Əlaqə vasitələri

Qurban Məmmədov müxalifət daxili gizlin müzakirələrdən danışdı

Qurban Məmmədov: “Görünür seçki qabağı canlanma namizədlərin rəsmi elan edilməsindən sonra başlayacaq”

Prezident seçkilərinə 6 aydan az bir müddətin qalmasına baxmayaraq nə müxalifət, nə iqtidar düşrgəsində, nə də ki, cəmiyyətdə seçki əhval ruhiyyəsi hiss edilmir. Sanki oktyabr ayında Azərbaycanda prezident seçkilər keçirilməyəcək. Bir neçə nəfərin namizədliyinin irəli sürülməsi və ya elan olunmasından başqa demək olar ki, seçki ilə bağlı heç bir iş görülmür. Eyni halda müxalif düşərgədə yaşanan pərakəndəlik və parçalanma hələ də mövcuddur. Bəs belə bir vəziyyətdə ölkə müxalifətinin keçiriləcək seçkilərdə uğur qazanacağı nə qədər inandırıcı görsənir? FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən hüquq müdafiəçisi, tanınmış müxalif sima Qurban Məmmədov diqqət çəkən məqamlara toxundu. Müsahib qeyd etdi ki, ölkə müxalifətinin daxilində birləşmə və təşkilatlanma ilə bağlı işlər gedir: “Lakin vahid namizədin müəyyənləşməsi və kütlələrin vahid namizəd ətrafında toplanması ilə bağlı problemlər olduğuna görə, hər hansı bir canlanma müşahidə edilmir. Görünür seçki qabağı canlanma namizədlərin rəsmi elan edilməsindən sonra başlayacaq. Hesab edirəm ki, ölkə müxalifəti kifayət qədər gecikir. “

Sonda Qurban bəy bildirdi ki, 2003-cü illə müqayisədə həm xal, həm də ki, müxalifət həddən artıq passiv bir mövqedədir: ”Ona görə də Azərbaycanda vəziyyət birdən-birə qarışa bilər və biz bundan narahatıq. Bəzi müxalifət liderlərinin vəziyyəti qeyri-real qiymətləndirməsi, şəxsi ambisiyaları və hakimiyyətin xalqla yalnız zor gücü ilə danışması belə bir vəziyyət yaradıb.”

Xəyal Şükür

Loading