Qurban Məmmədov: “Gülər Əhmədova məsələsi ilə bağlı susqunluq Azərbaycan parlamentinin simasızlığının əyani sübutu oldu”.
“Prezident xalqa müraciət etməli, xalqdan dəstək alaraq ölkəni mafioz qruplardan təmizləməlidir”.
“Ya Zakir Qaralov, ya da onu inandırmaq imkanında və gücündə olan kimlərsə Elşad Abdullayevin təqdim etdiyi videomaterialın ictimai müzakirəyə çıxarılmasında maraqlı olublar”
Tanınmış hüquqşünas Qurban Məmmədov Facebook-da paylaşdığı statuslarında keçmiş deputat Gülər Əhmədova ilə bağlı məlum videoqalmaqala tamamilə fərqli mövqedən yanaşıb.
Hüquşünas hesab edir ki, “indi ortada olan videoçəkilişə görə Gülər Əhmədovanı ittiham etmək olmaz”. Maraqlıdır ki, Q.Məmmədov nəya əsasən bu fikirdədir? Onun “Hürriyyət”in əməkdaşı ilə müsahibəsini oxucularımıza təqdim edirik.
– Hakimiyyət Gülər Əhmədova məsələsindən mümkün qədər az itkilərlə çıxmağa çalışır. Əli Həsənovun hər gün mətbuata palaz-palaz açıqlamalar verməsi bir yana, onun Elşad Abdullayevin verdiyi çirkli pula kimsənin sahib çıxmadığı haqda dediklərinə inanmaq olar?
– Şəxsən mən hesab edirəm ki, həmin hadisənin birbaşa hakimiyyətlə bağlanması üçün hələlik əlimizdə yetərli hüquqi əsaslar yoxdur. Mən bu məsələyə bir hüquqşünas kimi yanaşıram. Neçə ki, istintaq başa çatmayıb, neçə ki, Gülər Əhmədovanın hakimiyyətin rəsmi adamı kimi və ya kiminsə adından danışdığı sübuta yetirilməyib, bunu birbaşa hakimiyyətlə bağlamaq düzgün deyil. Ümumiyyətlə, ayrı-ayrı adamların cinayətlərini bütövlükdə hakimiyyətlə bağlamaq səhvdir.
– Elə Əli Həsənov da Sizin kimi danışır. Necə olur ki, birisi günün günorta çağı hakimiyyətin adından sui-istifadə edərək aşkar dələduzluq edir, ilişəndə hakimiyyət yaxasını kənara çəkir ki, burada bizim heç bir günahımız və ya məsuliyyətimiz yoxdur… Bu, nə məntiqdir?
– Bilirsiniz, Əli Həsənov da müəyyən mənada haqlıdır. Çünki prezidentin elə bir imkanı yoxdur ki, hər kəsin yanına bir əli silahlı əsgər və ya qoruyucu qoysun, həmin adamlara nəzarət etsin.
– Ancaq əvəzində prezidentin borcudur ki, elə bir sistem yaratsın ki, kimsə belə bir dələduzluğa meyl etməsin.
– Təbii, dediklərinizdə həqiqət var. Hakimiyyətin idarəetmədə çoxsaylı nöqsanlarının, boşluqlarının olduğu bu hadisəyədək də dəfələrlə müxtəlif situasiyalarda ortaya çıxıb. Əslində Gülər Əhmədova hadisəsi hakimiyyət üçün bu boşluqların doldurulması baxımından da bir acı təcrübə rolunu oynamalıdır, bundan nəticə çıxarılmalıdır. Şəxsən məni sevindirən o oldu ki, hakimiyyət Gülər Əhmədovaya sahib çıxmadı, daha doğrusu, bu hadisəni təqdir etmədi, tədbir görülməsi istiqamətində addım atdı. Bununla hakimiyyət göstərmək istədi ki, qanun qar
– ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, əksinə, hakimiyyət Gülər Əhmədovaya sahib çıxmalıydı…şısında hamı bərabərdir və heç kimə xüsusi səlahiyyət verilməyib ki, öz bildiyini edə.
– Mən hesab edirəm ki, indiki halda hakimiyyət əsl dövlətçiliyə yaraşan addım atıb. Bilirsiniz, ilkin mərhələdə söhbət cinayət məsuliyyətindən yox, mənəvi və siyasi məsuliyyətdən gedir. Ortada bir videolent var və burada hakimiyyətin bir nümayəndəsi, konkret olaraq onun deputatı hansısa qanunazidd söhbətlər aparır. Özü də həmin şəxs videodakı adamın olduğunu da danmır. Yəni belə bir bazarlığın, yaxud bazarlıq cəhdinin olduğu ortada. Bu baxımdan istər-istəməz siyasi və mənəvi məsuliyyət ortalığa çıxır. Hakimiyyət də çox haqlı olaraq Gülər xanımla arada müəyyən bir məsafə saxlamaq yolu tutub. O tamam başqa məsələdir ki, Gülər Əhmədovanın hüquqi baxımdan cinayət məsuliyyətinə cəlb edilməsi mümkündürmü, yaxud hakimiyyət onu dilə-dişə salmış bir nümayəndəsini haqlı-haqsız cinayət məsuliyyətinə cəlb edərək cəzalandıracaqmı? Ona görə də deməyim odur ki, Cinayət Prosessual Məcəllənin tələb etdiyi qaydada əldə edilmiş sübutlar olmadan Gülər Əhmədovanın cinayət məsuliyyətinə cəlb edilməsində hakimiyyətin israr etməsi də hüquqi baxımdan yanlış addım olacaq.
– İndiki halda Gülər Əhmədovanın özünüqoruma şansları yetərlidirmi?
– Hesab edirəm ki, burada məsələ tamam fərqlidir. Əslində bu gün Gülər Əhmədovanın
belə bir qayğısı yoxdur ki, özünü müdafiə edə. Əksinə, onu ittiham edənlərin vəzifəsidir ki, ittihamı sübut etsinlər. Məhz sübutlar ortalığa çıxdıqdan sonra, o, müxtəlif özünümüdafiə mövqeyi seçə bilər. Bu baxımdan hələlik növbə Gülər Əhmədova barəsində cinayət işi qaldıran Baş Prokurorluğun və onu ittiham edən Elşad Abdullayevindir. Mən sosial şəbəkədəki statusumda da bu barədə yazmışdım və haqsız olaraq bəziləri hissiyata qapılaraq məni qınadılar. Bu məsələyə hüququ yanaşma bir başqadır, mənəvi və siyasi yanaşma bir başqa. Hüquqi baxımdan yanaşsaq, Azərbaycan qanunvericiliyinə görə, audio-videoçəkilişlər qadağandır və qanun bu əməlləri təqib edir. Hətta əvvəllər Mülki Prosessual Məcəllədə 256-cı maddə vardı, onun tələblərinə görə məhkəmə prosesində hakimin icazəsiylə hər bir adam audio-videoçəkiliş apara bilərdi, indi bunlar da qadağan olunub. Digər tərəfdən, Cinayət Prosessual Məcəllədə və digər beynəlxalq qanunvericilikdə var ki, prosessual qanun pozuntusuyla əldə edilmiş sübutların hüquqi əhəmiyyəti yoxdur. Yəni qanunda nəzərdə tutulduğu qaydada sübutlar əldə olunmayıbsa, indi ortada olan videoçəkilişə görə Gülər Əhmədovanı ittiham etmək olmaz. Ona görə də hüquqi baxımdan gülər Əhmədovanı ittiham edərək cinayət məsuliyyətinə cəlb etmək üçün ya Elşad Abdullayev gəlib Azərbaycanda ifadə verməlidir, onu Gülər Əhmədovayla üzləşdirməlidirlər və başqa sübutlar da tapılmalıdır, yaxud da Azərbaycanın prokurorluq orqanları Fransa ilə imzalanmış hüquqi yardımlaşma haqqında müqavilənin şərtlərinə uyğun olaraq “məhkəmə tapşırığı” adlı hüquqi termin yolu
ilə Elşad Abdullayevin həmin ölkədə ifadəsinin alınaraq rəsmi şəkildə bizim ölkəyə təqdim edilməsini təmin etməlidirlər. Yalnız bundan sonra Gülər Əhmədovanın cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi həll edilə bilər. Əks halda ona qarşı prokurorluq real olaraq heç nə edə bilməyəcək və bu proses acı bağırsaq kimi uzanacaq.
– YAP icra katibi Əli Əhmədovun onu “dələduz” adlandırmasına necə şərh verərdiniz?
– Hesab edirəm ki, onun bu açıqlaması çox yanlış idi və çaşqınlıqğın əlaməti kimi qəbul olundu. Gülər Əhmədovanın da elə isti-isti deputat mandatından imtina etməsi əslində həmin o mənəvi məsuliyyəti dərk etməsi kimi qəbul olunmalıdır.
– Onun özünün mandatdan könüllü imtina etməsi dələduzluqda ittiham olunmasının etirafı kimi də qəbul edilə bilərmi?
– Qətiyyən. O, özü ifadə verərək ya rüşvətdə vasitəçilik, ya dələduzluğa cəhd məsələsini etiraf etməsə, heç kim onun bu istefasını cinayətin etirafı kimi qəbul edə bilməz. İnsafən, onu da deməliyik ki, Gülər Əhmədovanın həmin videodakı davranışları, hakimiyyət komandasının bir üzvü prizmasından yanaşıldıqda, olduqca qiymətlidir. Fikir verdinizsə, o, bir qadın olaraq Elşadın israrına baxmayaraq Ramiz Mehdiyevin adının hallanmasına qarşı çıxır və bütün riski öz boynuna götürür. Bununla o, öz komandasının rəhbərini qorumağa cəhd edir. Həmin komandadakı hər kişidə bu
– Əli Həsənov iddia edir ki, hakimiyyət bu insanların hər birinin davranışına cavabdeh deyil. Doğrudanmı, hakim partiya və onun sədri məhz onun siyahısı ilə parlamentə düşmüş adamın davranışlarına cavabdeh deyil?qabiliyyət yoxdur. Yəni məncə, onun bundan sonra parlamentdə oturanlardan daha çox haqqı var ki, orda otura. Şəxsən mənim rəsmi vəkil statusum olsaydı, Gülər Əhmədovanı müdafiə edərdim, bu gün qüvvədə olan qanunlarla da onun cəzalandırılmasına imkan verməzdim. Onun da mandatdan imtinası cinayətin etirafı kimi yozula bilməz. Sadəcə o, mənəvi məsuliyyəti göz önünə alıb belə bir addım atıb.Yadınızdadırsa, bir müddət öncə Türkiyədə də Dəniz Baykal haqqında bir video yayılmışdı. O da dərhal istefa verdi, ancaq bəyan elədi ki, bu, montajdır. Yəni o, bir siyasi lider olaraq öz mənəvi məsuliyyətini dərk edərək tərəddüd etmədən istefa verdi, ancaq ittihamları qəbul etmədi, yayılanların həqiqət olduğunu inkar elədi.
– O, haqlı olaraq deyir ki, hakimiyyət hər bir adamın hərəkətinə cavabdeh deyil, yəni məsuliyyəti onunla bölmür. Söhbət təkcə Azərbaycandan getmir, bu, bütün hakimiyyətlərə aiddir. Əgər kiminsə cinayət əməli sübut olunarsa və hakimiyyət onu müdafiə edərsə, o zaman sizin dediyiniz cavabdehlik və ya məsuliyyət bölgüsündən danışmaq olar. Hakimiyyətin vəzifəsi fakta qiymət verməkdir. Əgər qiymət vermirsə, onda hakimiyyət bu məsuliyyətə şərik hesab olunur.
– Bu boyda hadisədən sonra ölkə parlamentində bu mövzuda kimsənin ağzını açıb kəlmə kəsməməsi nəyin əlamətiydi?
– Görünür, hamısı Gülər olduğunu başa düşür. Hamısı xəcalət çəkir və ürəklərinin dərinliyində Güləri qınayırlar ki, onların da zibilinin üstü açıldı. Mənim üçün o da maraqlı oldu ki, müxalifətdən, ən azı hakimiyyət düşərgəsindən olmayanların yataq səhnələrini qanunsuz yolla çəkib ictimailəşdirən, həmin səhnələri həvəslə şərh edən bəzi adamlar Azərbaycan dövləti bir yana öz mandatlarını ləkələyən, onların bioqrafiyasına kölgə salan bu boyda hadisəyə sükutla cavab verdilər. Bu susqunluq Azərbaycan parlamentinin bugünkü siması, bəlkə də simasızlığının əyani sübutu oldu.
– Elşad Abdullayev prezidentə müraciətini mətbuatda yayıb və təhlükəsizliyinə zəmanət veriləcəyi halda Azərbaycana gəlməyə də hazır olduğunu bildirib. Eyni zamanda o, baş prokuror Zakir Qaralovu və onun komandasını ittiham edərək onların bu işlərin istintaqını aparmağa məmnəvi-hüquqi haqlarının olmadığını bildirib. Fikrini belə əsaslandırıb ki, həmin videonu və digər ifşaedici materialları bir il öncədən istintaqa təhvil versə də susqunluq nümayiş etdirilib…
– Doğrusu, bir hüquqşünas kimi məndə də bəzi şübhələr yaranıb ki, nəyə görə Zakir Qaralov belə bir addım atıb. Belə çıxır ki, ya onun özü, ya da onu inandırmaq imkanında və gücündə olan kimlərsə bu yolla Elşad Abdullayevin təqdim etdiyi videomaterialın ictimai müzakirəyə çıxarılmasında maraqlı olublar.
Elşad Abdullayev açıq şəkildə bildirir ki, mən bu videonu ona görə aləmə car çəkməyə məcbur oldum ki, rəsmi qaydada etdiyim müraciətə baxan olmadı və təhlükəsizliyimə təhdidlərin sayının artığını görüb bunu açmağa məcbur oldum.Yeri gəlmişkən, yadınıza salım ki, prokurorluq orqanlarıyla bağlı bu cür susqunluq halı birinci dəfə deyil ki, müşahidə olunur. Vaxtilə Hacı Məmmədovun işində də adı keçən mərhum Rəna Nəsibova adlı qadın Hacının dəstəsinin əməllərindən məlumatlı olduğu barədə prokurorluğa rəsmi müraciət etmişdi, hətta səhv etmirəmsə Rüstəm Usubovun da qəbulunda olmuşdu, ancaq müəmmalı şəkildə onu öldürərək izi itirdilər. Həmin hadisə Azərbaycan prokurorluq orqanlarının tarixində əbədi bir ləkə oldu, Elşad Abdullayevlə bağlı olay da ikinci bir ləkə oldu. Ona görə də hesab edirəm ki, məhz Zakir Qaralov səviyyəsində buna aydınlıq gətirilməlidr. Yoxsa Elşad Abdullayevi asıb-kəsməyin yeri yoxdur.
– Elşad Abdullayev konstitusiyanın 109-cu maddəsinin 35-ci bəndini əsas tutaraq prezidentdən xahiş edir ki, müstəqil istintaq komissiyası yaradaraq bu düyünü açsın. Prezident buna gedərmi, yaxud belə bir komissiya kimlərdən təşkil olunmalıdır ki, prokurorluğun yolunu tutmasın?
– Elşad Abdullayev tamamilə haqlıdır və əgər möhtərəm prezident belə bir tarixi addım atsa Azərbaycanın yaxın keçmişiylə bağlı bir sıra qanlı cinayətlərin üstü açıla bilər və ölkə başçısının cəmiyyət içərisindəki nüfuzu xeyli artar.
– Elşad Abdullayev 2003-cü ildə nəinki sıradan bir adam olmayıb, əksinə, qılıncının dalı da, qabağı da kəsib. Belə bir adamın MTN mayoru olan bir qardaşını oğurlayanların kimliyi haqqında məncə, heç düşünməyə də dəyməz. Elə isə prezident niyə belələrinə öz yerini göstərmir?
– Şəxsən mənim özümdə də Hacı Məmmədovun qrupundan qat-qat təhlükəli qrupun mövcudluğu heç bir şübhə doğurmur. Əgər prezident bu kimi məsələlərdə təxirəsalınmaz tədbirlər görmürsə, görünür bu qrupların gücündən çəkinir. Əks təqdirdə istənilən dövlət başçısının vəzifəsidir ki, cinayətkarlığa qarşı mübarizə aparsın. Hesab edirəm ki, prezident xalqa müraciət etməlidir, xalqdan dəstək alaraq ölkəni mafioz qruplardan təmizləməlidir.
Məncə, prezident bu məsələdə çox gecikir. Hamı bilir ki, bu gün Azərbaycanda çox qorxulu qüvvələr var və onlar ilk növbədə elə hakimiyyətin özü və prezident üçün real təhlükə mənbələridir. Prezident xalqa arxalanaraq onları neytrallaşdırmalıdr.
Zülfüqar HÜSEYNZADƏ