ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub.

 Hörmətli müəllim. Oğlumu sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim.

— Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Amma hər alçağa qarşı bir qəhrəman, şəxsi mənafeyini güdən siyasətçiyə qarşı isə özünü ölkəsinə fəda etmiş bir lider mütləq var.

— Hər düşmənin əvəzinə bir dost mütləq var. Vaxtınızı alacaq, bilirəm, amma imkan olsa, ona öyrədin ki, qazanılan bir dollar, tapılan 5 dollardan daha dəyərlidir.

—İtirməyi də öyrədin ona, həm də qazanmaqdan həzz almağı.

— Onu qısqanclıqdan uzağa yönəldin.

— Ona səssiz gülüşün sirlərini öyrədin.

— Qoyun, zorakılığın zahirən qalib olduğunu öyrənsin.

— Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir şey olduğunu öyrədin. — Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin.

— Öyrənsin ki, məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir. — Hamı onun səhv olduğunu desə də, öz fikirlərinə inanmağı, Nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin.

—  Hamı bir-birindən yapışıb gedəndə, kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma.

— Bütün insanlara qulaq asmağı, Qulaq asdıqlarını həqiqət ələyindən keçirib, ancaq yaxşıları özünə götürməyi, Bacarsanız, kədərlənəndə belə necə gülə biləcəyini öyrədin ona.

— Ağlamağın utandırıcı bir şey olmadığını, Gücünü və beynini ən yüksək qiymət təklif edənə satmağı, Ancaq ürəyinə və ruhuna qiymət etiketi qoymamağı, Ulayan insan kütləsinə qulaqlarını tıxamasını, Və əgər özünün haqlı olduğuna inanırsa, dimdik dayanıb mübarizə aparmağı öyrədin ona. — Ona qarşı mehriban olun, amma qucaqlamayın. Çünki ancaq odun qığılcımı poladı saflaşdırır.

— Qoyun, səbirsiz olacaq qədər cəsarətə sahib olsun. Qoyun, cəsur olacaq qədər səbri olsun.

— Ona həmişə: Özünə inanmağı öyrədin. Beləcə bəşəriyyətə də inamı daim olacaq. Bu, böyük tələbdir, özünüz baxın, nə qədərini bacararsınız.

 14,688 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.

ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub.” mövzusunda 4 şərh:

  1. Xuraman Ağayeva

    Bu gözel sözlerden gözlerim doldu. Bir ata evladına bundan başqa ne isteye biler ki.
    Eger bu mūəllim bunları vere bilerse.

  2. Vuqar Huseynov

    Dahi insanin dahi fikirleri. Bu hem de exlaq kodeksi olmalidir gencler ucun

  3. Sholet

    Belə fikirləri oğluna məsləhət bilən xalqın dünyaya iddia etməsi anlaşılandır. Yüksək vətəndaş, ləyaqətli övlad olmaq (yetişdirmək) hakimiyyət və qürur gizlənir bu kəlmələrdə.

  4. Şaiq

    Bix müəllimlərimizi cəmiyyətin ən çox hörmət olunan bir təbəqəsinə çatdıra bilsək, onda müəllimlərimiz bundan da artığını uşaqlarımıza öyrədər. Hazırda isə müəllimə qulaq asan çox azdır.
    Bir də ki, bu atanın oğluna arzu etdiyi bütün keyfiyyətlər bizim məmur uşaqlarında var :))))

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.