Tanınmış vəkil Qurban Məmmədov “Facebook” profilində qardaşı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun ABŞ sərgüzəştlərindən yazıb
Onun “Facebook”da yazdıqlarını olduğu kimi təqdim edirik:
“Sərdar Cəlaloğlu, Nurəddin Məmmədli və Bəhruz Məmmədov Amerikada Nyu-York şəhərində gecə klubunda olanda bir amerikalı yaxınlaşıb onları bilyard oynamağa dəvət edir. Nurəddin müəllimlə, Bəhruz bəy tərəddüd edirlər. Sərdar bəy amerikalının özündən razı tərzindən əsəbiləşir və onun atdığı əlcəyi qaldırır, yarış başlayır.
Qısa müddətdə cəmi bir şar salan Sərdar Cəlaloğlu amerikalıya təbii ki uduzur.
Nurəddin Məmmədli : “Bizi biabır elədin. Bacarmırdın oynamayaydın daa”.
S.Cəlaloğlu : “Niyə biabır edirəm qardaş, bu Amerikadı eee, Ermənistan deyil. Amerika çıxdı birinci yerə Azərbaycan da ikinci yerə, nəyi pisdir ki?”.
Qeyd edək ki, Qurban Məmmədovun bu statusu dünən və bu gün “Facebook”da müzakirə olunub.
Nazim
AzNews.az