Əlaqə vasitələri

Vəkillik Təcrübəmdən

Kredit bataqlığından necə çıxmalı?

Minlərlə vətəndaşımız durmadan məktub yazır, dollarla götürdükləri kreditdən və son devalvasiyadan dolayı düşdükləri problemin həlli yollarını soruşur, məsləhət istəyir, hüquqi çıxış yollarının olub-olmaması barədə  israrla cavab axtarırlar. Müraciətlər o qədər çoxdur ki, fiziki olaraq bunların hamısına fərdi qaydada cavab vermək qeyri-mümkündür. Ona görə də qərara gəldim ki, bu barədə ətraflı bir məqalə yazım. Qoy hər kəs buradan öz probleminə uyğun qaydada istifadə etsin. Bəri başdan deyim ki, vəziyyət çıxılmaz deyil. Qətiyyən narahat olmayın və stresə qapılmayın. Bunu ona görə xüsusi vurğulayıram ki, bəzi insanlarımız yaranmış indiki ağır iqtisadi durumda, onları ödəmə qabiliyyətsiz edən son devalvasiya hadisəsində sanki çıxılmaz duruma düşdüklərini zənn edir və hətta ölümdən başqa çarə olmadığı haqda düşündüklərini açıqca dilə gətirirlər. Bu, qətiyyən belə deyil.  ALLAH(c.c) ADİL və…

davamı burada...

ABŞ dolları ilə götürülən kreditlərin yaratdığı problemlər necə həll edilə bilər?

“XXX  Bank”ın idarə heyyətinin sədrinə _____tarixli, _________ saylı “Kredit müqaviləsi” üzrə Borclu: Ad, soyad Ünvanı:____________________________ Əlaqə tel.:__________________________ ___tarixli, __saylı müqavilənin şərtlərinin dəyişdirilməsi barədə T Ə K L İ F  Hörmətli sədr! Həmin müqavilə ilə mən XXX bankdan  illik __faiz dərəcəsi ilə____ min ABŞ dolları məbləğində kredit götürmüşəm.    Həmin müqaviləni bağlayarkən əsas götürdüyümüz şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini nəzərə alaraq,  müqavilə şərtlərini dəyişdirməyinizi xahiş edirəm. Belə ki, 22 dekabr 2015-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında  birdən-birə  50 faiz qiymətdən düşməsi    mənim həmin müqavilə üzrə öhdəliklərimin icrasını qeyri-mümkün etmişdir.     Bu müqavilə bağlanarkən, mən, eləcə də Siz,  milli valyutamızın məzənnəsinin bu qədər sürətlə və bir dəfəyə 50 faiz düşəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilməzdik. Azərbaycan Respublikası  Mülki Məcəlləsinin  422.1-ci yarımmaddəsinə əsasən, “ tərəflərin…

davamı burada...

Qurban Məmmədov məhkəməyə meydan oxudu

04 Dekabr 2013 21:06 «Ailənizə namuslu yolla çörək qazanmağı niyə özünüzə rəva bilmirsiz? Hansı dinə, hansı dəyərlərə tapınmısınız?» Tanınmış vəkilin ittiham olunduğu hadisədə yüksək vəzifəli məmurun iştirakı üzə çıxdı Milli Şuranın üzvü, tanınmış hüquqşünas Qurban Məmmədovun məhkəməsi yekunlaşır. Maşını arxaya verərkən avtodayanacaq gözətçisinin ayağına xəsarət yetirməkdə ittiham olunan Qurban Məmmədova prokuror 3 il həbs cəzası istəmişdi. Dünən isə onun vəkilləri Anar Qasımlı, Süleyman Qasımov və Fəxrəddin Mehdiyev çıxış edərək, Qurban Məmmədova bəraət verilməsini istədilər. Anar Qasımlı çıxışında bildirdi ki, bu iş üzrə zərərçəkmiş qismində tanınmış şəxs işləmədiyi üç ay ərzində Qurban Məmmədovun kompensasiya olaraq, ona hər ay verdiyi 600 manatı (ümumilikdə 1800 manat) istintaq zərərçəkmişin pulla ələ alınması kimi qiymətləndirib. Bu da absurddur: “Başqa işlərdə zərərçəkmişə kömək göstərilməsi yüngülləşdirici hal…

davamı burada...

Vərəsəlik hüququnda mirasda məcburi pay institutu:  Qanunvericilik, təcrübə, problemlər və təkliflər.  

Mülki hüququ böyük bir okeana bənzətsək, vərəsəlik hüququ həmin okeanla əlaqəsi olan ən böyük dəniz, “mirasda məcburi pay institutu” isə həmin dənizə axan dağ çayıdır. Çünki bu institut da dağ çayı kimi çətin inkişaf yollarından keçməkdədidr və hələ də özünün formalaşma dövrünü bitirib qurtarmamışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasda məcburi pay anlayışına müxtəlif yanaşmalar olmuş və fikrimizcə bu yanaşma istər “mülkiyyət hüququ”nun mahiyyətinə münasibətdə, istərsə də məhkəmə təcrübəsində problemlər yaradılmasına və hakimlər üçün rüşvət mənbəyinə çevrilməsinə münasibətdə mənfi istiqamətə doğru inkişaf etdirilmişdir. Azərbaycan SSR-nin 16 iyun 1923-cü il tarixli Mülki Məcəlləsinin 492-ci maddəsinin 2-ci hissəsinə əsasən, “Vəsiyyət edən özünün tam yaşa dolmayan uşaqlarını və əməyə bacarığı olmayan digər vərəsələrini, qanun üzrə onlara çatası paydan məhrum edə bilməz”. Azərbaycan Respublikasının 11…

davamı burada...

A Ç I Q M Ə K T U B – Koorupsiyalaşmış qanunlar və cəza satıcıları (birinci məqalə)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə AR Milli Məclisinin Sədri cənab Oqtay Əsədova Konstitusiya Məhkəməsinin Sədri cənab Fərhad Abdullayevə Ali Məhkəmənin Sədri cənab Ramiz Rzayevə Ədliyyə Naziri cənab Fikrət Məmmədova Daxili İşlər Naziri cənab Ramil Usubova AR Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova AR Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri cənab Şahin Əliyevə AR Baş Prokuroru cənab Zakir Qaralova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Elmira Süleymanovaya AR Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvləri sədr Əli Hüseynliyə, Azay Quliyevə, Fəzail Ağamalıya, Qüdrət Həsənquliyevə, Çingiz Qənizadəyə AR Milli Məclisinin İnsan Hüquqları Komitəsinin üzvləri sədr Rəbiyyət Aslanovaya, Fazil Mustafaya, İlyas İsmayılova, İqbal Ağazadəyə, İsmayıl Hacıyevə Vəkillər Kollegiyasının Sədri…

davamı burada...

“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 28.2, 28.3,29.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 98.1, 99-cu maddələrinin şərh edilməsinə dair

15.04.11   AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN   AZƏRBAYCAN RESPUBLIKASI KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN   Q Ə R A R I “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 28.2, 28.3, 29.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 98.1, 99-cu maddələrinin şərh edilməsinə dair 15 aprel 2011-ci il                                                                                                         Bakı şəhəri    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi İsmayıl İsmayılovun, maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Sabunçu rayon məhkəməsinin sədri İlqar Abbasovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun və ərizəçi Sücayət Həmid qızı Xəlilovanın nümayəndəsi  Qurban Məmmədovun, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq…

davamı burada...