“Bu, terror qurbanlarının ruhuna hörmətsizlikdir”
Tanınmış hüquqşunas Qurban Məmmədov ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib. AzNews.az xəbər verir ki, Qurban Məmmədov müraciətin mətnin özünün “Facebook” səhifəsində yayıb.
Müraciətdə Qurban Məmmədov Dövlət Neft Akademiyasında baş terror qurbanlarının anım günündə Bakıda futbol bayramının keçirilməsinin təxirə salınmasını istəyib:
“Bu gün ADNA- da baş vermiş terror qurbanlarının anım günüdür. Amm kimlərsə Bakının mərkəzində futbol bayramı təşkil edib. Bu, terror qurbanlarının ruhuna ən azı diqqətsizlik və hörmətsizlikdir.
Tədbirin dərhal təxirə salınması və diqqətin bu dəhşətli terrora yönəldilməsi üçün tədbirlər görməyinizi Sizdən xahiş edirəm”.
Qeyd edək ki, bu gün İspaniyanın məşhur “Atletiko Madrid” komandası ilə Azərbaycanın ən yaxşı futbolçuları arasında yoldaşlıq oyunu keçiriləcək. İspaniya komandası “Bakı” klubunun prezidenti Hafiz Məmmədovun dəvəti ilə Azərbaycana gəlib
Nazim
AzNews.az