlə daşımağa başladım.Qısası Qarabağ döyüşlərində Laçından tutmuş Füzuli rayonuna qədər döyüş yolu keçmişəm.Bu gün uşağının sag salamat qalmasını arzulayaanlara demək istədiyim bir kəlmə var məgər ermənilərin hələ doğulmamış körpəni anasının qarnında öldürübsə,neçə neçə qizlarımızı zorlayıblarsa,esir aldıqları vətəndaşlarımızın başını təzə bəy gəlinlərinin qabagında kəsiriblərsə.odda yandırıb süngüdə keçiriblərsə və bütün buları biz biliriks sizc bu yaşamaqdır? Mən təəcüb edirəm o kəslərə ki bütün bunları olmamış kimi qulaq ardına vurur. Onuda xatırlamaqda fayda var ermənilər bu işləri peryodik olaraq görüblər və axırınccı planları da deyil.Onların dənizdən dənizə ideyaları da nağıl deyil. Bu gün ozünü Bakıda təhlükəsiz hiss edən və ” mənim nəyimə lazımdır” deyən eyər o torpaqlar azad olmasa qana susanmış ermənilər öz havadarlarının hesabına bir gün Bakıya da gəlib çıxacaq.
Şərhlərdə yazılanlarda çoxlu həqiqət olsa da bir şeyi unutmamalıyıq BU VƏTƏN HAMIMIZIN.
Mənim oqlum ali təsilli hərbi xidmətini Beylaqan Xocavand səngərdə ermənilərlə qarşı-qarşı təlükəli şərayitdə başa vurdu .Xidmətdən sonra ona hec bir yerdə rüşvətsiz iş vermədilər.Gecə -gündüz prezdentə xarici səfirlərə azərbaycanının qanunsuzluqundan şikayyət etdi .Sonda MTN- 2014 ci ilin yanvarında onu şəriyib 274 mada ilə 13 il həbs etdilər hal-hazırda 3 il dir 12-saylı CÇM -dir.3 İldir onun ailəsinə az yaşlı oqluna ünvanlı sosyal yardım almaqdan ötəri müraciyətdən yurulmuşam.Cünki rüşvət vermirəm.Sonda belə qarara gəlmişəm ki nəvəmi Azərbaycanda hərbi xidmətə göndərmiyəcəyəm cünki bu məmləkətdə qanun deyilən bir şey yoxdur.Oqlumu həbs edən MTN-cilərin özlərini həbs ediblər.Ancaq oqlumu azad etmirlər.Rüşvət gözləyirlər mən isə onu heca vaxt vermiyəcəyəm .Qalıb onların vicdanına.Prezidentin əmrini gözləyirlər desin ki MTN tərəfindən günahsız həbs edilənlər azad olunsunlar.Hələ ki prezident bunu etmir.
Mənim də iki oğlum var ikisidə xidmətdədir biri ağcəbədidə biri tərtərdə Allah bütün ordumuzu qorusun.
Salam, çox hörmətli Qurban müəllim. Çöx gözəl və səliqəli baxışlarınızla bu hekayəni yazmısınız, özü də çox da ürəyimcə oldu.Kişi adamsınız, vallah, elə Sizi Allah əsl vətənpərvər olaraq Azrbaycanımıza qismət etmişdir.Səmimi olaraq inanıram bütün söylədiklərinizə, çünki əməli işlərinizlə xalq Sizi tanıyır.
İndi bir az da gəlin bir zarafatimızı qəbul edin.Bizə öyrətdiniz ki, evin xanımından necə pul ,,çırpışdırmaq” olar, buna görə də yenə Sizə təşəkkür edirik, biz bu priyomu bilmirdik-öyrəndik (gülüş). Axı Siz cəsarətli insansınız və qorxu deyilən hisslər yaddır Sizə.Ancaq hekayəni oxuyarkən ürəyim gülməkdən gedib, qəşş etmişəm gülməkdən, niyə? Arada elə təsvir edirsiniz ki, ,,çırpışdırdığınız” 3000 manatın sirrini xanımızdan gizlətmək üçün çalışmısınız, bu isə xanımızdan ,,qorxduğunuzu” göstərir. Qurban müəllim, bizim tərəflərdə daha çox dəbdədir, kişilərə tez-tez deyirlər: ,,Komandirindən özünü gözlə”, yəni bizdə kişilərin qorxuları zarafatla adlandırdıqları ,,komandir” sayılır(xanımları nəzərdə tuturlar).
Əlbəttə, bu bir zarafatdır,hekayəniz şirin səsləndi, əladır. Bu hekayə o qədər mənə doğma, gözəl göründü ki, hətta bu zarafatımı da yazmağa çəkinmədim və bildim xoşunuza gələcək zarafatım.Allah Sizi qorusun və çox mərd,cəsarətli azərbaycanlısınız.
Sizə eşq olsun hörmətli Qurban müəllim.
Esil qeyret yiyesisen.Menimde bir oqlum Naxcivanda qulluq eledi-2-ci de teze kedib fevralda and icmasidir.Mende hec kime bir qepik bele vermedim ve vermeyecem–uwaqi yola salmaqdan qabaq 2 ruket namaz qilib Allaha emanet elemiwem.Vessalam
Hamıya salamlar.Vətəni professional ordu gorumalıdır.18 yasındakı uşaglar yox.
YAZI ÇOX TƏRBİYƏVİ MAHİYYƏT DAŞIYIR VƏ DOĞRUSU ,HEYRANEDİCİ OLDU. AMMA YOLDAŞLARIN DEDİYİNDƏ DƏ HƏQİQƏT VAR. ONLAR DA GÖRDÜKLƏRİNİ DANIŞIRLAR-HƏQİQƏTDİR. BİZ DƏ BİR VƏTƏNDAŞ KİMİ PİSİMİZƏ TƏƏSSÜFLƏNİR. YAXŞILARA DƏSTƏK VERİR , QÜRUR DUYURUQ.
Men iki il murov daglarlnda shaxtall boranlı havada vetenimin keşiyinde durdum acılan minanın sesinden hettda iki uc gun havalı oldum lakin Allah meni qorudu. Eve qayıtdıqdan bir hefte sonra isə adi bir ehtiyatsızlıqdan ayagım sındı uc ay yatdım. Sozumun canı odur ki her sey Allahın elindedir istese sengerde düşmen güllesi ile can alar istese rahat isti ocağında dem qazı yla can alar
İki oölum var.Ataları vaxtsız rəhmətə gedib.Təkbaşına heç bir yerdən kömək almadan böyütmüşəm onları. Böyük oölum cəbhə xəttində hərbiçidir. Ailəlidir..İki körpə oğlu var. Ataları evə gələn kimi ilk sualları bu olur.”Ata erməni öldürdünmü?”Kiçik oğlum hərbi xidmətini Xocavəndin Korapaktina kəndində çəkib. Hərbi xidmətini başa vurandan sonra isə ali məktəbə girib. Aprel döyüşlərində dörd gün balamdan xəbər ala bilmədim. Teşısında oturub şəhidlər arasında oğlumun adını axtardım. Qonşuluqdakıların hamısının uşaqları resbublikanın dilbər guşələrində “hərbi xidmət” keçmişdir. Hətta qonşulardan biri ağzı köpüklənə köpüklənə dedi ki. tək sənin oğlun deyil ki. məsələn mənım oğlum da hərbi xidmətdə olub.Mən ona heç nə demədim. Çünki beləsinə cavab verməyi belə mən özümə yaraşdırmaram. Belələrinin oğlunun necə və hansı yolla “hərbi xidmət” keçdiyi gün kimi aydındır. Sanatoriya tipli hərbi hissə deyirəm mən o hərbi hissələrə. Mənim oğlum vəhşı heyanlar. ilanlar. zəhərli hörümçəklər olan bir susuz çöllərdə güllə yağışının altında hərbi borcunu verib gəlib. Su tapılmayan bir çöldə məcbur qalıb yağış suyu içib. Xocavənddə içməli su belə tapılmır. Su duzlu dadır. Orada xidmət edənlərin dişləri xarab olub tökülür. Elə bir yerdə kişilik məktəbi keçən oğlanlarımla mən fəxr edirəm.pul hesabına hərbi sanatoriyada xidmət edən qonşumun oğlu oğlu yalanları elə basıb bağladı ki. mən ona sual verdim ki. ” bala sən İŞİDlə döyüşüb gəlmisən? Nə əcəb sənə milli qəhrəman adı verməyiblər?” Halbuki bu oğlan cəmi 6 ay hərbidə olub. Sonra “xəstə” olduğu üçün azad olunub. Uşağı tənbəl. qorxaq. böyütmək lazım deyil. Oğlan uşaqlarını kişi kimi böyütmək lazımdır. Valideyinlər var ki. oğlunu hərbi xidmətdən yayındırr. hərbi biletinə”yararsız” yazdırır. Uşaq əlində universtitet diplomu heç bir yerdə işə götürülmür. Yenidən xərc çəkib uşağı hərbi xidmətə göndərmək məcburiyyətində qalırlar. Vətən hamı üçün Vətəndir. Vətənin cəfasını kasıblar. səfasını varlılar çəkməli deyil.
Çox gözəl yazıdır.Əllərinizə sağlıq.Bu yazılardan sonra daha da fərəh hissi ilə 12 iyulda əsgər gedəcəm.Allah hamımızı qorusun.
Allah bütün əsgərləri qorusun.onları çox sevirəm