Əlaqə vasitələri

“Əli Kərimlidən başqa lider görmürəm”

Əli Kərimlidən başqa lider görmürəm”

Çərşənbə axşamı, 11 Dekabr 2012 13:56

Qurban Məmmədov: “Əli Kərimli bu gün tələbələr və Azərbaycan gəncliyi arasında qəbul olunan bir nömrəli liderdir

Tanınmış hüquqşünas Qurban Məmmədovun müxalifətin vahid lideri kimi AXCP sədri Əli Kərimlini görməsi barədə açıqlaması siyasi gündəmin əsas mövzusuna çevrilib. “Ekspress” qəzeti də bugünkü sayında Q.Məmmədovdan bu mövzuda müsahibə alıb. Müsahibəni ixtisarla təqdim edirik:

– Sizin müxalifətin vahid lideri kimi Əli Kərimlini tanımaq çağırışınız etirazlara səbəb olub. Niyə başqaları yox, məhz Əli Kərimli müxalifətin lideri olmalıdır ki?

– Bu gün seçkidə iştiraka iki yanaşma mövcuddur. Biri İsa Qəmbərin təklifidir ki, nəyin bahasına olursa-olsun, istənilən halda seçkidə iştirak etmək lazımdır. Axırıncı dəfə hörmətli İsa bəy dedi ki, gedərik seçkiyə, görsək alınmır, namizədliyi geri götürərik. İctimai Palatadan kənarda olan qüvvələr də indiki MSK, indiki Seçki Məcəlləsi ilə bu seçkidə iştirak etməyə hazır olduqlarını bildiriblər. Yeganə adam bu gün Əli Kərimlidir ki, indiki Seçki Məcəlləsi ilə, indiki seçki mühiti ilə seçkiyə getməyin mümkün olmadığını bəyan edib. Bu baxımdan da qarşıya qoyulan vəzifələrin həlli istiqamətində problemlər özləri tamam fərqli və müxtəlif mübarizə vasitələri və yanaşmaları tələb edir. Yəni birinci halda seçkiyə getmək istəyənlər sadəcə olaraq qanunda nəzərdə tutulan hərəkətləri yerinə yetirməklə seçki günündə indiyə qədərki qeydə alınma prosedurları ilə bağlı müəyyən problemlərin həllində müqavimət göstərməyə məcbur olacaqlar. Bir də seçkidən sonrakı dönəmdə əgər seçkinin nəticələrinin saxtalaşdırıldığını elan edəcəklərsə, ondan sonra mübarizəyə başlamalı olacaqlar. Amma Əli Kərimlinin təklif etdiyi seçkiyə qədərki mübarizə dövrüdür. Mən də eyni mövqedə olduğuma görə təklif edirəm ki, mütləq normal seçki mühitinin yaradılması uğrunda mübarizə təşkil etmək lazımdır. Bu mübarizəni uğurla başa çatdırdıqdan sonra seçkiyə getmək və seçkidən sonra da lazım olan mübarizəni davam etdirmək lazımdır. Bu gün Əli Kərimlinin təklif etdiyi mübarizə mərhələsinə mütləq lider lazımdır, o da təbii, ideyanı irəli sürən özü olmalıdır. Ona görə də mən deyirəm ki, seçkiyə qədər seçki mühitinin yaradılması uğrunda mübarizəyə Əli Kərimli liderlik etməlidir.

Əli Kərimlinin ideyalarını, fikirlərini elə qardaşınız Sərdar Cəlaloğlu da söyləyir. Olmazdımı elə müxalifətin vahid lideri Sərdar bəy olsun? Axı, Sərdar bəy də Əli bəy qədər təkliflər verir…

– Söhbət təkcə təklif verməkdən yox, həm də real gücə, cəmiyyətdə mövqeyə malik olmaqdan gedir. Əli Kərimli bu gün tələbələr və Azərbaycan gəncliyi arasında qəbul olunan bir nömrəli liderdir.
İkinci tərəfdən, Əli Kərimli çox böyük elektorata malikdir. Demək olar ki, respublikanın 80-90% ərazisini əhatə edən partiya strukturlarına malikdir. Bu baxımdan onun şansları böyükdür və Əli Kərimli ilə müqayisədə mən başqa bir lideri görə bilmirəm. Əgər belə bir lider varsa, çıxsın qabağa, Əli Kərimli kimi xalqa müraciətini etsin, sosial şəbəkələrə yığışan gəncləri arxasınca aparsın. Bu mümkün deyil.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir