Hökumət Əli Kərimlidən qisas alır
Cümə axşamı, 06 Dekabr 2012 11:40
Qurban Məmmədov: «Elnur Seyidovun həbsdə saxlanılması siyasi xarakterli addımdır və Əli Kərimliyə təzyiq məqsədi güdür»
Əsabəli Mustafayev: «Elnur Seyidova qarşı qərəzli mövqe onun AXCP sədri Əli Kərimlinin qohumu olması ilə bağlıdır»
“Texnikabank”ın Yasamal filialının müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun barəsində heç bir istintaq tədbirinin görülməməsinə baxmayaraq, onun həbs müddətinin daha üç ay uzadılması bu işin siyasi motivli olduğunu bir daha sübut edir. Dekabrın 4-də Səbayel Rayon Məhkəməsinini çıxardığı qərarla E.Seyidov daha üç ay həbsdə saxlanılacaq. Artıq E.Seyidovun həbsindən 9 ay keçir. AXCP sədrinin qaynının adı artıq Ştrasserin siyasi məhbuslar siyahısına da düşüb.
Daha bir diqqət çəkən məqam “Texnikabank”ın müşahidə şurasının sədri Etibar Əliyevin artıq bir neçə həftədir ki, azadlığa çıxmasıdır. Bu hadisədən sonra E.Seyidovun həbsdə saxlanılması həbsin siyasi sifarişli olduğunu sübut edir. Belə ki, E.Seyidova qarşı irəli sürülən ittihamda onun E.Əliyevin tapşırığı ilə hərəkət etdiyi göstərilir.
Münasibətini öyrəndiyimiz hüquqşünasların da fikrincə, E.Seyidovun həbsdə saxlanılması AXCP sədrinin qohumu olmasından irəli gəlir.
E.Seyidovun vəkili Əsabəli Mustafayev bildirdi ki, müdafiə etdiyi şəxsə qarşı istintaqın, məhkəmənin qərəzli mövqedən çıxış etdiyi ilk gündən sezilir: “Heç bir sübutun ortaya qoyulmamasına baxmayaraq Elnur Seyidov barəsindəki həbs-qətimkan tədbiri daha üç ay müddətinə uzadıldı. Artıq 9 aydır ki, Elnur Seyidov həbsdədir. Bir iş görülmədiyi halda istintaq həbsin uzadılmasını məhkəməyə təqdim edir, məhkəmə də bunu təsdiqləyir. Açıq görünür ki, burada Elnur Seyidova qarşı bir qərəz var. Qərəzin motivi isə Elnur Seyidovun özü ilə bağlı olmadığından, əminliklə söyləmək olar ki, onun həbs müddətinin uzadılması AXCP sədri Əli Kərimlinin qohumu olması ilə bağlıdır”.
Hüquqşünas Qurban Məmmədov da hesab edir ki, həbs müddətinin yenə artırılması təsadüfi deyil. Q.Məmmədovun fikrincə, bütün bu addımlar Azərbaycanda hakimiyyətdə kimlərin olmasını və onların xarakterlərini açıq göstərir: “Artıq hakimiyyətin mahiyyəti bütün dünyaya bəlidir. Hakimiyyət siyasi rəqiblərinə qarşı adam oğurluğundan tutmuş, pul qoparmağa qədər bütün cinayətləri törədir. Elnur Seyidovun da həbsdə saxlanılması siyasi xarakterli addımdır və Əli Kərimliyə təzyiq məqsədi güdür. Elnur Seyid